AQTA qida təhlükəsizliyinə nəzarətdə süni intellektdən istifadə edəcək
Qida təhlükəsizliyinə nəzarətdə yeni texnologiyalardan istifadə genişləndiriləcək. 2027-2032-ci illər üçün Dövlət Proqramında qida zəncirinə nəzarətin daha rəqəmsal və risk əsaslı modelə keçirilməsi, informasiya sistemləri arasında inteqrasiyanın artırılması və süni intellektdən istifadə nəzərdə tutulub. AQTA-nın açıqlamasına görə, AQTİS-də risklərin təhlili üçün süni intellekt modelinin hazırlanması, həmçinin sahibkarlar tərəfindən rəqəmsal monitorinq və sensor texnologiyaların tətbiqinin təşviqi planlaşdırılır.
Bəs süni intellekt qida təhlükəsizliyinə nəzarətdə konkret olaraq hansı imkanları yaradacaq? Yeni sistemlər təhlükəli məhsulların və qida zəncirindəki risklərin daha erkən aşkarlanmasına necə kömək edə bilər və bu dəyişiklik istehlakçı üçün nə vəd edir?
Mövzu ilə bağlı sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, Qida Təhlükəsizliyi Agentliyinin dövlət proqramı çərçivəsində rəqəmsal həllər və süni intellektdən istifadəni genişləndirməsi sferada keyfiyyətcə yeni bir mərhələnin başlanğıcıdır. Onun sözlərinə görə, süni intellekt və rəqəmsal monitorinq sistemləri sayəsində risklərin qiymətləndirilməsi avtomatlaşacaq: "Bu hal inspektorların obyektiv qərar verməsini təmin edəcək və insan faktoru ilə bağlı xətaları minimuma endirəcək. Əvvəllər nöqsanlar yalnız yoxlama zamanı, ya şikayət əsasında ortaya çıxırdısa, rəqəmsal sistemlər real vaxt rejimində mühit temperaturu, saxlanma şəraiti və yararlılıq müddəti kimi kritik göstəriciləri izləməyə imkan verəcək. Problem baş vermədən öncə xəbərdarlıq mexanizmi işə düşəcək.
Sahibkarlar anlayacaqlar ki, nəzarət mexanizmi daha şəffaf və fasiləsizdir. Bu da saxlama müddəti keçmiş, keyfiyyətsiz məhsulların piştaxtaya, mətbəxə daxil olmasının qarşısını alacaq. Tarladan, ya istehsalatdan süfrəyədək olan bütün zəncir rəqəmsallaşdığı üçün hər hansı zəhərlənmə, keyfiyyətsizlik riski yarandıqda, problemin mənbəyi dəqiqələr ərzində tapılacaq".
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 176 Tarix: 05 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
AQTA qida təhlükəsizliyinə nəzarətdə süni intellektdən istifadə edəcək
Qida təhlükəsizliyinə nəzarətdə yeni texnologiyalardan istifadə genişləndiriləcək. 2027-2032-ci illər üçün Dövlət Proqramında qida zəncirinə nəzarətin daha rəqəmsal və risk əsaslı modelə keçirilməsi, informasiya sistemləri arasında inteqrasiyanın artırılması və süni intellektdən istifadə nəzərdə tutulub
5 oktyabrYağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı
3 oktyabrKimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMA
Kredit borcunun silinməsi ilə bağlı müxtəlif hallar mövcud olsa da, borcalanın sadəcə maddi çətinlik yaşaması borcun avtomatik olaraq ləğv edilməsi üçün əsas sayılmır. Borcalanın vəfat etməsi, kreditin sığortalanması, bankın borcu bağışlaması, dövlət tərəfindən xüsusi qərarın qəbul edilməsi, iddia müddətini
5 oktyabrBəzi yollarda sürət həddi bərpa olundu
Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə -a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Qeyd edək ki, oktyabrın 3-də müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olara
5 oktyabrBu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR
Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen
4 oktyabrAşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM
Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi
4 oktyabr