Rusiya-Ukrayna müharibəsində son vəziyyət: Odessa şəhərinə hücumda ölənlər var, enerji infrastrukturu zərər görüb
Rusiya-Ukrayna müharibəsində döyüşlər şiddətlənməkdə davam edir. Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə həyata keçirdiyi dron hücumları nəticəsində ölən və yaralananlar var. Hücumlar yaşayış məntəqələri ilə yanaşı, enerji infrastrukturuna da ciddi ziyan vurub.
Reuters-in məlumatına görə, noyabrın 18-də Rusiyanın Ukraynanın Qara dəniz sahilində yerləşən Odessa şəhərinə üç dalğa şəklində hücumu nəticəsində azı dörd nəfər ölüb, yeddi nəfər yaralanıb. Zərbələr yaşayış binalarına, mağazalara və kafelərə ziyan vurub. Həmçinin avtomobillər yanıb, şəhərdə mülki infrastruktur dağıntılara məruz qalıb.
Eyni zamanda, Xarkov vilayətinin Zlatopil şəhərindəki bazara endirilən Rusiya zərbəsi nəticəsində azı 11 nəfər yaralanıb. Yaralılar arasında 11 yaşlı uşaq da var. Yaralılardan bir qadının vəziyyətinin ağır olduğu bildirilir. Hücum nəticəsində bazarda təxminən 500 kvadratmetr ərazidə yanğın baş verib, ətrafdakı mağazalara, yaşayış binalarına və avtomobillərə də ziyan dəyib.
Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya noyabrın 18-nə keçən gecə ölkə ərazisinə 141 uzaqmənzilli hücum dronu göndərib. Onlardan 126-sı hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Dron hücumları nəticəsində ölkənin yeddi müxtəlif nöqtəsində zərbələr qeydə alınıb.
Son sutka ərzində Rusiyanın hücumları nəticəsində Ukraynada ümumilikdə beş nəfər ölüb, 15 nəfər yaralanıb. Donetsk vilayətində dörd nəfərin öldüyü, Dnepropetrovsk vilayətində isə altı nəfərin yaralandığı bildirilir.
Rusiya ordusunun hücumları Ukraynanın enerji sisteminə də təsirsiz ötüşməyib. Kiyev, Nikolayev və Rivne vilayətlərində enerji infrastrukturu zərər görüb. Rivne vilayətindəki zərbədən sonra 80-dən çox yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Nikolayev vilayətində isə enerji obyekti və kənd təsərrüfatı müəssisəsinə məxsus anbar hücuma məruz qalıb.
Digər tərəfdən, Ukraynaya beynəlxalq dəstəyin artırılması məsələsi də gündəmdədir. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen 2027-ci il üçün Ukraynaya 45 milyard avro həcmində kredit ayrılmasını təklif edib. Bu vəsaitin 25 milyard avrosunun müdafiə ehtiyaclarına, 20 milyard avrosunun isə büdcə dəstəyinə yönəldilməsi nəzərdə tutulur. Avropa İttifaqı, həmçinin Rusiyaya qarşı 22-ci sanksiyalar paketinin hazırlanmasını davam etdirir.
Bununla yanaşı, Ukraynanın Rusiyanın dərinliklərindəki strateji hədəflərə zərbələri ilə bağlı Qərb ölkələri arasında fikir ayrılığı yaranıb. ABŞ müdafiə rəsmisi Elbric Kolbi bu hücumların müharibənin sona çatmasına və Rusiyanın cəbhədəki irəliləyişlərinin qarşısının alınmasına ciddi təsir göstərmədiyini bildirib. Almaniyanın müdafiə naziri Boris Pistorius isə bu yanaşmanı kəskin tənqid edərək, diqqətin Ukraynanın enerji və mülki infrastrukturuna edilən Rusiya hücumlarına yönəldilməli olduğunu vurğulayıb. Böyük Britaniya da Ukraynanın Rusiya ərazisindəki hərbi hədəflərə zərbələrini müdafiə edib.
Beləliklə, noyabrın 18-nə olan məlumata görə, Rusiya ordusunun Ukraynanın şəhərlərinə və enerji infrastrukturuna hücumları davam edir. Paralel olaraq, Kiyev beynəlxalq hərbi və maliyyə dəstəyinin artırılmasına çalışır.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Rəşid Mahmudovun evində partlayış baş verib?
SON DƏQİQƏ! ABŞ İranın Qeşm adasını bombaladı: 5-6 partlayış baş verdi
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Kadir İnanırın mirasının məbləği açıqlandı
Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda siqaret yenidən bahalaşacaq? - İqtisadçıdan AÇIQLAMA
Yeni Azərbaycan Partiyası - milli siyasi iradənin, dövlətçilik ənənələrinin və güclü Azərbaycan məfkurəsinin ifadəsi
Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü: Milli dövlətçilik tariximizin mühüm mərhələsi
Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır - Səbəb nədir? - İQTİSADÇIDAN AÇIQLAMA
ABŞ-İran müharibəsində yeni gərginlik: Tehran ABŞ bazasını hədəfə aldı, Vaşinqton bölgəyə üçüncü aviadaşıyıcısını göndərdi
Universitetlərə qəbul imtahanları ləğv edilə bilər? - Azərbaycanda yeni sistemə keçid mümkündürmü? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Prezident bu ölkə ilə əbədi dostluq haqqında Müqaviləni təsdiqlədi
Yevlaxda ağır qəzada 2 nəfər öldü
Rusiya Ukraynanı bombaladı