Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 11 %-ə yaxın artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 122 milyon manat vəsait daxil olub.
Sonxeber.az İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 % çoxdur.
9 ay ərzində qurum 46 hərrac keçirib. Hərraclarda 7 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 804 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bundan başqa, hesabat dövründə Dövlət Xidməti 444-ü qeyri-yaşayış, 3 075-i torpaq sahələri üzrə olmaqla 3 519 yeni icarə müqaviləsi bağlayıb. Bu isə 1 il əvvələ nisbətən 24,5 % çoxdur. Son nəticədə dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə illik müqayisədə 25,5 % çox - 43,3 milyon manat vəsait ödənilib.
Beləliklə, yanvar-sentyabr aylarında özəlləşdirmə və icarədən büdcəyə ümumilikdə 165,3 milyon manat vəsait daxil olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 14,2 % çoxdur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Brent markalı neftin qiyməti bir barel üçün 102,02 dollara düşdü
Neft bazarında əvvəlki gün qiymətlərin kəskin artmasından sonra cüzi bir eniş qeydə alınıb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında dekabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,29 dollar (0,28 faiz) az, 102,02 dollar/barel təşkil edib. Cümə axşam
2 oktyabrQızılın qiyməti ilə bağlı son xəbər
2026-cı il 7 oktyabr tarixində dünya birjalarında qızılın qiymətində kiçik enmə müşahidə olunub. "Yeni Sabah" xəbər verir ki, Nyu-Yorkun COMEX birjasında spot qızılın bir unsiyasının qiyməti 0.3 faiz ucuzlaşaraq 4,150.23 dollar təşkil edib. Ölkəmizdə isə 1 unsiya qızılın qiyməti 7,007.74 mana
7 oktyabrQızılın qramı neçəyədir?
Azərbaycanda 13 oktyabr 2026-cı il tarixinə olan qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, bir unsiya qızılın dəyəri 7132.9705 manat təşkil edib. Qiymətli metalın 1 qramının baza qiyməti isə 229.33 manat olaraq rəsmiləşib. Qızıl bazarında müxtəlif əyyarlar üzrə 1 qramın qiymətin
13 oktyabrMehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 25-ci maddəsinə müvafiq olaraq, "T-Kredit" Bank olmayan kredit təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək Azərbaycan Respublikası Mərkəzi Bankını
1 oktyabrNaxçıvanda orta aylıq nominal əməkhaqqı 6 % artıb
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 870 manat təşkil edib. Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Xatırladaq ki,
13 oktyabrAzərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,93 ABŞ dolları və ya 3,15 % azalaraq 120,68 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə
7 oktyabrADY sərnişin daşınmasını 19 % artırıb
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu ilin yanvar-sentyabr aylarında 8,5 milyona yaxın sərnişin daşıyıb. Bu barədə -a ADY-dən məlumat verilib. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19 % çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 8 milyon (18 % artım)
6 oktyabrAzərbaycan Argentinadan limon və laymın idxalını kəskin artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 13 milyon ABŞ dolları dəyərində 13 min ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyə
1 oktyabr