Maaş və pensiyalar artacaq: Qiymətlər də bahalaşa bilər? - Ekspertdən AÇIQLAMA

Maaş və pensiyalar artacaq: Qiymətlər də bahalaşa bilər? - Ekspertdən AÇIQLAMAGələn il maaş və pensiyaların artırılması əhalinin gəlirlərinin yüksəlməsinə və alıcılıq qabiliyyətinin yaxşılaşmasına şərait yarada bilər. Bununla yanaşı, əhalinin gəlirlərinin artması istehlak tələbinin yüksəlməsinə səbəb olmaqla, təklifin tələbi tam qarşılamadığı halda bəzi məhsul və xidmətlərin qiymətlərinə təzyiq yarada bilər. Bu baxımdan, gəlirlərin artımının inflyasiyaya mümkün təsiri və qiymət sabitliyinin qorunması üçün görüləcək tədbirlər də diqqət çəkir.

Bəs, gələn il maaş və pensiyaların artırılması istehlak tələbinə və qiymətlərə necə təsir göstərə bilər, bu artım inflyasiyanın yüksəlməsinə səbəb ola bilərmi və qiymət artımının qarşısını almaq üçün hansı iqtisadi tədbirlərin görülməsi vacibdir?
Maaş və pensiyalar artacaq: Qiymətlər də bahalaşa bilər? - Ekspertdən AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, maaş və pensiyaların artırılması əhalinin nominal gəlirlərini yüksəldərək alıcılıq qabiliyyətinə müsbət təsir göstərə bilər:

"Xüsusilə gəlirlərinin böyük hissəsini gündəlik istehlaka yönəldən əhali qruplarında əlavə gəlirin əmtəə və xidmətlərə olan tələbi artırması mümkündür. Əgər bazarda təklif bu artan tələbi qarşılaya bilməsə, satıcıların qiymətləri yüksəltməsi və bunun inflyasiyaya əlavə təzyiq yaratması ehtimalı yaranır. Lakin maaş və pensiyaların artımını avtomatik olaraq inflyasiya yaradan amil kimi qiymətləndirmək düzgün olmaz. Əgər artan gəlirlər əsasən yerli istehsalın genişlənməsi, xidmətlərin həcminin artması və idxal imkanlarının genişlənməsi hesabına qarşılanarsa, tələb artımının qiymətlərə təsiri məhdud qala bilər".

Ekspert bildirib ki, problem daha çox gəlirlərin sürətlə artdığı, lakin mal və xidmət təklifinin eyni templə genişlənmədiyi halda meydana çıxır:

"Bu baxımdan əsas məsələ tələblə təklif arasında tarazlığın qorunmasıdır. Bunun üçün ərzaq və digər əsas istehlak məhsullarının istehsalının artırılması, aqrar sektorda məhsuldarlığın yüksəldilməsi, logistika və anbar infrastrukturunun yaxşılaşdırılması, idxal kanallarının şaxələndirilməsi vacibdir. Rəqabətin gücləndirilməsi də qiymətlərin süni şəkildə artırılmasının qarşısını almaq baxımından əhəmiyyətlidir".

Onun sözlərinə görə, büdcə xərclərinin artımı da nəzarətdə saxlanmalıdır:

"Maaş və pensiyaların yüksəldilməsi ilə yanaşı dövlət xərclərinin iqtisadiyyatın real imkanlarından daha sürətlə genişlənməsi daxili tələbi əlavə olaraq artıra bilər. Buna görə sosial ödənişlərin artırılması ilə paralel olaraq fiskal və pul siyasətinin koordinasiyası, inflyasiya gözləntilərinin idarə olunması və manat likvidliyinin həddindən artıq genişlənməsinin qarşısının alınması vacibdir. Ən optimal yanaşma gəlirlərin artırılmasını məhdudlaşdırmaq deyil, artan gəliri qarşılayacaq istehsal və xidmət imkanlarını genişləndirməkdir. Əgər maaş və pensiyaların artımı real iqtisadi artım, məhsuldarlıq və təklifin genişlənməsi ilə dəstəklənərsə, bu, həm əhalinin alıcılıq qabiliyyətini yüksəldə, həm də inflyasiya təzyiqini nəzarətdə saxlaya bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 752   Tarix: 06 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı - Fotolar

Tədbirlər planına uyğun olaraq, paytaxt rayonlarında qış mövsümünə hazırlıqla bağlı tədbirlər başa çatıb. xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hazırda şəhərin və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyət

20 noyabr
.

42 min materiallıq arxivin arxasındakı komanda. Emil Hacıyev və UPTURNLAB-ın Bakıdan başlayan texnologiya hekayəsi

Xəbər saytında ən çox diqqəti bugünkü manşet çəkir. Redaksiya üçün isə beş il əvvəl dərc olunmuş və bu gün yenidən gündəmə gələn bir yazı da eyni dərəcədə qiymətli ola bilər. Sayt yenilənəndə illərin əməyini, hər materialın tarixini və arxivin bütövlüyünü qorumaq mühəndislərin üzərinə düşür. layihəsind

19 noyabr
.

21° isti... - Sabahın havası

Noyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanı

20 noyabr
.

Əhalinin son sayı - Açıqlandı

İlin əvvəlindən ölkə əhalisinin sayı 20474 nəfər və ya 0,2 faiz artaraq 2026-cı il oktyabr ayının 1-i vəziyyətinə 10282825 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi ( DSK) məlumat yayıb. Bildirilib ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış

20 noyabr
.

Sumqayıtda yol çökdü

Sumqayıtda yolun daha bir hissəsi çöküb. -ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Çökmə ilə əlaqədar əraziyə Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları cəlb olunub. Təhlükəsizlik tədbirləri görülüb, problemin aradan qaldırılması istiqamətind

21 noyabr
.

Jurnalistlər üçün müsabiqə elan edildi

Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib. xəbər verir ki, bu barədə Şura məlumat yayıb. Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib. portalı vasitəsilə Media və Yayım Şurasına təqdim edilir. Jurnalist müsabiqənin elan olunduğu günədək so

20 noyabr
.

Uşağın təhsil bünövrəsini ali təhsili olmayan müəllimlər qoyur - Tədrisin keyfiyyəti necədir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

İbtidai sinif müəllimlərinin böyük bir qisminin ali təhsilli olmadığı məlum olub. Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 18-də Peşə Təhsili Forumu 2026 çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı bildirib ki, ibtidai təhsil səviyyəsində dərs deyən müəllimlərin əhəmiyyətli hissəs

20 noyabr
.

Gənc oğlan 15 yaşlı qızı qaçırdı, polis hərəkətə keçdi

Sabirabad rayonunda 17 yaşlı oğlanın 15 yaşlı qızı qaçırması ilə bağlı araşdırmalara başlanılıb. -a istinadən xəbər verir ki, hadisə noyabrın 19-da rayonun Cavad kəndində qeydə alınıb. Məlumata görə, ata 2011-ci il təvəllüdlü qızının 2009-cu il təvəllüdlü oğlan tərəfindən evlənmək məqsədilə qaçırılmas

20 noyabr
.

Ağdamın işğaldan azad olunmasından 6 il ötür

Bu gün - noyabrın 20-i Ağdam Şəhəri Günüdür. -ın xəbərinə görə, şəhərin erməni işğalçılarından təmizlənməsindən altı il ötür. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub. Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayara

20 noyabr