Səfir: İndoneziya AQEM çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır
İndoneziya Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır və onun fəaliyyətində daha fəal iştirak etmək imkanlarını öyrənir.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi bildirib.
Onun sözlərinə görə, dünyada gedən dinamik geosiyasi proseslər fonunda AQEM-in işində iştirak etmək İndoneziya üçün xüsusi maraq kəsb edir.
"Hazırkı şəraitdə sabitliyi möhkəmləndirmək və beynəlxalq əməkdaşlığı inkişaf etdirmək xüsusilə vacibdir. Hətta geosiyasi qeyri-müəyyənlik şəraitində belə, iqtisadi qarşılıqlı fəaliyyət və sosial-mədəni əlaqələr prioritet olaraq qalmalıdır", - diplomat qeyd edib.
O, həmçinin gənclərin inkişafının vacibliyini vurğulayıb və İndoneziyanın AQEM çərçivəsindəki əməkdaşlıq proqramlarında iştirakı üçün imkanların genişləndiriləcəyinə ümidvar olduğunu bildirib.
Diplomat xatırladıb ki, yaxın vaxtlarda İndoneziyanın xarici işlər nazirinin müavini Məhəmməd Anis Matta Azərbaycana səfər edəcək. Azərbaycanın xarici işlər və iqtisadiyyat nazirləri Ceyhun Bayramov və Mikayıl Cabbarovla görüşlərin vaxtının razılaşdırılması gözlənilir. Görüşlərin konkret tarixləri hələ müəyyən edilməyib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 351 Tarix: 11 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev həqiqi hərbi xidmətlə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2027-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, 2009-c
23 noyabrİlham Əliyev: "Vyetnama səfərimin nəticələrindən çox məmnunam"
Prezident İlham Əliyevin sosial media hesablarında Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından verilən rəsmi nahar tədbirində çıxışından video paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilir:. "Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam"
21 noyabrKəlbəcər rayonunun işğaldan azad olunması
2020-ci il noyabrın 25-də Kəlbəcərin 27 illik işğalına son qoyuldu. Kəlbəcər Azərbaycanın gözəl məkanlarından biridir. Kəlbəcər toponiminin özü də elə onun türklərə məxsusluğunun sübutudur. Heç bir işğal bu həqiqəti dəyişdirə bilməz. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur və 1930-cu il 8 avqustd
23 noyabrPrezident və xanımının şərəfinə rəsmi nahar verilib
Noyabrın 21-də Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, prezidentlər tədbirdə çıxış ediblər
21 noyabrKəlbəcərdə həyat yenidən başlayır
Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. Kəlbəcərlilər Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayon
23 noyabrPrezidentdən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deylir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi İğdır Universitetinin təşkilatçılığı ilə "İpək Yolunun yenidən dirçəlişi" mövzusuna həsr olunmuş Beynəlxal
24 noyabrBəzi həkimlərə xüsusi rütbələr veriləcək
"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Dəyişikliyə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda ola
23 noyabrMehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram - Foto
Hanoyda keçirilən rəsmi nahardan yayılan fotolarda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və qızları Leyla Əliyeva ilə Arzu Əliyevanın geyim seçimi diqqət çəkib. xəbər verir ki, onlar Vyetnam mədəniyyətinə hörmət əlaməti olaraq tədbirə bu ölkənin milli geyimlərində qatılıblar. Noyabrın 21-d
21 noyabr