Korrupsiya barədə məlumat verən işçini işdən çıxarmaq olarmı? - HÜQUQİ MEXANİZM AÇIQLANDI
Korrupsiya halları barədə məlumat verən işçilərin işəgötürən tərəfindən təzyiqə məruz qalması, vəzifəsinin aşağı salınması və ya işdən çıxarılması belə məlumatların açıqlanmasına mane olan əsas problemlərdən biridir. Bu baxımdan korrupsiya faktları barədə məlumat verən şəxslərin hüquqlarının qorunması, onların kimliyinin məxfiliyinin təmin edilməsi və qisas xarakterli tədbirlərin qarşısının alınması üçün hüquqi mexanizmlərin əhəmiyyəti artır. Eyni zamanda, işəgötürənin belə şəxslərə qarşı qanunsuz addımlar atması halında hansı məsuliyyət daşıdığı da mühüm məsələdir.
Bəs, korrupsiya faktları barədə məlumat verən işçiləri işdən çıxarılma, vəzifə dəyişikliyi və digər təzyiqlərdən qoruyan hansı hüquqi mexanizmlər mövcuddur? İşəgötürən belə əməkdaşa qarşı qisas xarakterli addımlar atarsa, hansı məsuliyyətə cəlb oluna bilər və zərərçəkən işçi hüquqlarının bərpası üçün hara müraciət etməlidir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, hazırda müzakirədə olan korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında qanun həm dövlət orqanlarında çalışan şəxslərin öz iş yerlərində baş verən korrupsiya halları barədə məlumat verməsini, həm də həmin qurumlarda işləməyən şəxslərin belə məlumatları aidiyyəti orqanlara çatdırmasını əhatə edir. Hər iki halda məlumat verən şəxslərin müdafiəsi ilə bağlı müvafiq tədbirlər nəzərdə tutulur.
"İlk növbədə, məlumatı qəbul edən orqanın üzərinə müəyyən öhdəliklər qoyulur. Şəxs təqdim etdiyi məlumatla bağlı konfidensiallığın qorunmasını tələb edərsə, həmin orqan onun kimliyinin məxfiliyini təmin etməlidir. Qanunvericilikdə bununla bağlı müvafiq qorunma prosedurları nəzərdə tutulur. Bu müdafiə mexanizmləri həm iş yerində, həm də iş yerindən kənarda məlumat verən şəxslərə şamil edilir.
Məlumat verən şəxsin kimliyi hər hansı şəkildə məlum olarsa, onun müdafiəsi üçün də əlavə mexanizmlər tətbiq edilə bilər. Belə şəxslərə ödənişsiz hüquqi yardım almaq, öz müdafiəsini təmin etmək və hüquqlarının pozulması ilə bağlı şikayət vermək imkanları yaradılır. Əgər həmin şəxsə qarşı təzyiq və ya təqib halları baş verərsə, müvafiq dövlət orqanı bu halları araşdırmalı və nəticəsinə uyğun qərar qəbul etməlidir. Qanunda həmçinin məlumat verən şəxsin özünün və ailə üzvlərinin müdafiəsi ilə bağlı digər tədbirlər də nəzərdə tutulur.
Bununla yanaşı, belə məlumat verən şəxslərin həvəsləndirilməsi üçün də müəyyən tədbirlər müəyyənləşdirilir. Yəni qanun yalnız onların müdafiəsini deyil, korrupsiya halları barədə məlumat verməyə təşviq olunmasını da nəzərdə tutur.
Bu qanun beynəlxalq təcrübədə formalaşmış nümunəvi yanaşmalara uyğun hazırlanıb. Əsas məsələ məlumatı qəbul edən orqanın üzərinə konkret vəzifələrin qoyulmasıdır. Həmin orqan məlumat verən şəxsin konfidensiallığını qorumalı, daxil olan məlumatı qəbul edib emal etməli və onun düzgünlüyünü araşdırmalıdır.
Eyni zamanda, məlumat verən şəxsin kimliyi aşkarlandığı halda, barəsində məlumat verilən subyektin və ya onun rəhbərinin həmin şəxsi təqib etməsinin qarşısını almaq üçün də qanunvericilikdə müvafiq mexanizmlər nəzərdə tutulub".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











SON DƏQİQƏ! ABŞ İranın Qeşm adasını bombaladı: 5-6 partlayış baş verdi
Hər şeydə qüsur axtaran insanlar: Daim neqativ düşünməyin səbəbi nədir? - PSİXOLOQDAN AÇIQLAMA
Çek verməyən sahibkarları 1000, 3000 və 6000 manat cərimə gözləyir - AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində yeni gərginlik - Avropa Putinə qarşı hərəkətə keçir
Gülarəni öldürməkdə şübhəli bilinən 18 yaşlı qardaşının fotoları
Başqasının torpağında ev tikənləri hansı hüquqi təhlükə gözləyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Vəfat edən şəxsin pensiya kapitalı niyə ailəsinə verilmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Övladına ev bağışlayan valideyn sonradan əmlakını geri ala bilərmi? - Ekspertdən AÇIQLAMA
Məleykə Abbaszadə BDU-nun rektoru oldu
"Şamaxinka"dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi - Video
Elçin Babayev vəzifəsindən azad olundu
Yeni il bayramında turizm bölgələrində qiymət yarışı: Hansı istiqamət DAHA BAHADIR?
AQTA işlənmiş fritür yağı aşkarladı - İstehlakçılar nələrə diqqət etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Könül Xasıyevanın pub çıxışı gündəm oldu - Bacısı jurnalistləri ittiham etdi (VİDEO)
Avropada kiberhücum təhlükəsi: Cənubi Koreya şirkətlərə təcili xəbərdarlıq edib