65 yaş gözləmədən pensiyaya çıxmaq mümkün olacaq? - AÇIQLAMA
"Hazırda qanunvericilikdə tək yaşayan, ailəsi və himayəsində olan şəxsi olmayan qadınlar üçün ayrıca 60 yaş pensiya həddi müəyyən edilməyib. Belə bir güzəştin qanunvericilikdə nəzərdə tutulması hüquqi baxımdan mümkündür. Azərbaycanda 1 iyul 2026-cı ildən etibarən qadınlar üçün ümumi yaşa görə əmək pensiyası yaşı kişilərin pensiya yaşı ilə bərabərləşdirilərək 65 yaş müəyyən edilib. Tək yaşayan, ailəsi və himayəsində olan şəxsi olmayan qadınlar üçün 60 yaşdan pensiyaya çıxmaq hüququnun müəyyən edilməsi üçün "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq dəyişikliklərin edilməsi tələb olunur".
Referans Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun "İnklüziv sosial inkişaf" şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) KONKRET.az-a açıqlamasın da səsləndirib.
"Əmək pensiyaları haqqında" Qanunda müəyyən xüsusi kateqoriyalara aid qadınlar üçün pensiya yaşının 5 il azaldılması ilə bağlı müddəalar artıq mövcuddur.
Belə ki, beş və daha çox övladı olan, eləcə də əlilliyi olan uşağı böyüdən qadınlar qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun gəldikdə yaşa görə əmək pensiyasına vaxtından əvvəl çıxa bilirlər. Bununla belə, tək yaşayan, ailə qurmayıb və himayəsində heç kim olmayan qadınların daha erkən pensiyaya çıxması üçün hazırda ayrıca güzəşt mexanizmi mövcud deyil".
Professorun sözlərinə görə, tək yaşayan və sosial baxımdan daha həssas vəziyyətdə olan qadınlar üçün belə bir güzəştin tətbiq edilməsi onların sosial müdafiəsinin gücləndirilməsinə, yaşlı qadınların sosial təminatının yaxşılaşdırılmasına və bu kateqoriyaya aid şəxslərin qarşılaşdığı sosial çətinliklərin azaldılmasına müsbət təsir göstərə bilər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 108 Tarix: 11 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Prime Cotton İFT" MMC-ni dövlət qeydiyyatına alıb. "Report" xəbər verir ki, yeni şirkət Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı "Prime Cotton" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti
10 oktyabrSabah isti olacaq
Azərbaycanda oktyabrın 11-də 25 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi il
10 oktyabrAzərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır". xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmiro
11 oktyabrAvtobusdan istifadə edənlərin nəzərinə: ARTIM VAR
Bakıda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı son iki ildə 12 faiz bəndi artaraq 89 faizə yüksəlib. Bu barədə "Yeni Sabah"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, 2024-cü ildə paytaxtda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişləri
11 oktyabrAzərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 30,95 milyon ABŞ dolları dəyərində 19 min 947 ton albalı və gilas ixrac edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olara
10 oktyabrYol polisi sürücülərə müraciət etdi
Ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, xüsusilə gecə və səhər saatlarında yollarda görünüş məsafəsini azalda bilər. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciətində bildirilib. Qeyd edilib ki
10 oktyabrVahid məktəbli forması ayrı-seçkiliyin qarşısını alır - AÇIQLAMA
"Məktəblərdə vahid geyim formasının tətbiqi yalnız vizual tələb deyil, həm də təhsilin dünyəvilik prinsipi və sosial bərabərlik məsələsidir. Məktəb uşaqların sosial statusundan, ailələrinin maddi imkanlarından və ya dini mənsubiyyətindən asılı olmayaraq hər bir şagirdin özünü bərabər hiss etməl
9 oktyabr