Uşağın təhsil bünövrəsini ali təhsili olmayan müəllimlər qoyur - Tədrisin keyfiyyəti necədir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Uşağın təhsil bünövrəsini ali təhsili olmayan müəllimlər qoyur - Tədrisin keyfiyyəti necədir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAİbtidai sinif müəllimlərinin böyük bir qisminin ali təhsilli olmadığı məlum olub. Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 18-də Peşə Təhsili Forumu 2026 çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı bildirib ki, ibtidai təhsil səviyyəsində dərs deyən müəllimlərin əhəmiyyətli hissəsi ali deyil, orta ixtisas təhsillidir. Nazir bu vəziyyətin uzun illər ölkədə müəllim çatışmazlığı ilə əlaqədar formalaşdığını qeyd edib. Onun sözlərinə görə, hazırda həm ibtidai, həm də məktəbəqədər təhsil səviyyəsində tədrisin ali təhsilli müəllimlər tərəfindən aparılması nəzərdə tutulur. Bu açıqlama ibtidai təhsilin keyfiyyəti ilə bağlı ciddi suallar doğurur. Çünki uşağın gələcək təhsil həyatının bünövrəsi məhz ibtidai siniflərdə qoyulur. Oxumaq, yazmaq, riyazi düşünmək və öyrənmə bacarıqlarının formalaşdığı bu mərhələdə müəllimin bilik və pedaqoji hazırlığı xüsusi əhəmiyyət daşıyır. Ali təhsili olmayan müəllimlərin şagirdlərə nə dərəcədə keyfiyyətli təhsil verə bilməsi, onların gələcək bilik səviyyəsinə və akademik inkişafına hansı təsirləri göstərməsi müzakirə mövzusudur. Digər tərəfdən, orta ixtisas təhsilli müəllimlərin hamısının zəif pedaqoq olduğunu demək də düzgün olmazdı.

Əsas məsələ müəllimin diplomu ilə yanaşı, real bilik və peşəkarlıq səviyyəsinin necə qiymətləndirilməsidir. Bəs ibtidai sinif müəllimlərinin ali təhsilli olmaması şagirdlərin gələcək təhsilinə hansı problemləri yarada bilər? Uşağın təhsil bünövrəsinin qoyulduğu mərhələdə müəllimdən ali təhsil tələb olunması nə dərəcədə vacibdir?
Uşağın təhsil bünövrəsini ali təhsili olmayan müəllimlər qoyur - Tədrisin keyfiyyəti necədir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Əlmusa Atamaliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, fikirimcə, ibtidai sinif müəllimlərinin peşəkar hazırlığı ümumi təhsil sisteminin keyfiyyətini müəyyən edən ən vacib amillərdən biridir. Çünki uşağın məktəblə ilk tanışlığı, öyrənməyə münasibətinin formalaşması, oxu, yazı, riyazi düşünmə və məntiqi təfəkkür kimi fundamental bacarıqlara yiyələnməsi məhz ibtidai təhsil mərhələsindən başlayır. Bu mərhələdə müəllimin kifayət qədər nəzəri biliyə və pedaqoji bacarığa malik olmaması şagirdin gələcək təhsil həyatına ciddi təsir göstərə bilər. Elm və təhsil nazirinin sertifikatlaşdırma imtahanlarının nəticələri ilə bağlı açıqlamasında ibtidai sinif müəllimləri arasında daha çox uğursuz nəticələrin qeydə alınması və işdən azad edilmələrin bu kateqoriya üzrə üstünlük təşkil etməsi müəyyən problemlərin mövcudluğunu göstərir. Burada diqqət çəkən məsələlərdən biri də uzun müddət ibtidai siniflərdə çalışan müəllimlərin bir qisminin müvafiq pedaqoji ali təhsilə malik olmamasıdır. Əlbəttə, ali təhsilin olmaması avtomatik olaraq həmin şəxsin zəif müəllim olması demək deyil. Pedaqoji təcrübə, şəxsi inkişaf və metodiki hazırlıq da mühüm rol oynayır. Ancaq ibtidai təhsil kimi həssas mərhələdə sistemli nəzəri hazırlığın və müasir pedaqoji yanaşmaların əhəmiyyətini də nəzərdən qaçırmaq olmaz.

Belə müəllimlərin tədris prosesində iştirakı bir sıra problemlərə səbəb ola bilər. İlk növbədə, şagirdlərdə ilkin bilik və bacarıqların düzgün formalaşdırılmaması riski yaranır. Məsələn, uşaq oxumağı, yazmağı və riyazi əməliyyatları öyrənərkən mövzunun mahiyyətini başa düşmək əvəzinə, sadəcə əzbərləməyə istiqamətləndirilirsə, sonrakı siniflərdə daha mürəkkəb mövzuları mənimsəməkdə çətinlik çəkəcək. Nəticədə yuxarı siniflərdə yaranan bilik boşluqlarının səbəbini yalnız həmin siniflərdə çalışan müəllimlərin fəaliyyətində axtarmaq düzgün olmaz. Bəzən problemin kökü məhz ibtidai siniflərdə qoyulmuş yanlış təmələ dayanır.

Digər tərəfdən, ibtidai sinif müəllimi yalnız fənn biliklərini ötürən şəxs deyil. O, uşağın yaş xüsusiyyətlərini, psixoloji inkişafını, fərdi öyrənmə qabiliyyətini və davranış xüsusiyyətlərini nəzərə almalıdır. Müəllim bu istiqamətdə kifayət qədər hazırlıqlı olmadıqda, dərsin təşkili, şagirdlərlə ünsiyyət, sinfin idarə olunması və fərdi yanaşma məsələlərində çətinliklər yarana bilər. Bu isə uşaqlarda məktəbə və öyrənməyə qarşı marağın azalmasına, hətta müəyyən hallarda özünəinamın zəifləməsinə gətirib çıxara bilər.

Mən hesab edirəm ki, sertifikatlaşdırma imtahanlarının nəticələrini yalnız müəllimlərin bilik səviyyəsinin qiymətləndirilməsi kimi qəbul etmək düzgün olmaz. Bu nəticələr eyni zamanda uzun illər ərzində müəllimlərin işə qəbulu, peşəkar inkişafı və ixtisasartırma mexanizmlərində mövcud olmuş boşluqları da üzə çıxarır. Əgər müəllim müəyyən bilik və bacarıqlar baxımından müasir təhsil tələblərinə cavab vermirsə, bunun məsuliyyətini yalnız onun üzərinə qoymaqla kifayətlənmək olmaz. Müəllimlərin vaxtında təlimlərə cəlb edilməsi, metodiki dəstəyin göstərilməsi və peşəkar inkişaf imkanlarının yaradılması da sistemin vəzifəsidir.

Digər vacib məqam isə sertifikatlaşdırmada uğursuz nəticə göstərən müəllimlərin hamısına eyni yanaşmanın tətbiq edilməməsidir. Müəllimin hansı sahədə çətinlik yaşadığı müəyyənləşdirilməli, bilik və metodiki bacarıqlarındakı çatışmazlıqların aradan qaldırılması üçün imkan yaradılmalıdır. Təbii ki, müəyyən edilmiş tələblərə cavab verməyən və inkişaf üçün göstərilən imkanlardan istifadə etməyən şəxslərin təhsil prosesində fəaliyyətinin davam etdirilməsi də doğru yanaşma deyil. Çünki burada söhbət yalnız müəllimin iş yerindən deyil, minlərlə uşağın təhsil keyfiyyətindən gedir.

Unutmamalıyıq ki, ibtidai sinif müəlliminin buraxdığı bir səhv bəzən şagirdin təhsil həyatında illərlə davam edən boşluğa çevrilə bilər. İbtidai təhsil uşağın gələcək akademik uğurunun təməlidir. Bu təməl nə qədər möhkəm qurularsa, sonrakı təhsil mərhələlərində keyfiyyətli nəticə əldə etmək də bir o qədər asan olar. Buna görə də ibtidai sinif müəllimlərinin peşəkarlığına yanaşma formal diplom və iş stajı ilə məhdudlaşmamalı, real bilik, pedaqoji səriştə və uşaqlarla işləmək bacarığı əsas meyar olmalıdır. Axı biz uşaqların gələcəyini etibar etdiyimiz şəxslərin peşəkarlığına güzəşt edə bilmərik.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 309   Tarix: 20 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Jurnalistlər üçün müsabiqə elan edildi

Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib. xəbər verir ki, bu barədə Şura məlumat yayıb. Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib. portalı vasitəsilə Media və Yayım Şurasına təqdim edilir. Jurnalist müsabiqənin elan olunduğu günədək so

20 noyabr
.

Sabaha leysan gözlənilir - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 20-si səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Noyabrın 20-si gecə və səhər Azərbaycanın bəz

19 noyabr
.

Gənc oğlan 15 yaşlı qızı qaçırdı, polis hərəkətə keçdi

Sabirabad rayonunda 17 yaşlı oğlanın 15 yaşlı qızı qaçırması ilə bağlı araşdırmalara başlanılıb. -a istinadən xəbər verir ki, hadisə noyabrın 19-da rayonun Cavad kəndində qeydə alınıb. Məlumata görə, ata 2011-ci il təvəllüdlü qızının 2009-cu il təvəllüdlü oğlan tərəfindən evlənmək məqsədilə qaçırılmas

20 noyabr
.

Korrupsiya barədə məlumat verən işçini işdən çıxarmaq olarmı? - HÜQUQİ MEXANİZM AÇIQLANDI

Korrupsiya halları barədə məlumat verən işçilərin işəgötürən tərəfindən təzyiqə məruz qalması, vəzifəsinin aşağı salınması və ya işdən çıxarılması belə məlumatların açıqlanmasına mane olan əsas problemlərdən biridir. Bu baxımdan korrupsiya faktları barədə məlumat verən şəxslərin hüquqlarının qorunması

19 noyabr
.

Etibarnamə ilə ev alanlar evlərini itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Daşınmaz əmlak bazarında bəzən evlər alqı-satqı müqaviləsi bağlanmadan, yalnız etibarnamə əsasında əldə edilir. Lakin etibarnamə alıcıya avtomatik olaraq mülkiyyət hüququ vermir və onu verən şəxs sənədi sonradan ləğv edə bilər. Bu isə alıcının ödədiyi vəsaiti və ev üzərindəki hüquqlarını itirməsi risk

19 noyabr
.

Travmatologiya İnstitutunda vacib cihaz yoxdur? - Video

"Hər gün onlarla sümük-oynaq əməliyyatları edilən, yüzlərlə pasiyentin sümük xəstəliklərinə görə müraciət etdiyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sümük sıxlığını, osteoporoz və osteopeniyanı təyin etmək üçün sümük densitometriyası (osteodensitometriya) cihazı yoxdur, ya d

20 noyabr
.

"Kontakt"da pişik işçini dişlədi, baş direktor cərimələndi

"Kontakt" mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadə inzibati qaydada məsuliyyətə cəlb olunub. -a istinadən xəbər verir ki, buna şirkətə məxsus mağazaların birində pişiyin işçini dişləməsi səbəb olub. Xəstəxanada əməkdaşa tibbi yardım göstərilsə də, şirkət tərəfindən istehsalatd

19 noyabr
.

Sələmli borc götürmək ilə sələmçilikdən qazanc əldə etmək eyni deyil - İLAHİYYATÇI

Banklardan kredit ala bilməyən və təcili maddi ehtiyacla üzləşən bəzi vətəndaşlar çıxış yolu kimi sələmə müraciət edirlər. İslam dinində faizlə borc vermək və almaq qadağan olunsa da, insanın həqiqətən çıxılmaz vəziyyətdə qalması, zəruri ehtiyaclarını qarşılaya bilməməsi belə hallarda dini baxımdan istisnanı

19 noyabr
.

Alim Qasımov və qızının ifası məşhur "GTA 6" oyununda

Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fəraqanə Qasımovanın ifası dünyanın ən çox gözlənilən videooyunlarından biri olan "GTA 6"nın musiqi siyahısına daxil edilib. Axşam.az xəbər verir ki, oyundakı "Kaleidoscope FM" radiosunda onların ifası "Say It Right" ad

19 noyabr