Aqressiv sərnişin avtobusda qorxu dolu anlar yaşatdı - Şüşəni sındırıb qaçdı - Video

Aqressiv sərnişin avtobusda qorxu dolu anlar yaşatdı - Şüşəni sındırıb qaçdı - VideoDünən paytaxtın Yasamal rayonu ərazisində xuliqanlıq hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, naməlum şəxs 65 saylı müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99-JP-013 dövlət qeydiyyat nişanlı avtobusun dayanacaqdan kənarda saxlanılmasını təlbə edib. Sürücü ona avtobusu qarşıdakı dayanacaqda saxlayacağını bildirsə də, həmin şəxs əsəbi halda tələblərinə davam edib və cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirərək xuliqanlıq əlamətləri daşıyan hərəkətlərə yol verib.

Həmin şəxs avtobusun salonunda quraşdırılmış Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsus elektron ödəniş avadanlığına zərər vurub, daha sonra avtobusun ön qapısının şüşəsini təpik zərbəsi ilə sındıraraq hadisə yerindən uzaqlaşıb.

Hadisə avtobusda quraşdırılmış müşahidə kamerası vasitəsilə videogörüntüyə alınıb.

Faktla bağlı polisin "102" qaynar xəttinə məlumat verilib, müvafiq tədbirlər görülür.

***

Əməli törədən şəxsin kimliyi polis tərəfindən müəyyən olunub. Onun saxlanılması üçün tədbirlər görülür.

Hadisəni əks etdirən görüntüləri təqdim edirik:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 250   Tarix: 20 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gənc oğlan 15 yaşlı qızı qaçırdı, polis hərəkətə keçdi

Sabirabad rayonunda 17 yaşlı oğlanın 15 yaşlı qızı qaçırması ilə bağlı araşdırmalara başlanılıb. -a istinadən xəbər verir ki, hadisə noyabrın 19-da rayonun Cavad kəndində qeydə alınıb. Məlumata görə, ata 2011-ci il təvəllüdlü qızının 2009-cu il təvəllüdlü oğlan tərəfindən evlənmək məqsədilə qaçırılmas

20 noyabr
.

Ölkədə evlənmək istəyənlər azalıb

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 9 ayı ərzində 31085 nikaha daxilolma və 15030 boşanma halları qeydə alınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərin

20 noyabr
.

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı - Fotolar

Tədbirlər planına uyğun olaraq, paytaxt rayonlarında qış mövsümünə hazırlıqla bağlı tədbirlər başa çatıb. xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hazırda şəhərin və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyət

20 noyabr
.

Yaşıl çay alarkən bunlara diqqət edin - Keyfiyyətsiz məhsulu necə tanımaq olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Yaşıl çay sağlamlıq üçün faydalı hesab edilsə də, bazarda satılan məhsulların keyfiyyəti və tərkibi eyni deyil. Xüsusilə son istifadə tarixi, istehsal şəraiti, qablaşdırılması və saxlanma qaydaları çayın keyfiyyətinə birbaşa təsir göstərir. Bəzi hallarda istehlakçılar məhsul seçərkən yalnız qiymətə v

20 noyabr
.

Sabah "Koroğlu"dan aeroport istiqamətində yol 7 saat bağlı olacaq

Noyabrın 21-də saat 23:00-dan 05:45-dək metronun "Koroğlu" stansiyasından hava limanı istiqamətində yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işlər aparılacaq. xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsi məlumat yayıb. Qurumdan bildirilib ki, bununla əlaqədar qeyd olunan ərazilərd

20 noyabr
.

Vəkil Orxan Kəngərli həbs edildi

Ötən gün polis tərəfindən saxlanılan vəkil Orxan Kəngərliyə məhkəmədə sanksiya təqdimatına baxılıb. -ın məlumata görə, "Alyans" Vəkil Bürosunun rəhbəri Orxan Kəngərli sanksiya həbsi ilə baglı hakim qarşısına çıxarılıb. Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəkillə bağlı qərar qəbu

19 noyabr
.

Alim Qasımov və qızının ifası məşhur "GTA 6" oyununda

Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fəraqanə Qasımovanın ifası dünyanın ən çox gözlənilən videooyunlarından biri olan "GTA 6"nın musiqi siyahısına daxil edilib. Axşam.az xəbər verir ki, oyundakı "Kaleidoscope FM" radiosunda onların ifası "Say It Right" ad

19 noyabr
.

"Xəzərdə sahil xəttindən 800 metrə qədər geriçəkilmələr var"

"Bu gün Xəzərin mövcud sahil xəttindən faktiki dənizin sahilə təmas xətti arasında bəzi hallarda 800 metrə qədər geriçəkilmələr var". "Qafqazinfo" xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquq

19 noyabr
.

Azərbaycan 4 meymunu Qazaxıstana 200 dollara satdı

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan Qazaxıstana dörd diri primat ixrac edilib. -a istinadən xəbər verir ki, dörd heyvanın ümumi ixrac dəyəri 200 ABŞ dolları göstərilib. Heyvanların hansı məqsədlə Qazaxıstana göndərildiyi rəsmi məlumatlarda əksini tapmayıb

19 noyabr