Azərbaycanda kredit faizləri niyə yüksəkdir? - Ekspertdən AÇIQLAMA

Azərbaycanda kredit faizləri niyə yüksəkdir? - Ekspertdən AÇIQLAMAAzərbaycanda kredit faizlərinin yüksək olması həm vətəndaşların, həm də biznes subyektlərinin maliyyə resurslarına çıxışını çətinləşdirən əsas məsələlərdən biridir. Bankların daha ucuz və uzunmüddətli maliyyə resurslarına çıxışının genişləndirilməsi kreditlərin maya dəyərinin azalmasına və faiz dərəcələrinin aşağı düşməsinə şərait yarada bilər. Bununla yanaşı, bankların maliyyələşmə imkanlarının artırılmasının kredit bazarına və borcalanların ödəniş imkanlarına təsiri də nəzərə alınmalıdır.

Bəs, Azərbaycanda kredit faizlərinin aşağı salınması üçün bankların maliyyələşmə imkanlarının genişləndirilməsi nə dərəcədə realdır və bankların daha ucuz, uzunmüddətli resurslara çıxışının təmin edilməsi kredit faizlərinə və vətəndaşlar üçün kreditlərin əlçatanlığına necə təsir göstərə bilər?
Azərbaycanda kredit faizləri niyə yüksəkdir? - Ekspertdən AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən bank eksperti Əkrəm Həsənov bildirib ki, bankların əsas maliyyələşmə mənbələrindən biri vətəndaşların bank əmanətləridir:

"Ümumiyyətlə, müştərilərin bank hesablarında olan vəsaitlər də bankların istifadə etdiyi əsas resurslardandır. Bundan başqa, banklar Mərkəzi Bankın uçot dərəcəsi ilə təqdim etdiyi kreditlərdən də yararlana bilirlər. Bəzi banklar xaricdən də maliyyə vəsaiti cəlb edə bilirlər. Lakin xaricdən vəsait əsasən milli valyutada deyil, xarici valyutada cəlb olunur. Bank isə həmin vəsaiti milli valyutada kredit şəklində təqdim etməlidir. Bu baxımdan xarici valyutada cəlb olunan vəsaitlərin istifadəsi müəyyən çətinliklər yaradır. Milli valyutada əsas mənbə isə bank əmanətləridir. Vətəndaşlar aşağı faizlə əmanət yerləşdirmək istəmədikdə vəsaitlərini banklardan çəkə bilərlər. Bu da banklar üçün müəyyən risk yaradır. Son dövrlərdə əmanət faizlərində müəyyən azalma müşahidə olunur".

Ekspert bildirib ki, digər mənbə Mərkəzi Bankın uçot dərəcəsi ilə təqdim etdiyi vəsaitlərdir:

"Lakin Mərkəzi Bank bütün banklara istənilən həcmdə kredit vermir. Bu, onun pul-kredit siyasətinə uyğun şəkildə həyata keçirilir. Çünki həddindən artıq kreditləşmə inflyasiyaya səbəb ola bilər. Müştərilərin bank hesablarında olan vəsaitlər də bankların resurs bazasında mühüm yer tutur. Son illərdə sahibkarların bank hesablarından vəsait çıxarması ilə bağlı müəyyən məhdudiyyətlər də tətbiq olunub. Ümumilikdə isə Azərbaycanda həm əmanət, həm də kredit faizlərinin yüksək olmasının əsas səbəblərindən biri kapital bazarının kifayət qədər inkişaf etməməsidir. Şirkətlər birbaşa kapital bazarına çıxaraq istiqrazlar vasitəsilə vəsait cəlb edə bilmirlər. Kapital bazarının daha yaxşı inkişaf etməsi bu baxımdan müsbət nəticələr verə bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 314   Tarix: 07 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ADY sərnişin daşınmasını 19 % artırıb

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu ilin yanvar-sentyabr aylarında 8,5 milyona yaxın sərnişin daşıyıb. Bu barədə -a ADY-dən məlumat verilib. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19 % çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 8 milyon (18 % artım)

6 oktyabr
.

Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 36 % artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 721,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,2 % azdır. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 37,6 %, son 1 ildə isə 36 % artıb. Avqustu

25 sentyabr
.

Azərbaycan mebel idxalına çəkdiyi xərci 20 %-ə yaxın azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 80 milyon 89,14 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin 8 ayı ilə müqayisədə 19 milyon 602 min ABŞ dolları və yaxud 19,7 % azdır. Ötən dövr ərzind

26 sentyabr
.

Taxtakörpü su anbarında istehsal edilən enerjinin həcmi açıqlanıb

Şabran rayonu ərazisində Samur çayı, Taxtakörpü su anbarının üzərində tikilən "Taxtakörpü" Su Elektrik Stansiyasında (SES) istismara verildiyi tarixdən bu ilin sentyabrın 1-nə 675,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu barədə -a Energetika Nazirliyindən məlumat verilib. Bildirili

28 sentyabr
.

Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA

Son məlumatlara görə, Azərbaycanda bankların kreditlər üzrə faiz gəlirləri 2026-cı ilin yanvar-avqust aylarında 2 milyard 982,6 milyon manata çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz artıb. Eyni zamanda, sentyabrın 1-nə bankların kredit portfeli 32,8 milyard manatı ötüb. Maraqlıdı

30 sentyabr
.

Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb

Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,93 ABŞ dolları və ya 3,15 % azalaraq 120,68 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə

7 oktyabr
.

Bu şəxslər 2000 manatadək cərimələnə bilərlər

Özəl məhkəmə ekspertləri barəsində intizam icraatı müəyyənləşir. xəbər verir ki, sözügedən məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksin

5 oktyabr
.

MegaSec ADEX 2026 sərgisində ilk dəfə iştirak edəcək-VİDEO

MegaSec MMC ilk dəfə ADEX 2026 beynəlxalq müdafiə sərgisində iştirak edəcək. xəbər verir ki, şirkətdən verilən məlumata görə, sərgi 30 sentyabr - 2 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. MegaSec sərginin 4-cü pavilyonunda yerləşən stendində müasir texnologiyalarını nümayi

30 sentyabr
.

Azərbaycanda dörd qanun ləğv ediləcək

Azərbaycanda dörd qanun ləğv ediləcək. -ın məlumatına əsasən, "Aqrar sahə haqqında" yeni qanun layihəsi qüvvəyə mindikdən sonra aşağıdakı qanunlar ləğv olunacaq:. - "Taxıl haqqında" Azərbaycan Respublikasının Qanunu;. - "Çayçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu;

2 oktyabr