Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı

Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldıQəbələdə Yeni il şənliyi zamanı "Şaxta baba" obrazında olan şəxsi döyməkdə təqsirləndirilən "Fortuna Boutique Hotel"in sahibi Samir Abdullayev barəsində inzibati tənbeh tətbiq edilib.

Qaynarinfo-nun əldə etdiyi məhkəmə qərarına əsasən, 1985-ci ildə Yevlax şəhərində anadan olan, ali təhsilli, evli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Samir Abdullayev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib.

Hadisə 2025-ci ilin dekabrında Qəbələ şəhərində, Heydər Əliyev prospektində yerləşən "Fortuna" otelinin restoranında baş verib.

Məhkəmə materiallarına görə, Yeni il şənliyi zamanı "Şaxta baba" obrazında çıxış edən Qəbələ rayonunun Mirzəbəyli kənd sakini Kamran Eyyubovla otelin icarədarı Eldar arasında mübahisə yaranıb. Mübahisə zamanı Kamran Eyyubov Eldarı itələyib. Bundan sonra Samir Abdullayev "Şaxta baba" obrazında olan şəxsə yaxınlaşaraq onun üz nahiyəsinə zərbə endirib.

Hadisə ilə bağlı əvvəlcə Samir Abdullayev və Eldar Əhmədov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanıb. Lakin sonradan cinayət işinə xitam verilib və əməldə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əlamətlərinin olduğu qənaətinə gəlinib.

Məhkəmədə Samir Abdullayev özünü təqsirli bilməyib. O, hadisə günü oteldə şənlik keçirilmədiyini, "Şaxta baba" və "Qar qız" obrazlarının isə onun deyil, əvvəllər oteldə işləmiş şəxslərin təşəbbüsü ilə gətirildiyini bildirib.

Abdullayev iddia edib ki, münaqişə zamanı tərəfləri ayırmağa çalışıb və "Şaxta baba" obrazında olan şəxsi yalnız əli ilə kənara itələyib. Onun sözlərinə görə, hadisədən sonra qarşı tərəf ondan 1000 manat pul tələb edib.

Zərərçəkmiş Kamran Eyyubov isə məhkəmədə bildirib ki, Samir Abdullayev ona yumruqla zərbə vurub və nəticədə yerə yıxılıb. O, həmçinin Abdullayev və Eldar tərəfindən döyüldüyünü deyib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmişin sol gözaltı nahiyəsində qançır və sol diz oynağının ön səthində sıyrıq aşkarlanıb. Ekspertiza həmin xəsarətləri sağlamlığa zərər vurmayan bədən xəsarətləri kimi qiymətləndirib.

Məhkəmədə araşdırılan videogörüntüdə "Şaxta baba" obrazında olan şəxslə bir qızın oynadığı zaman Eldarın onların arasına girdiyi, bundan sonra Kamranın Eldarı əli ilə itələdiyi və Samir Abdullayevin Kamranın üz nahiyəsinə zərbə endirdiyi müəyyən olunub.
Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldıMəhkəmə Samir Abdullayevin əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin olduğunu hesab edib.

Qeyd edək ki, həmin maddəyə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə 300 manatdan 500 manatadək cərimə və ya iki ayadək inzibati həbs nəzərdə tutulur.

Məhkəmə işin hallarını, Abdullayevin şəxsiyyətini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, ona maddənin maksimal həddində - 500 manat inzibati cərimə tətbiq edib.

Qeyd edək ki, Qəbələ şəhəri, Heydər Əliyev prospektində yerləşən "Fortuna" (Fortuna Boutique Hotel / Fortuna Resort Qebele) ailəvi istirahət mərkəzi və otel kompleksidir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 113   Tarix: 08 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

10 illik vergi güzəşti bitir - Un və çörəyin qiyməti bahalaşacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Buğda, un və çörəklə bağlı 10 illik ƏDV güzəştinin müddəti başa çatmaq üzrədir. 2027-ci il yanvarın 1-dən etibarən güzəşt uzadılmasa, bu məhsullar üzrə vergi yükünün dəyişməsi gündəmə gələ bilər. Bu isə xüsusilə gündəlik tələbat məhsulu olan çörəyin və unun qiymətinə mümkün təsirlə bağlı suallar yaradır

8 oktyabr
.

"Grafinya"nın sahibi ondan şikayət edən qonşuya cinayət işi açdırmaq istədi - Rədd edildi

Oğuz rayonu, Kərimli kəndində yerləşən "Grafinya" ailəvi istirahət mərkəzinin rəhbəri İlham Cəfərov qonşusuna qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, İlham Cəfərov qonşusunun uzun müddət ərzində onun və rəhbərlik etdiy

8 oktyabr
.

Səbuhi Əliyevə vəzifə verildi

Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa

8 oktyabr
.

Bakının altı rayonunda su niyə hələ də verilməyib?

Oktyabrın 6-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacağı ilə bağlı məlumat verilib. Suyun verilişini

7 oktyabr
.

İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?

Dənizkənarı Bulvar İdarəsində mənimsəmədə təqsirləndirilən İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin məhkəməsinin növbəti iclası keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanı

7 oktyabr
.

Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

8 oktyabr
.

Səbuhi Əliyevə vəzifə verildi - Dosye

Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa

8 oktyabr
.

Bakıda ev almaq istəyənlər üçün ƏN SƏRFƏLİ ƏRAZİLƏR - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil almaq istəyənlər üçün əsas suallardan biri yalnız qiymətin nə qədər olması deyil, hansı ərazidən ev almağın daha sərfəli olmasıdır. Eyni büdcə ilə şəhərin müxtəlif ərazilərində həm mənzilin sahəsi, həm nəqliyyat imkanları, həm də gələcəkdə həmin əmlakın dəyərinin artması baxımından cidd

8 oktyabr
.

Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA

Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər

7 oktyabr