Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq?
Təhsil eksperti Elşən Qafarov orta məktəblərdə müəllimlərin işə qəbulu ilə bağlı yeni təkliflə çıxış edib. O, pedaqoji fəaliyyətlə məşğul olmaq istəyənlər üçün magistratura təhsilini məcburi şərt kimi təklif edir.
Ekspertin fikrincə, müəllimlərin işə qəbulunda magistr dərəcəsi olan namizədlərə üstünlük verilməli, bakalavr və orta ixtisas təhsilli şəxslərin bu sahəyə qəbulu isə mərhələli şəkildə məhdudlaşdırılmalıdır.
BiG.AZ xəbər verir ki, E.Qafarov Modern.az-a açıqlamasında Azərbaycanın təhsil sisteminin dünya təcrübəsinə uyğun inkişaf etməli, pedaqoji fəaliyyətin elmi-pedaqoji yanaşma əsasında qurulmalı olduğunu deyib.
Onun sözlərinə görə, inkişaf etmiş ölkələrin bir çoxunda yalnız ümumi təhsil müəssisələrində deyil, məktəbəqədər təhsil sahəsində çalışan pedaqoqlardan magistratura təhsili tələb olunur:
"Ölkəmizdə bu istiqamətdə mərhələli keçidə başlanmalıdır. İlk növbədə, müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas təhsilli şəxslərin iştirakına son qoyulmalıdır. Onların bakalavr təhsili üçün xüsusi proqramlar hazırlanmalıdır.
Hazırda orta ixtisas təhsili olan müəllimlər arasında yüksək idarəetmə və pedaqoji bacarıqlara malik kadrlar var. Bu şəxslərin potensialından daha səmərəli istifadə etmək üçün onlara bir və ya ikiillik xüsusi təhsil proqramı vasitəsilə bakalavr təhsili almaq imkanı yaradılmalıdır".
O, müəllimlərin işə qəbulu müsabiqəsində magistratura təhsili olan namizədlərə əlavə balların verilməsini, seçimlərdə onların üstün tutulmasını təklif edib:
"Gələcəkdə təkcə orta ixtisas təhsilli şəxslərin deyil, bakalavr dərəcəsi olanların məktəbəqədər və ümumi təhsil müəssisələrində müəllim kimi işə qəbulu mərhələli şəkildə azaldılmalıdır. Pedaqoji fəaliyyət üçün magistratura təhsili əsas tələbə çevrilməlidir. Bütün fənn müəllimlərinin magistratura təhsilinə malik olması tədrisin keyfiyyətinin yüksəlməsinə ciddi töhfə verə bilər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 165 Tarix: 29 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBazar gününün havası
Noyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətidən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bildirilib ki, səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayi
28 noyabrAzərbaycan armatur istehsalını 13 % artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 346,5 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 % çoxdur. Bu il noyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 14,3 min ton hazır məhsul ehtiyat
29 noyabrTikinti aparmaq istəyən şəxslərə pis xəbər - Video
Azərbaycanda tikintidə istifadə olunan taxtanın qiyməti artıb. Azərbaycan Qiymətləndiricilər Palatasının yaydığı məlumata görə, taxtanın bir kubmetrinin qiyməti oktyabr ayında əvvəlki ayla müqayisədə orta hesabla 5.3 faiz bahalaşıb. Ay ərzində tikinti materialları üzrə qeydə alınan ümumi qiymət artımını
29 noyabrAzərbaycan ayaqqabı istehsalını 56 % artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 milyon 277,4 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56 % çoxdur. Bu ilin noyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 98 min cüt hazır məhsu
28 noyabrGələn ildən ailələrlə bağlı YENİ QAYDA: Hər kəsin məlumatı...
Gələn ildən ev təsərrüfatlarının uçotu aparılacaq. Məqsəd əhalinin faktiki yaşayış şəraiti, ailə tərkibi, məşğulluğu, sosial vəziyyəti, torpaq sahələri və fərdi təsərrüfat fəaliyyəti barədə dolğun məlumatların əldə edilməsini təmin etməkdir. Uçotun aparılması ilk dəfə olaraq MyGov platformasında yaradılmı
29 noyabrBazarda meyvə-tərəvəz 50 faizədək bahalaşdı
Son günlər bazarlarda meyvə və tərəvəzlərin qiymətində 40-50 faizədək artım olduğu bildirilir. Bəs bahalaşmanın əsas səbəbi nədir? Yeni il ərəfəsində qiymətlərin daha da yüksəlməsi gözlənilirmi?. "Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyinin sədri Akif Nəsirli -a açıqlamasında bildiri
28 noyabrAzərbaycan asfalt istehsalını 32 % artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 167,3 min ton asfalt istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,1 % çoxdur. Təkcə oktyabrda isə ölkədə 25,9 min ton asfalt istehsal olunub. Bu, 1 il əvvələ nisbətə
28 noyabr