QHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası üzrə təlim keçirilib

QHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası üzrə təlim keçirilibBakıda QHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası üzrə təlim keçirilib.

Okyabrın 13-də Azərbaycan Milli QHT Forumunun konfrans zalında "QHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası" mövzusunda təlim keçirilib.

Təlim "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "QHT-lərin sosial media bacarıqlarının artırılması" layihəsi çərçivəsində təşkil olunub.

Tədbirin açılışında birliyin sədri Cəsarət Hüseynzadə bildirib ki, QHT-lərin gördüyü işi ictimaiyyətə düzgün çatdırması da onların fəaliyyətinin vacib hissəsidir. Onun sözlərinə görə, sosial mediada paylaşılan bir məlumat dəstəyə ehtiyacı olan insana çatmağa, yeni könüllülər cəlb etməyə və cəmiyyət üçün əhəmiyyətli problemə diqqət yönəltməyə kömək edə bilər.

Cəsarət Hüseynzadə qeyd edib ki, bunun üçün QHT-lər kimə müraciət etdiklərini, hansı mesajı çatdırmaq istədiklərini və paylaşımın nəticəsi olaraq nə gözlədiklərini əvvəlcədən müəyyənləşdirməlidirlər.

Təlimçi Bəxtiyar Həsənov rəqəmsal kommunikasiyanın əsasları, sosial media platformalarının təşkilatın məqsədlərinə uyğun seçilməsi və hədəf auditoriyanın müəyyənləşdirilməsi barədə məlumat verib. Kommunikasiya zamanı tez-tez yol verilən səhvlər, auditoriyaya uyğun mesajların hazırlanması və fəaliyyətə çağırışın düzgün ifadə olunması praktiki nümunələr əsasında müzakirə edilib.

Təlimdə təsirli hekayələrin qurulması, təşkilatın vahid vizual üslubunun formalaşdırılması, telefonla video çəkilişi, qısa videolar və Reels üçün ssenari hazırlanması mövzuları da əhatə olunub. İştirakçılar təşkilatlarının fəaliyyətinə uyğun auditoriya xəritəsi, kommunikasiya kanalları və məzmun nümunələri üzərində işləyiblər.

Həmçinin həftəlik və aylıq məzmun təqviminin hazırlanması, az resursla keyfiyyətli məzmun istehsalı və bir tədbirdən müxtəlif paylaşım formatlarının yaradılması yolları izah edilib. Faktların yoxlanılması, mənbələrin göstərilməsi və yanlış məlumatlara düzəliş verilməsi qaydalarına diqqət ayrılıb.

İnteraktiv təqdimatlar, fərdi və qrup tapşırıqları ilə keçirilən təlim müzakirə və sual-cavabla başa çatıb.
QHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası üzrə təlim keçirilibQHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası üzrə təlim keçirilibQHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası üzrə təlim keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 168   Tarix: 15 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 14 küçə və prospekt təmirə bağlanacaq

Bakıda yol infrastrukturunun yenilənməsi çərçivəsində 90 küçə və prospektdə təmir işləri yekunlaşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, paytaxtın 12 inzibati rayonunu əhatə edən genişmiqyaslı təmir proqramı çərçivəsində ümumilikd

14 oktyabr
.

Azərbaycanda məktəbli formasına görə asayişi pozanlar həbs edildilər

Azərbaycanda bir sıra məktəblərdə geyim forması ilə bağlı ictimai asayişi pozanlara qarşı tədbirlər görülüb. -a istinadən xəbər verir ki, onların bəziləri Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən məktəblərdə vahid geyim forması ilə bağlı insanları qanunsuz nümayişlərə çağırıblar. Bəziləri isə ort

14 oktyabr
.

Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!

Dövlətçilik, dünyəvi təhsil və maarifçilik milli gələcəyimizin müzakirə mövzusu deyil, qorunmalı və yaşadılmalı olan əsas dəyərlərdir. Tarix hər bir xalqa zaman-zaman seçim qarşısında qalmaq sınağı yaşadır: cəmiyyətin gələcəyini sağlam düşüncə, elm və hüquq üzərində qurmaq, yoxsa fərdi iddiaların, kor-koran

14 oktyabr
.

QHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası üzrə təlim keçirilib

Bakıda QHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası üzrə təlim keçirilib. Okyabrın 13-də Azərbaycan Milli QHT Forumunun konfrans zalında "QHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası" mövzusunda təlim keçirilib. Təlim "İnformasiya və Sosial Təşəbbüslər

15 oktyabr
.

Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın! - Foto

Azərbaycanda jurnalistlər də kibercinayətkarların hədəfindədir. xəbər verir ki, işbazlar tanınmış şəxsin adından yazaraq guya DTX və ya digər hüquq-mühafizə orqanlarından zəng gələcəyini xəbər verirlər. Bundan sonra başqa bir şəxs vətəndaşla əlaqə saxlayır, hədə-qorxu gələrək qanunsuz tələblər irəl

14 oktyabr
.

"Dövlət ümumi təhsil müəssisələrində vahid yanaşmanın formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilir" - Müşfiq Cəfərov

"Azərbaycan müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, güclü potensiala malik, öz fəal və milli maraqlara əsaslanmış siyasəti ilə beynəlxalq aləmdə böyük nüfuz qazanmış ölkədir. Müharibələr, qarşıdurmalar və ziddiyyətlərin geniş vüsət aldığı müasir dövrdə Azərbaycan sabitlik, əmin-amanlıq

14 oktyabr
.

Azərbaycanda gənc əsgər vəfat etdi - Foto

Azərbaycanda gənc əsgər vəfat edib. Bu barədə -a məlumat daxil olub. Məlumata görə, gənc əsgər Orxan Şabanov Dövlət Sərhəd Xidməti sıralarında hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib. O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur. Qeyd edək ki

15 oktyabr
.

Məktəblərdə vahid geyim: Dünyəvilik və sosial bərabərlik məsələsi

"Bu gün cəmiyyətimizdə müzakirə olunan məsələlərdən biri də məktəblərdə vahid forma məsələsidir. İlk növbədə, dünyəvi dövlət anlayışı dövlət müəssisələrinin və təsisatlarının da dünyəviliyini nəzərdə tutur. Dünyəvilik dövlətin bütün sosial institutlarını əhatə edən anlayışdır. Əgər Konstitusiyamızd

15 oktyabr
.

Mənzil alarkən aldadılmamaq üçün nələrə diqqət etmək lazımdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil alarkən vətəndaşlar bəzən yalnız evin qiymətinə, yerləşdiyi əraziyə və görünüşünə diqqət yetirir, lakin sənədlərin yoxlanılması, tikilinin hüquqi vəziyyəti, mənzilin faktiki sahəsi və müqavilə şərtləri kimi mühüm məqamları nəzərdən qaçırırlar. Tələsik verilən qərarlar isə sonradan maddi itkilər

15 oktyabr