İlham Əliyev Kambocanın baş nazirini qarşılayıb - Foto
Oktyabrın 12-də Bakıda Kamboca Krallığının Baş naziri Hun Manetin rəsmi qarşılanma mərasimi olub.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Kamboca Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın baş naziri Hun Maneti qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Kambocanın Baş nazirinə raport verib.
Kamboca Krallığının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Kambocanın Baş naziri Hun Manetin qarşısından keçib.
Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Hun Manetə, Kamboca nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.








Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 231 Tarix: 12 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBöyük zəfərlərlə zəngin 23 il
2003-cü ilin 15 oktyabr tarixində Azərbaycanda keçirilən Prezident seçkilərində İlham Əliyev çox böyük səs çoxluğu ilə qaələbə azanaraq Azərbaycan Respublikasınını Prezidenti seçildi. Azərbaycan xalqı ona böyük etimad göstərərək öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davamçısına verdi. Keçən 2
12 oktyabrPrezidentin siyasi peşəkarlığı uğurların əsasında durur
Azərbaycan Prezidenti İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 23 ili tamam olur. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Bununla da Azərbaycan xalqı öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsin
12 oktyabrKambocadan Azərbaycana səfirlik açmaq təklifi
Kamboca Azərbaycana Pnompendə səfirlik açmağı təklif edib. xəbər verir ki, bu fikirləri Kamboca Ticarət Palatasının prezidenti Neak Oknha Kith Azərbaycan-Kamboca biznes forumunda deyib. O bildirib ki, turizmə sərmayə və ticarəti sürətləndirmək üçün birbaşa uçuş da həyata keçirilməlidir:. "Azərbayca
12 oktyabrAzərbaycan Prezidenti: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"
"Siyasi münasibətlərimiz güclüdür, Qoşulmama Hərəkatı, həmçinin AQEM çərçivəsində əməkdaşlıq edirik". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Kambocanın Baş naziri Hun Manet ilə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı vurğulayıb ki, eyni zamanda, ticarə
12 oktyabrRegional əməkdaşlığın coğrafiyasının genişlənməsində yeni mərhələ
"Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik şəkildə inkişaf edir". Bu sözləri Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib. Ötən ildən bəri artıq beş yüksəksəviyyəli səfərin həyata keçirildiyini vurğulaya
9 oktyabr