Heydər Əliyev prezident seçildikdən sonra Azərbaycanda dövlətçiliyin real məzmunda qurulması prosesi başladı

Heydər Əliyev prezident seçildikdən sonra Azərbaycanda dövlətçiliyin real məzmunda qurulması prosesi başladı"Azərbaycanın müstəqil dövlətçiliyinin iqtisadi, siyasi, hüquqi və diplomatik müstəvidə əsl qurulma prosesi məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başladı. Müstəqilliyin elan olunmasından Heydər Əliyevin hakimiyyətə gəlişinə qədər Azərbaycanda dövlət quruculuğu baxımından bir boşluq var idi. Bu, bol-bol şüarçılıqdan ibarət olan və real iş məzmunu ilə doldurula bilməyən bir mərhələ idi. Əgər ideya və mülahizələrin bol olduğu bu dövr bir qədər də uzansaydı, Azərbaycan dövlətçiliyinin qurulması şansları tamamilə itirilə bilərdi".

Bunu Sonxeber.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib.

O, bildirib ki, Heydər Əliyevin prezident seçilməsindən sonra Azərbaycanda dövlətçiliyin real və praktiki məzmunda qurulması prosesi başladı:

"Müstəqil dövlətçiliyin qurulmasını məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən başlatmaq daha doğru yanaşmadır. Çünki Sovet İttifaqı dağılandan və Azərbaycan müstəqilliyini elan etdikdən sonra müstəqil dövlət olaraq nəyi və necə yaratmaq məsələsi hələ də qarşıda duran əsas sual idi və bu suala cavab tapmaq istiqamətində məzmunlu addımlar atılmırdı. Xalq müstəqil dövlətin qurulması istiqamətində çox ciddi işlərin görülməsini gözlədiyi halda, dövlət səviyyəsində bu addımlar atılmırdı. Buna görə də həmin prosesin bir qədər də davam etməsi xalqın xeyli dərəcədə ruhdan düşməsinə və müstəqil dövlət quruculuğunda iflasa uğramaq kimi bir vəziyyətə düşməsinə səbəb ola bilərdi".

Ekspert bildirib ki, məhz belə bir vaxtda Heydər Əliyev hakimiyyətə gəldi və prezident seçildi:

"Onun prezident seçilməsi xalqın öz gücünə inamını yavaş-yavaş bərpa etməyə başladı. Çünki onun hakimiyyətə gəlişini xalq istəyir və buna dəstək verirdi. Eyni zamanda, xalq dövlət quruculuğunun nədən ibarət olduğunu görməyə və hiss etməyə başladı. Dövlət quruculuğunun A-dan başlayaraq sonuncu hərfə qədər sistemli şəkildə müəyyən işlərin görülməsindən ibarət olduğu aydınlaşdı. Xalq gördü ki, ölkədə həm sabitliyin yaradılması, həm iqtisadiyyatın bərpası, həm Azərbaycanın xarici təcriddən çıxarılması, həm də dünya ilə əlaqələrin qurulması baxımından sistemli və ümidverici işlər görülməyə başlayıb. Xalqın əsas böyük inamı isə Dağlıq Qarabağ probleminin tezliklə həll olunacağı ilə bağlı idi. Bunun üçün xalq əmin oldu ki, ilk növbədə dövlət institutları və dövlətçilik sistemi tam şəkildə qurulmalıdır".

Onun sözlərinə görə, Heydər Əliyevin hakimiyyətdə olduğu 1993-2003-cü illərdə Azərbaycanın beynəlxalq təcriddən çıxması istiqamətində əhəmiyyətli addımlar atıldı, həmçinin xalqın dövlətçilik ətrafında birləşdirilməsi üçün mühüm işlər görüldü:

"Bütün bunlar sonrakı mərhələdə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasında çox möhkəm fundament rolunu oynadı".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 494   Tarix: 03 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyevin Türkmənistan səfəri: Azərbaycanın Mərkəzi Asiya siyasətində yeni strateji mərhələ

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri Azərbaycanın xarici siyasət gündəliyində mühüm hadisə olmaqla yanaşı, ölkənin son illərdə Mərkəzi Asiya istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin məntiqi davamıdır. İlk baxışdan səfəri Azərbaycan-Türkmənistan münasibətlərini

8 oktyabr
.

Berdiməhəmmədov: "Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır"

"Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət görüşləri (C5+1) formatına qoşulması Asiya və Avropadakı tərəfdaşlarla geniş əməkdaşlıq perspektivləri açır". "Report"a istinadən xəbər verir ki, bu barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Avazada Azərbaycan v

8 oktyabr
.

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. AZƏRTAC-a istinadən xəbər veri

6 oktyabr
.

Ərazi bütövlüyü və daxili işlərə qarışmamaq kimi beynəlxalq hüququn təməl prinsiplərinə söykənən münasibətlərqarşılıqlı dəstəklə müşayiət olunur

"Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət görüşündə səsləndirilən fikirlər Bakı və Aşqabad arasında strateji dialoqun keyfiyyətcə yeni müstəviyə keçdiyini nümayiş etdirir. Siyasi-hüquqi baxımdan bu çıxış tərəflərin ikitərəfli müqavilə-hüquq bazasın

8 oktyabr
.

Prezident: "Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb"

"Vətən müharibəsində qazandığımız tarixi Zəfər və torpaqlarımızın işğaldan azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin "İtkin düşmüş şəxslər probleminin həllində etimadı

7 oktyabr
.

"Hazırda NATO ilə Rusiya arasında birbaşa müharibənin qaçılmaz olduğunu söyləmək düzgün olmaz" - BƏHRUZ QULİYEV

"Son günlər Avropanın təhlükəsizlik gündəmində Litva ilə bağlı baş verənlər ciddi narahatlıq doğurur. Hesab edirəm ki, bu məsələyə yalnız Litva-Rusiya münasibətləri kontekstində yanaşmaq düzgün deyil. Burada daha böyük prosesdən NATO ilə Rusiya arasında təhlükəsizlik qarşıdurmasının yeni mərhələsində

8 oktyabr
.

İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

"Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik şəkildə inkişaf edir". AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bunu Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib. Ötən ildən bəri artıq beş yüksəksəviyyəli səfərin həyat

8 oktyabr
.

Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

Azərbaycan 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək. "Report"a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib

8 oktyabr
.

İlham Əliyev: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan və Orta Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib. Dövlətimizin başçısı vurğulayıb: "B

8 oktyabr