Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Lord Anas Sarvar Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemin məktubunu dövlətimizin başçısına təqdim edərək, Baş nazirin ölkəmizlə uzun illər ərzində dinamik inkişaf edən əməkdaşlığa böyük önəm verdiyini vurğuladı.
Prezident İlham Əliyev məktuba görə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinə minnətdarlığını bildirdi.
Lord Anas Sarvar ölkəmizlə əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını dedi.
Prezident İlham Əliyev Azərbaycanla Birləşmiş Krallıq arasında fəal əməkdaşlığın qurulduğunu vurğuladı, müstəqilliyimizi bərpa etdikdən bəri ölkələrimizin uzun müddətdir ki, yaxın tərəfdaş olduqlarını qeyd etdi.
Söhbət zamanı bir neçə gün əvvəl Birləşmiş Krallığın müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakerin ölkəmizə səfəri məmnunluqla xatırlandı, son dövrlərdə Krallıqdan Azərbaycana müxtəlif səviyyəli rəsmi səfərlərin sayının artması münasibətlərimizin strateji önəminin göstəricisi kimi qiymətləndirildi.
Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasının əhəmiyyətinə toxunuldu, bunun iqtisadi gündəliyimizdə duran bir çox sahəyə aid məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı qeyd edildi.
Görüşdə ölkələrimiz arasında enerji, iqtisadi-ticari, biznes, təhlükəsizlik, müdafiə sənayesi, data mərkəzləri, süni intellekt, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu.
12:32
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib.
Sonxeber.az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.








Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maaş və pensiyalar ARTIR: Əhalinin alıcılıq qabiliyyəti necə dəyişəcək? - Ekspertdən AÇIQLAMA
Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi
Kimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMA
Şəhidimizin adını daşıyan gəmi dron hücumuna məruz qaldı: Həlak olan Məhəmmədin fotosu
Alim Qasımovun meneceri Pünhan Piriyevə cavab verdi: "Bunu ona yaraşdırmadım"
Azərbaycanda qızıl kəskin bahalaşdı
Müəllim olmaq ÇƏTİNLƏŞİR: "Artıq təkcə bilik yox, dünyagörüşü də yoxlanılır"
Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək
Bakıda yeni dəmir yolu tıxacları azaldacaq? - Ekspertdən AÇIQLAMA
Bakıda tanınmış restoranda biabırçılıq
Tarixin ən böyük avtomobil tıxacı 12 gün davam edib: Harada baş verib?
Xalq artisti evdə yıxılıb xəsarət aldı
"WhatsApp"da yeni funksiya
Ramil Usubovun kürəkəni vəfat edib - Foto
"Neptun"dakı endirim narazılıq yaratdı - Foto