Bütün kolleclər universitetlərin tabeliyinə veriləcək
"Azərbaycanda 2030-cu ilədək fəaliyyət göstərən bütün kolleclərin müvafiq ali təhsil müəssisələrinə verilməsi və onların universitetlərin tərkib hissəsi kimi fəaliyyət göstərməsi planlaşdırılır".
Axşam.az "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, bunu "2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu nəticələri"nin müzakirəsində Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman bildirib.
Onun sözlərinə görə, hazırda müzakirə mərhələsində olan 2027-2030-cu illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında orta ixtisas təhsili ilə bağlı bir sıra məsələlərin əksini tapması gözlənilir:
"2022-2026-cı illəri əhatə edən strategiyada orta ixtisas təhsili ilə bağlı ayrıca istiqamət nəzərdə tutulmamışdı. Növbəti mərhələdə isə kollecləri ali təhsil ekosisteminin bir hissəsi kimi görürük. Hazırda bəzi kolleclər ali təhsil müəssisələrinin tabeliyində fəaliyyət göstərir. Lakin bizim nəzərdə tutduğumuz inteqrasiya yalnız tabelik məsələsi deyil. Məqsəd kolleclərin universitetlərin ayrılmaz tərkib hissəsinə çevrilməsidir. Planlaşdırırıq ki, 2027-2030-cu illərin sonuna doğru bütün fəaliyyət göstərən kolleclər müvafiq ali təhsil müəssisələrinə inteqrasiya olunsun".
T.Süleyman bildirib ki, bu modeldə orta ixtisas təhsili universitetlərin bakalavriat, magistratura və doktorantura səviyyələri ilə birlikdə vahid təhsil ekosisteminin tərkibində fəaliyyət göstərəcək.
O qeyd edib ki, nəzərdə tutulan dəyişikliklərin əsas istiqamətlərindən biri kolleclərin ali təhsil müəssisələri ilə birgə fəaliyyətinin təmin olunmasıdır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 160 Tarix: 20 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBütün kolleclər universitetlərin tabeliyinə veriləcək
"Azərbaycanda 2030-cu ilədək fəaliyyət göstərən bütün kolleclərin müvafiq ali təhsil müəssisələrinə verilməsi və onların universitetlərin tərkib hissəsi kimi fəaliyyət göstərməsi planlaşdırılır". Axşam.az "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, bunu "2026/2027-ci tədri
20 noyabr21° isti... - Sabahın havası
Noyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanı
20 noyabrAğdamın işğaldan azad olunmasından 6 il ötür
Bu gün - noyabrın 20-i Ağdam Şəhəri Günüdür. -ın xəbərinə görə, şəhərin erməni işğalçılarından təmizlənməsindən altı il ötür. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub. Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayara
20 noyabrJurnalistlər üçün müsabiqə elan edildi
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib. xəbər verir ki, bu barədə Şura məlumat yayıb. Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib. portalı vasitəsilə Media və Yayım Şurasına təqdim edilir. Jurnalist müsabiqənin elan olunduğu günədək so
20 noyabrNoyabr pensiyaları tam ödənildi
Respublika üzrə noyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-da Naxçıvan Muxtar Respublikası, noyabrın 13-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələrind
20 noyabrAzərbaycanda da trend olan məhsulda kif-maya göbələkləri aşkarlandı
İspaniyadan gətirilən qida məhsulunda uyğunsuzluq aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Pannamore" MMC-nin İspaniyada
19 noyabr