Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər
Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir.
Globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, uşaqpuluna yalnız iqtisadi xərc və ya göstərici kimi yanaşmaq düzgün deyil:
"Bu məsələ, ilk növbədə, dövlətin sosial siyasətinin bir istiqamətidir. Uşaqpulu Azərbaycanın demoqrafik problemlərinin həllinə, ailələrin və əhalinin sayının artmasına stimullaşdırıcı təsir göstərər. Hazırda evlənmə və boşanma səbəbləri arasında sosial amillər də mühüm yer tutur. Vətəndaşların maddi imkanlarının məhdud olması ailələrdə müxtəlif problemlərə, o cümlədən övlad sayının azalmasına və boşanmalara səbəb ola bilir. Bu baxımdan, uşaqpulunun verilməsi ailə büdcəsinə müəyyən dəstək göstərə bilər".
Ekspert bildirib ki, uşaqpulunun verilməsi dövriyyədəki pul kütləsinə və müəyyən iqtisadi göstəricilərə təsir göstərəcək:
"Lakin bunu iqtisadi problemlərin həlli üçün əsas mexanizm kimi qiymətləndirmək olmaz. İqtisadi inkişaf baxımından işsizliyin azaldılması, yeni iş yerlərinin yaradılması, kiçik biznesə dəstəyin artırılması və kreditlərə əlçatanlığın təmin edilməsi əsas istiqamətlərdir. Uşaqpulu isə bu tədbirlərlə yanaşı, ailələrin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən mexanizm kimi nəzərdən keçirilməlidir.
Təsadüfi deyil ki, Milli Məclisdə bu məsələ ilə bağlı müzakirələrin aparılması gözlənilir. Çoxuşaqlı ailə anlayışında uşaq sayının 5-dən 3-ə endirilməsi də müzakirə olunan məsələlərdəndir. Üç və daha çox uşağı olan ailələr üçün belə bir mexanizmin tətbiqi ailə büdcəsinə əlavə dəstək deməkdir. Bu baxımdan, uşaqpuluna yalnız xərc kimi deyil, dövlətin sosial və demoqrafik siyasətinin istiqamətlərindən biri kimi yanaşmaq daha məqsədəuyğundur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 720 Tarix: 04 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması, şagirdlər arasında vahid geyim mədəniyyətinin formalaşdırılması və məktəb mühitində bərabərliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi məktəb intizamının tərkib hissəsidir
14 oktyabrBU GÜNÜN "ÖLÜLƏR"İ KİMLƏRDİR?
Bu gün Azərbaycanda mövcud olan dünyəvi təhsil modelinin tarixi və ideya əsasları da bir əsrdən artıq müddətdə maarifçi ziyalılarımızın apardığı mübarizə ilə sıx bağlıdır. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Ömər Faiq Nemanzadə, Əli bə
15 oktyabrAzərbaycanda gənc əsgər vəfat etdi - Foto
Azərbaycanda gənc əsgər vəfat edib. Bu barədə -a məlumat daxil olub. Məlumata görə, gənc əsgər Orxan Şabanov Dövlət Sərhəd Xidməti sıralarında hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib. O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur. Qeyd edək ki
15 oktyabrBu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 15-də paytaxtın Yasamal və Xəzər rayonlarında, həmçinin Biləcəri qəsəbəsində elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq"
15 oktyabrEhtiyatda olan polkovnik-leytenant vəfat etdi
Azərbaycan Silahlı Qüvvələrinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Məhəddin Cavadov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar. Bildirilib ki, bir neçə gün əvvəl bədbəxt hadisə ilə üzləşən və xəstəxanaya yerləşdirilən M.Cavadov tibbi müdaxiləy
14 oktyabr"Məktəb dini ibadət yeri deyil, təhsil müəssisəsidir" - Azər Badamov
"Azərbaycan hüquqi, dünyəvi, demokratik və unitar dövlətdir. Konstitusiyamızda dövlətin dindən ayrı olması, təhsilin isə dünyəvi xarakter daşıması prinsipləri təsbit olunub. Məktəb dini ibadət yeri deyil, təhsil müəssisəsidir. Nazirlər Kabinetinin müvafiq qərarının məqsədi də məktəbdə vahid təhsi
14 oktyabr