Azərbaycanda tauna yoluxan var?

Azərbaycanda tauna yoluxan var?Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

"Bununla yanaşı, epidemioloji vəziyyət daim qiymətləndirilir və ehtiyac yarandığı halda müvafiq tədbirlər operativ şəkildə gücləndirilə bilər. Ölkəmizdə son 50 il ərzində taun xəstəliyinə yoluxma halı qeydə alınmayıb. Azərbaycanda epidemioloji vəziyyət sabitdir və aidiyyəti qurumların nəzarəti altındadır. Rusiyadan ölkəmizə gələn şəxslərlə bağlı sanitariya-epidemioloji nəzarət tədbirləri qüvvədə olan tələblərə uyğun keçirilir. Şübhəli hal aşkarlandığı təqdirdə, xəstədən götürülmüş nümunələrin laborator müayinəsi Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin laboratoriyasında həyata keçirilə bilər. Mərkəz bu istiqamətdə müayinələrin aparılması üçün zəruri avadanlıq və ləvazimatlarla təmin olunub. Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin fəaliyyət istiqamətlərinə taun və digər xüsusi təhlükəli infeksiyalar üzrə epidemioloji nəzarət daxildir", - qeyd olunub.

O da bildirilib ki, taun əsasən təbii ocaqlı infeksiyadır və törədicisi "Yersinia pestis" (taun çöpü) bakteriyasıdır. Xəstəlik təbiətdə əsasən gəmiricilər və birələr arasında dövr edir: "İnsanın yoluxması, əsasən, yoluxmuş heyvan və ya birələrlə təmas, habelə bəzi hallarda xəstəliyin ağciyər forması zamanı tənəffüs yolu ilə baş verə bilər. Taun müalicə olunan xəstəlikdir və erkən diaqnostika ilə vaxtında tibbi müdaxilə mühüm əhəmiyyət daşıyır. Bununla belə, hazırkı məlumatlara əsasən, Azərbaycan əhalisi üçün xüsusi narahatlığa əsas verən vəziyyət mövcud deyil. Vətəndaşlara yalnız rəsmi məlumatlara istinad etmələri tövsiyə olunur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 554   Tarix: 05 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qətlə yetirilən Gülarənin atası danışdı - "Ayxan 2 ay idi gecələr yatmırdı"

Noyabrın 16-da paytaxtın Binəqədi rayonu Həmzə Babaşov küçəsindəki evdə 23 yaşlı Gülarə Mehdiyevanın qətlə yetirilməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Bu barədə "Qafqazinfo"ya cinayətdə günahlandırılan Ayxan Mehdiyevin və hadisə qurbanının atası Ağa Mehdiyev danışıb. O bildiri

20 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü qərb, şimal-qərb küləyi, gündü

19 noyabr
.

Azərbaycanda da trend olan məhsulda kif-maya göbələkləri aşkarlandı

İspaniyadan gətirilən qida məhsulunda uyğunsuzluq aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Pannamore" MMC-nin İspaniyada

19 noyabr
.

Bu bölgəmizdə doğum səviyyəsi yüksəkdir

Bu ilin doqquz ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 64043 doğulan körpə qeydə alınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi ( DSK) məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə bu göstərici 9,4-də

20 noyabr
.

Uşağın təhsil bünövrəsini ali təhsili olmayan müəllimlər qoyur - Tədrisin keyfiyyəti necədir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

İbtidai sinif müəllimlərinin böyük bir qisminin ali təhsilli olmadığı məlum olub. Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 18-də Peşə Təhsili Forumu 2026 çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı bildirib ki, ibtidai təhsil səviyyəsində dərs deyən müəllimlərin əhəmiyyətli hissəs

20 noyabr
.

Sabaha leysan gözlənilir - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 20-si səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Noyabrın 20-si gecə və səhər Azərbaycanın bəz

19 noyabr
.

Kupçasız ev alanlar pullarını və əmlakı itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Azərbaycanda çıxarışı olmayan evlərin alqı-satqısı zamanı vətəndaşlar bir sıra hüquqi problemlərlə üzləşə bilərlər. Belə əmlaklar bəzən daha ucuz qiymətə təklif olunsa da, alıcı ödədiyi vəsaitə baxmayaraq, mülkiyyət hüququnu öz adına rəsmiləşdirə bilməyə bilər. Həmçinin evin qanunsuz tikilməsi, torpa

20 noyabr
.

Travmatologiya İnstitutunda vacib cihaz yoxdur? - Video

"Hər gün onlarla sümük-oynaq əməliyyatları edilən, yüzlərlə pasiyentin sümük xəstəliklərinə görə müraciət etdiyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sümük sıxlığını, osteoporoz və osteopeniyanı təyin etmək üçün sümük densitometriyası (osteodensitometriya) cihazı yoxdur, ya d

20 noyabr
.

9-cu sinif şagirdinin meyiti tapıldı

Xaçmazda məktəbli qız müəmmalı şəkildə vəfat edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 15 yaşlı A.B.-nin meyiti yaşadığı evdə yaxınları tərəfindən aşkar edilib. Onun qəfil ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Xaçmaz Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb. Qey

21 noyabr