Sürücülər üçün sığorta haqları ARTACAQ? - Ekspertdən AÇIQLAMA
Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortası üzrə yığımların 10,7 faiz, sığorta ödənişlərinin isə 20,2 faiz artması avtomobil sığortası bazarında ödənişlərin daha sürətli yüksəldiyini göstərir. Ödənişlərin yığımlardan daha sürətlə artması sığorta şirkətlərinin maliyyə yükünə və gələcəkdə sığorta haqlarının formalaşmasına təsir göstərə biləcək məsələlərdəndir.
Bəs, avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortası üzrə yığımların 10,7 faiz, sığorta ödənişlərinin isə 20,2 faiz artmasının əsas səbəbləri nələrdir və ödənişlərin yığımlardan daha sürətli artması sığorta bazarının maliyyə dayanıqlığına və gələcəkdə sürücülər üçün sığorta haqlarının dəyişməsinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən sığorta eksperti Emil Ağabağırov bildirib ki, hər iki istiqamətdə göstəricilərin artımını həm ölkəmizə gələn yeni nəsil avtomobillərin sayının artması, həm də hadisələrin çoxalması ilə əlaqələndirmək olar.
"Sadəcə, ödənişlərin nisbətən daha çox olmasının səbəbi ondan ibarətdir ki, bu gün ölkədə əvvəlki kimi yalnız səhər və axşam saatlarında deyil, gün ərzində də nəqliyyat intensivliyi müşahidə olunur. Bu da hadisələrin sayına daha çox təsir edir. Gələcəkdə sığorta şirkətlərinin dayanıqlığını daha da təmin etmək üçün yığımların, eyni zamanda digər könüllü sığorta növlərinin artırılması istiqamətində müəyyən addımlar atılmalıdır. Digər könüllü sığorta növlərinin satışının artırılması ümumilikdə sığorta şirkətlərinin dayanıqlığını təmin edə bilər".
Ekspert bildirib ki, qiymətlərlə bağlı isə hazırda sürücülər üçün hər hansı artım gözlənilmir:
"Bu gün avtoicbari sığorta üzrə 5 min manatdan çox əmlak təminatı verilirsə, hələlik bu rəqəmlər yetərlidir. Bununla yanaşı, vətəndaşlar əlavə olaraq təxminən 20-30 manat ödəməklə daha 5 min manatlıq əmlak təminatı ala bilərlər. Bu imkanlar mövcuddur və hazırda bununla bağlı qiymət artımı gözlənilmir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 124 Tarix: 05 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
AQTA qida təhlükəsizliyinə nəzarətdə süni intellektdən istifadə edəcək
Qida təhlükəsizliyinə nəzarətdə yeni texnologiyalardan istifadə genişləndiriləcək. 2027-2032-ci illər üçün Dövlət Proqramında qida zəncirinə nəzarətin daha rəqəmsal və risk əsaslı modelə keçirilməsi, informasiya sistemləri arasında inteqrasiyanın artırılması və süni intellektdən istifadə nəzərdə tutulub
5 oktyabrYağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı
3 oktyabrKimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMA
Kredit borcunun silinməsi ilə bağlı müxtəlif hallar mövcud olsa da, borcalanın sadəcə maddi çətinlik yaşaması borcun avtomatik olaraq ləğv edilməsi üçün əsas sayılmır. Borcalanın vəfat etməsi, kreditin sığortalanması, bankın borcu bağışlaması, dövlət tərəfindən xüsusi qərarın qəbul edilməsi, iddia müddətini
5 oktyabrBəzi yollarda sürət həddi bərpa olundu
Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə -a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Qeyd edək ki, oktyabrın 3-də müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olara
5 oktyabrBu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR
Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen
4 oktyabrAşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM
Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi
4 oktyabr