Almaniya Ukraynaya milyardlarla avro ayırır
Almaniya Ukraynaya hərbi dəstəyini artırmaq qərarına gəlib.
"Yeni Sabah" xəbər verir ki, gələn il ölkəyə 11,6 milyard avro dəyərində yardım göstəriləcək. Bundan əlavə, Ukraynanın istifadə etdiyi kəşfiyyat dronlarının istehsalı Almaniyada həyata keçiriləcək.
Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Berlində ukraynalı həmkarı Yevgeni Xmara ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.
Pistorius Ukraynanın döyüş meydanında qazandığı təcrübənin və hazırladığı yeni texnologiyaların Almaniya ordusuna da töhfə verdiyini qeyd edib. Onun sözlərinə görə, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq NATO-nun hərbi imkanlarının güclənməsinə də kömək edib.
Almaniya müdafiə naziri bildirib ki, xüsusilə qış aylarında əhəmiyyəti artan pilotsuz uçuş aparatlarının istehsalı genişləndiriləcək. Onun sözlərinə görə, Ukraynanın "Babka" adlı kəşfiyyat dronu Almaniyada istehsal edilərək Ukraynanın istifadəsinə veriləcək. Bundan başqa, Ukraynanın "Delta" döyüş idarəetmə sisteminin Almaniya ordusunda tətbiqi ilə bağlı niyyət bəyanatı imzalanıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 111 Tarix: 24 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlmaniya Ukraynaya milyardlarla avro ayırır
Almaniya Ukraynaya hərbi dəstəyini artırmaq qərarına gəlib. "Yeni Sabah" xəbər verir ki, gələn il ölkəyə 11,6 milyard avro dəyərində yardım göstəriləcək. Bundan əlavə, Ukraynanın istifadə etdiyi kəşfiyyat dronlarının istehsalı Almaniyada həyata keçiriləcək. Bunu Almaniyanın müdafiə naziri Bori
24 noyabrAvstraliyada aşağı siniflərdə planşetlər qadağan ediləcək
Cənubi Avstraliya ştatının hakimiyyət orqanları dövlət məktəblərinin aşağı siniflərində planşet və noutbukların istifadəsini qadağan etmək, həmçinin daha böyük şagirdlər üçün həftəlik ekransız gün tətbiq etmək qərarına gəliblər. "Report" xəbər verir ki, bu barədə "ABC" teleradio korporasiyas
24 noyabrBraziliyanın sabiq prezidenti Bolsonaru reanimasiyada qalır
Braziliya xəstəxanasının reanimasiya şöbəsində olan keçmiş Braziliya prezidenti Jair Bolsonaroya kəskin bağırsaq keçməzliyi diaqnozu qoyulub. xəbər verir ki, bu barədə "CNN Brasil" tibb müəssisəsinin açıqladığı tibbi bülletenə istinadən məlumat yayıb. Bildirilib ki, sabiq dövlət başçısını
23 noyabrABŞ-ın hərbi üstünlüyü Çinlə müqayisədə son illərin ən aşağı səviyyəsinə enib
ABŞ-ın Çin üzərində hərbi potensial və Asiya regionundakı ümumi təsir baxımından üstünlüyü 2018-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. xəbər verir ki, bu barədə Avstraliyanın Louy İnstitutunun (Lowy Institute) hesabatında bildirilib. Hesabata əsasən, ümumi reytinqdə ABŞ 100 mümkün baldan 78,9 ball
23 noyabr