Kallas Rusiya ilə danışıqlara təsir göstərməyə çalışacağını bildirib

Kallas Rusiya ilə danışıqlara təsir göstərməyə çalışacağını bildiribAvropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Avropa İttifaqının diplomatik xidmətinin danışıqlar qrupuna daxil edilməməsinə baxmayaraq, Ukrayna məsələsi ilə bağlı Rusiya və ABŞ arasında aparılacaq danışıqlara təsir göstərməyə çalışacağını bildirib.
Bizimyol.info xəbər verir ki, Kallas bu barədə Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl jurnalistlərə açıqlamasında danışıb.

O deyib ki, Aİ ölkələrinin xarici işlər nazirləri ilə müntəzəm görüşlər keçirir və Avropa diplomatik xidmətində Rusiya ilə danışıqlar təcrübəsinə malik mütəxəssislər çalışır. Buna görə də danışıqların məzmununa təsir göstərmək və diqqəti əsas məsələlər üzərində saxlamaq niyyətindədir.

Kallasın fikrincə, Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlara başlanılması üçün ilkin şərt atəşkəs olmalıdır. O, həmçinin Avropanın təhlükəsizlik arxitekturasının müzakirə edilməsinə ehtiyac olmadığını bildirib.

Boyabrın 13-də Dublində keçirilən sammitdən sonra Aİ liderləri Rusiya, ABŞ və Ukrayna ilə danışıqlar aparmaq üçün texniki nümayəndə heyətinin tərkibini təsdiqləyiblər.

"ABİ+E5" formatında fəaliyyət göstərəcək qrupa Avropa Komissiyası və Avropa Şurasının nümayəndələri, həmçinin Almaniya, Fransa, İtaliya, Polşa və Böyük Britaniyanın təmsilçiləri daxildir. Kaya Kallasın rəhbərlik etdiyi Avropa İttifaqının diplomatik xidməti isə bu qrupa daxil edilməyib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 192   Tarix: 16 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlon Maskın avtomobil nəhəngi Çində ağır zərbə aldı

"Tesla" elektromobil satışlarına görə Çində ən çox avtomobil satan 10 brendin siyahısından kənarda qalıb. xəbər verir ki, bu barədə Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) oktyabr ayına dair statistikasında məlumat verilib. Bildirilib ki, şirkət oktyabrda Çin bazarında cəmi 8 81

15 noyabr
.

Tramp Ukraynadakı müharibəyə son qoymaq üçün Si Cinpin və Putinə təzyiq göstərəcək

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında davam edən müharibədə hər ay on minlərlə insanın həyatını itirdiyini deyib və buna son qoymağa yaxın olduğunu bildirib. APA xəbər verir ki, Tramp bu barədə Filippinə səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb. "Rusiya-Ukrayn

17 noyabr
.

Kainatda qeyri-adi qalaktika kəşf edildi - 99,98 faizi qara maddədən ibarətdir

Astronomlar kainatda indiyədək diqqət çəkən ən qeyri-adi qalaktikalardan birini aşkar ediblər. CDG-2 adlandırılan qalaktikanın ümumi kütləsinin 99,94-99,98 faizinin qaranlıq maddədən ibarət olduğu müəyyən edilib. xəbər verir ki, Toronto Universitetinin alimləri tərəfindən aşkar edilən bu qalaktika Yerdə

16 noyabr
.

Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların 22-ci mərhələsini tətbiq etməyə hazırlaşır. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, yeni məhdudiyyətlərin bank sektorunu, kriptovalyuta aktivlərini və Rusiyanın sözdə kölgə donanmasına daxil olan gəmilər

17 noyabr
.

1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi

1960-cı ildə avstriyalı alim Haynts fon Försterin irəli sürdüyü hesablamaya görə, 13 noyabr 2026-cı il bəşəriyyətin "qiyamət günü" olmalı idi. Lakin proqnoz özünü doğrultmayıb. xəbər verir ki, alim 1960-cı ildə "Science" jurnalında dərc olunan məqaləsində dünya əhalisinin artım sürətin

16 noyabr
.

Tramp yaxın günlərdə Putinlə görüşü istisna etmir

ABŞ Prezidenti Donald Tramp Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ayrıca görüş keçirməyə hazırdır. RBK-nin məlumatına gör, ABŞ lideri bu barədə Manilada ASEAN sammiti çərçivəsində Dördtərəfl

17 noyabr
.

Alimlər insan beyninin təkamülünə təsir edən mexanizmi aşkar ediblər

Alimlər insan beyninin inkişafında təkamülün rolunu izah edə biləcək yeni mexanizm müəyyən ediblər. xəbər verir ki, Tayvan və Yaponiyadan olan tədqiqatçılar DACH1 geninin fəaliyyətini tənzimləyən DNT hissəsini araşdırıblar. Məlum olub ki, həmin hissədəki təkamül dəyişiklikləri beynin inkişafı üçün vaci

16 noyabr
.

Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur

Rusiyanın bir sıra varlı iş adamları Vladimir Putinin hakimiyyətdən getməsindən sonrakı siyasi və iqtisadi vəziyyət barədə düşünməyə başlayıblar. BBC-nin araşdırmasına görə, ölkənin biznes elitası gələcəkdə siyasi təsirlərini yenidən artırmaq imkanlarını nəzərdən keçirir. Məqalədə bildirilir ki, 1990-c

16 noyabr
.

O'Sallivan Aİ-nin sanksiyalar üzrə xüsusi elçisi postunu tərk edir

Avropa İttifaqının (Aİ) sanksiyalar üzrə xüsusi elçisi Devid O'Sallivan dörd illik fəaliyyətindən sonra öz postunu tərk etdiyini bildirib. "Report" xəbər verir ki, bu barədə o, İrlandiyanın RTÉ teleradio şirkətinə məlumat verib. "Mən bu postu tərk edirəm, çünki dörd il işləmişəm v

17 noyabr