Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? - Mərkəzi Bankdan AÇIQLAMA
Yeni 100 manatlıq əsginasların bəzi ödəniş terminalları tərəfindən qəbul edilməməsi ilə bağlı görüntülər yayılıb. BakuES-in paylaşdığı videoda vətəndaşın terminala yeni 100 manatlıq əsginası yerləşdirməsinə baxmayaraq, cihazın pulu geri qaytardığı görünür.
Bəs yeni 100 manatlıqların bəzi terminallarda qəbul edilməməsinin səbəbi nədir?
Avadanlıqların yenilənməsi prosesi nə vaxt başa çatacaq və vətəndaşlar yeni əsginaslardan bütün terminallarda nə zaman problemsiz istifadə edə biləcəklər?
Bizim.Media məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankına (AMB) sorğu ünvanlayıb.
AMB-nin Mətbuat Katibi Namiq Əliyev bildirib ki, "PashaPay" MMC-yə məxsus "MilliÖN" özünəxidmət terminalında həyata keçirilmiş texniki tənzimləmə səbəbindən yeni 100 manatlıq pul nişanının tanınmasında qısa müddətli çətinlik müşahidə edilmişdi.
Təşkilat tərəfindən görülən texniki işlərin nəticəsi olaraq yaşanan problem aradan qaldırılıb, yenilənmiş 100 manatlıq əsginasların özünəxidmət terminallar vasitəsilə qəbulu tam şəkildə təmin edilib.
Məlumata əsasən, hazırda ödəniş xidməti sektorunda fəaliyyət göstərən təşkilatlara məxsus özünəxidmət terminalları vasitəsilə 100 manatlıq yeni əsginasların maneəsiz qəbulu həyata keçirilməkdədir.
Qeyd edək ki, yenilənmiş 100 manatlıq əsginas 15 iyul 2026-cı ildən tədavülə buraxılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 449 Tarix: 04 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGənc oğlan 15 yaşlı qızı qaçırdı, polis hərəkətə keçdi
Sabirabad rayonunda 17 yaşlı oğlanın 15 yaşlı qızı qaçırması ilə bağlı araşdırmalara başlanılıb. -a istinadən xəbər verir ki, hadisə noyabrın 19-da rayonun Cavad kəndində qeydə alınıb. Məlumata görə, ata 2011-ci il təvəllüdlü qızının 2009-cu il təvəllüdlü oğlan tərəfindən evlənmək məqsədilə qaçırılmas
20 noyabrVəkil Orxan Kəngərli həbs edildi
Ötən gün polis tərəfindən saxlanılan vəkil Orxan Kəngərliyə məhkəmədə sanksiya təqdimatına baxılıb. -ın məlumata görə, "Alyans" Vəkil Bürosunun rəhbəri Orxan Kəngərli sanksiya həbsi ilə baglı hakim qarşısına çıxarılıb. Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəkillə bağlı qərar qəbu
19 noyabr9 yaşlı uşaq dəm qazından boğuldu
Sumqayıtda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 21-i saat 01 radələrində baş verib. Şəhər sakini 2017-ci il təvəllüdlü A.D. yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır
21 noyabrXarici vətəndaşlıq hərbi xidmətdən azad etmir - VACİB AÇIQLAMA
Xarici ölkənin vətəndaşlığını qəbul edən, lakin Azərbaycan vətəndaşlığına rəsmi qaydada xitam verilməyən şəxslər ölkəmizdə hərbi xidmət öhdəliyindən azad olunmurlar. Qanunvericiliyə əsasən, belə şəxslər ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırıla bilərlər. Bu zaman onların xarici ölkədə hərb
20 noyabrKüləklə bağlı - Xəbərdarlıq
Noyabrın 20-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan
19 noyabr