"Xəzərdə sahil xəttindən 800 metrə qədər geriçəkilmələr var"
"Bu gün Xəzərin mövcud sahil xəttindən faktiki dənizin sahilə təmas xətti arasında bəzi hallarda 800 metrə qədər geriçəkilmələr var".
"Qafqazinfo" xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin İdarə Heyətinin sədr müavini Fərid Cəfərov bu gün keçirilən mətbuat konfransında bildirib.
"Bu gün Xəzər dənizinin geri çəkilməsi aktual bir məsələdir. 24 avqust 2016-cı ildə Nazirlər Kabineti tərəfindən Xəzər dənizinin sahilboyu zolağı müəyyən olunmuşdu. Biz ora sıfır xətt deyirik, yəni dənizin sahil ilə təmasının sıfır xətti və ona uyğun olaraq da mühafizə zolaqları 20 və 50 metr sahil xəttindən quruya doğru mühafizə zolaqları müəyyən olunmuşdu və mövcud qanunvericiliyə əsasən, həmin ərazi də müstəsna dövlət mülkiyyətidir.
Sözügedən Fərmanda o tapşırıq da var ki, biz mövcud vəziyyət nəzərə alınmaqla sahil zolağı, sahilboyu ərazilərin xəritələşdirilməsi prosesini aparacağıq. Bu xəritələr hazırlandıqdan sonrakı zonalaşma prosesi və qeyd olunan geriçəkilmə zamanı kadastr məlumat bazasına əsasən bu gün mövcud sahil xəttindən faktiki dənizin sahilə təmas xətti arasında bəzi hallarda 800 metrə qədər geriçəkilmələr var ki, bu da kifayət qədər böyük ərazidir. Amma mövcud qanunvericiliklə həmin ərazilər onsuz da Xəzər dənizinin akvatoriyasına aid torpaqlardır və bu gün də o hüquqi statusunu saxlayır. Sadəcə olaraq digər müvafiq orqanlarla həmin ərazilərin statusu Ekologiya və Təbii Sərvətlər Nazirliyidir, Su Ehtiyatları Dövlət Agentliyidir, Xəzər Dəniz Gəmiçiliyidir, Fövqəladə Hallar Nazirliyidir və bir sıra sahə Dövlət Sərhəd Xidməti ilə birlikdə bu məsələnin həmin ərazilərin statusuna və onların istifadə vəziyyətinə dair aydınlıq gələcək. Amma qısa olaraq qeyd etmək istəyirəm ki, onlar hazırda Xəzər dənizinin akvatoriyasına aid dövlət mülkiyyətində və istifadəsi qadağan olunan ərazilərdir", - o əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 129 Tarix: 19 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKomediya proqramlarında söyüş və jarqon normal hala çevrilir? - AÇIQLAMA
Son dövrlər televiziya və sosial şəbəkələrdə yayımlanan bəzi komediya proqramlarında əxlaq normalarına zidd hesab edilən ifadə və davranışlar ictimai müzakirələrə səbəb olur. Xüsusilə, geniş auditoriyaya təqdim olunan bu cür məzmunların yeniyetmə və gənclərin dünyagörüşünə, davranışlarına və ailə dəyərlərin
18 noyabrAlim Qasımov və qızının ifası məşhur "GTA 6" oyununda
Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fəraqanə Qasımovanın ifası dünyanın ən çox gözlənilən videooyunlarından biri olan "GTA 6"nın musiqi siyahısına daxil edilib. Axşam.az xəbər verir ki, oyundakı "Kaleidoscope FM" radiosunda onların ifası "Say It Right" ad
19 noyabr"Xəzərdə sahil xəttindən 800 metrə qədər geriçəkilmələr var"
"Bu gün Xəzərin mövcud sahil xəttindən faktiki dənizin sahilə təmas xətti arasında bəzi hallarda 800 metrə qədər geriçəkilmələr var". "Qafqazinfo" xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquq
19 noyabrPrezident təqaüdü alanların sayı açıqlandı
Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunan şəxslərin sayı açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, müxtəlif kateqoriyadan olan 407,6 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxr
18 noyabrEtibarnamə ilə ev alanlar evlərini itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Daşınmaz əmlak bazarında bəzən evlər alqı-satqı müqaviləsi bağlanmadan, yalnız etibarnamə əsasında əldə edilir. Lakin etibarnamə alıcıya avtomatik olaraq mülkiyyət hüququ vermir və onu verən şəxs sənədi sonradan ləğv edə bilər. Bu isə alıcının ödədiyi vəsaiti və ev üzərindəki hüquqlarını itirməsi risk
19 noyabr"Xəzərin sahilboyu ərazilərində 3227 qanunsuz tikili var"
"Xəzər dənizinin sahilboyu ərazilərində 3227 qanunsuz tikili var. Bununla bağlı təxminən 60 km ərazidə monitorinq keçirilib". "Qafqazinfo" xəbər verir ki, bunu Xəzər dənizinin sahilboyu ərazilərinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı mətbuat konfransında Əmlak Məsələlər
19 noyabrBu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
Sabah Qəbələnin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilir ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:30-dan işlər yekunlaşanadək Qəbələ rayonu Yeni qəsəbə, Şəhriyar, F.Rəhimov, A.Səhhət
18 noyabr