Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdurGələcək Azərbaycan cəmiyyətinin hansı dəyərlər, düşüncə modeli və vətəndaşlıq məsuliyyəti üzərində bərqərar olacağı bu gün qarşımızda duran mühüm məsələlərdəndir. Söhbət yalnız gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsindən deyil, milli kimliyini dərk edən, müstəqil düşünən, müasir çağırışları düzgün qiymətləndirən, dövlətin inkişafına və xalqın rifahına töhfə verməyə hazır olan vətəndaşların yetişdirilməsindən gedir. Çünki dövlətin davamlı inkişafı iqtisadi və texnoloji imkanlarla bərabər, həm də onun mənəvi dayaqları, tarixi yaddaşı və vətəndaşlarının vətənpərvərlik düşüncəsi ilə müəyyən olunur.

Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Ulu Öndərin 1996-cı ildə Gənclərin I Forumunda səsləndirdiyi "Gənclərimiz milli ruhda, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir" fikri bu gün də öz aktuallığını qoruyur. Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, milli-mənəvi dəyərlər keçmişdən miras qalan irs olmaqla yanaşı, milli kimliyin qorunmasının, dövlətçilik ənənələrinin davamlılığının və gələcək inkişafın əsas amillərindən biridir.

Bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün çağırışları nəzərə alınmaqla davam etdirilir. Dövlət başçımız Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında ideoloji təhlükəsizliyin əhəmiyyətini vurğulayaraq təhsili, biliyi və vətənpərvərliyi gənclərin yad və zərərli təsirlərdən qorunmasının mühüm vasitələri kimi qeyd etmiş, milli dəyərlərin, ənənələrin və həyat tərzinin yaşadılmasının vacibliyinə diqqət çəkmişdir. Bu yanaşma milli-mənəvi tərbiyənin daha geniş mahiyyətini ortaya qoyur. Milli kimliyini dərk edən, tarixi inkişafımızın səbəb və nəticələrini anlayan gənc, dövlətimizin nailiyyətlərini təkcə imkanlar kimi yox, eyni zamanda əvvəlki nəsillərin səylərinin və tarixi mübarizənin yekunu olaraq qiymətləndirir. Hər bir gənc anlamalıdır ki, bu gün malik olduğu hüquq və imkanlar yalnız üstünlüklər deyil, həm də gələcək nəsillər qarşısında cavabdehlik yaradır. Buna görə milli-mənəvi tərbiyənin əsas nəticəsi öz tarixini və ənənələrini bilən, öz kimliyini dərk edən, müstəqil düşünən, düzgün seçim edə bilən, milli maraqlara və dövlət mənafelərinə bağlı vətəndaş olmalıdır.

Bu prosesin təməli ailədə qoyulur, təhsil müəssisələrində isə sistemli şəkildə inkişaf etdirilir. Ailə uşağın insanlara, ictimai mühitə, Vətənə və özünə münasibətinin ilkin əsaslarını formalaşdırır. Təhsil həmin mənəvi əsasları bilik, analitik düşüncə və hüquqi mədəniyyətlə tamamlayır. Lakin müasir dövrdə gənclərin mənəvi-ideoloji baxışlarına təsir göstərən üçüncü mühüm amil də var: informasiya məkanı. İnternet, sosial media, rəqəmsal texnologiyalar və süni intellekt bilik əldə etmək imkanlarını genişləndirməklə yanaşı, müxtəlif ideoloji təsirlərin yayılmasını da sürətləndirir.

İnformasiya bolluğu özlüyündə düzgün dünyagörüşünün formalaşmasına təminat vermir. Əksinə, məlumatların etibarlılığını qiymətləndirmək və müxtəlif təsirlər arasında düzgün seçim etmək bacarığı olmadıqda, geniş informasiya imkanları yanlış istiqamətlənmə risklərini də artıra bilər. Buna görə müasir dövrdə informasiya təhlükəsizliyi ilə yanaşı, düşüncə təhlükəsizliyi də mühüm əhəmiyyət daşıyır. Düşüncə təhlükəsizliyi insanın məlumatı təhlil etmək, manipulyasiyanı tanımaq, fərqli fikirləri müqayisə etmək və qərarlarını sağlam mühakimə əsasında vermək bacarığı ilə bağlıdır. Belə bacarıqların inkişafı gəncləri kənar təsirlərdən qorumaqla yanaşı, onların ictimai həyatda fəal və prinsipial mövqe tutmasına da imkan yaradır.

İnsanın dünyagörüşünün təşəkkül tapmasında dini biliklər və mənəvi dəyərlər də mühüm yer tutur. Bu baxımdan gənclərin dini biliklərinin sağlam və etibarlı mənbələr əsasında zənginləşməsi xüsusi əhəmiyyət daşıyır. Dini anlayışların düzgün mənimsənilməsi ilə xurafatın, mənəvi dəyərlərlə radikal ideyaların, dini inancın isə həmin inancdan sui-istifadə edən manipulyativ çağırışların fərqləndirilməsi vacibdir.

Bizim yanaşmamız aydındır: dini dəyərlər insan ləyaqətinə, mərhəmətə, ədalətə, qarşılıqlı hörmətə, ictimai həmrəyliyə və sülhə xidmət etməlidir. Azərbaycanın dünyəvi dövlət modeli ilə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur. Əksinə, dini etiqad azadlığı, hüquqi dövlət prinsipləri, dünyəvilik və milli-mənəvi dəyərlərə hörmət ölkənin ictimai sabitliyini və həmrəyliyini möhkəmləndirən, bir-birini tamamlayan meyarlardır.

Dünyəvi dövlət dini dəyərləri inkar etmir, əksinə, onları qorumaq üçün mükəmməl hüquqi mexanizmlər təqdim edir. Çünki dünyəvilik dövlət idarəçiliyinin hüquq və qanunçuluq əsasında həyata keçirilməsini, vətəndaşların dinindən və etiqadından asılı olmayaraq bərabərliyinin qorunmasını, dini etiqad azadlığının təmin edilməsini nəzərdə tutur. Bu model həmin insanların dini inanclarına hörmət göstərilməsi, həm də müxtəlif dünyagörüşlərinə malik vətəndaşların ümumi hüquqi çərçivədə dinc və təhlükəsiz yaşaması üçün əsas yaradır.

Bəzən milli dəyərləri qorumaqla müasir dünyaya inteqrasiya arasında seçim etmək lazım olduğu təsəvvürü yaradılır. Halbuki milli kimliklə müasirlik arasında məcburi seçim yoxdur. Milli dəyərlərə bağlılıq elmi biliklərə, texnoloji yeniliklərə və müasir düşüncəyə açıq olmağa maneə yaratmamalıdır. Azərbaycan cəmiyyətinin birliyi də milli-mənəvi dəyərlərin, dini etiqad azadlığının və dünyəvi dövlətin təməl qaydalarının uzlaşdırılmasına əsaslanır. Müxtəlif dini və mədəni mənsubiyyətə malik insanların ümummilli maraqlar, qanun qarşısında bərabərlik və qarşılıqlı hörmət əsasında bir arada yaşaması ictimai sabitliyin mühüm şərtidir. Bu birliyin qorunması üçün yalnız ortaq dəyərlərin təşviqi deyil, hüquqi mədəniyyətin və vətəndaş öhdəliyinin inkişaf etdirilməsi də vacibdir.

Nəticə etibarilə, milli-mənəvi tərbiyənin əsas məqsədi yalnız öz tarixini bilən deyil, onu anlayan; yalnız ənənələrə bağlı olan deyil, onları müasir dövrün tələbləri ilə uzlaşdırmağı bacaran; yalnız informasiya əldə edən deyil, onu təhlil edərək düzgün qərar verən vətəndaş yetişdirməkdir. Məhz buna görə də milli-mənəvi dəyərlər müasir düşüncəyə, fərdi azadlıq və vətəndaşlıq məsuliyyətinə, dini etiqad azadlığı isə dünyəvi dövlət prinsiplərinə qarşı qoyulmamalı, əksinə, bu dəyərlər və komponentlər bir-birini tamamlayan, milli kimliyin qorunmasına, sağlam ictimai şüurun və vətəndaşlıq borcunu dərk edən mövqeyin formalaşmasına xidmət edən bütöv bir ideoloji sistemin tərkib hissələri kimi qəbul edilməlidir.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 600   Tarix: 12 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2027-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, 2009-c

23 noyabr
.

İlham Əliyev: "Vyetnama səfərimin nəticələrindən çox məmnunam"

Prezident İlham Əliyevin sosial media hesablarında Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından verilən rəsmi nahar tədbirində çıxışından video paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilir:. "Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam"

21 noyabr
.

Kəlbəcər rayonunun işğaldan azad olunması

2020-ci il noyabrın 25-də Kəlbəcərin 27 illik işğalına son qoyuldu. Kəlbəcər Azərbaycanın gözəl məkanlarından biridir. Kəlbəcər toponiminin özü də elə onun türklərə məxsusluğunun sübutudur. Heç bir işğal bu həqiqəti dəyişdirə bilməz. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur və 1930-cu il 8 avqustd

23 noyabr
.

Prezident və xanımının şərəfinə rəsmi nahar verilib

Noyabrın 21-də Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, prezidentlər tədbirdə çıxış ediblər

21 noyabr
.

Kəlbəcərdə həyat yenidən başlayır

Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. Kəlbəcərlilər Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayon

23 noyabr
.

Prezidentdən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət

Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deylir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi İğdır Universitetinin təşkilatçılığı ilə "İpək Yolunun yenidən dirçəlişi" mövzusuna həsr olunmuş Beynəlxal

24 noyabr
.

Bəzi həkimlərə xüsusi rütbələr veriləcək

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Dəyişikliyə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda ola

23 noyabr
.

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram - Foto

Hanoyda keçirilən rəsmi nahardan yayılan fotolarda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və qızları Leyla Əliyeva ilə Arzu Əliyevanın geyim seçimi diqqət çəkib. xəbər verir ki, onlar Vyetnam mədəniyyətinə hörmət əlaməti olaraq tədbirə bu ölkənin milli geyimlərində qatılıblar. Noyabrın 21-d

21 noyabr
.

Məsud Pezeşkian İranda Qərbi Azərbaycana qarşı ədalətsizlikdən danışdı - Video

İran Prezidenti Məsud Pezeşkian ölkənin əyalətləri arasında mövcud olan sosial-iqtisadi bərabərsizlikdən bəhs edərək, Qərbi Azərbaycan ostanının digər bölgələrdən geri qalmasını nümunə göstərib. xəbər verir ki, bu barədə İranın "Fars" informasiya agentliyi məlumat yayıb. Dövlət başçısının sözlərin

21 noyabr