Rusiya ordusu Kiyev vilayətində yaşayış binasını vurub: ölənlərin sayı 10-a çatıb
Ukraynanın Kiyev vilayətinin Dimər qəsəbəsində Rusiya ordusunun zərbəsi nəticəsində dağılan beşmərtəbəli yaşayış binasının dağıntıları altından meyitlərin çıxarılması davam edir.
Bizimyol.info xəbər verir ki, Kiyev vilayətinin administrasiya rəhbəri Timur Tkaçenkonun verdiyi məlumata görə, hadisə nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb.
Xilasetmə işləri bütün gecə davam edib. Saat 22:00-da dağıntılar altından beşinci şəxsin meyiti çıxarılıb. Gecə yarısı, saat 01:00, 02:00 və 02:30-da isə daha bir neçə nəfərin meyiti aşkarlanıb.
Bununla yanaşı, saat 03:30-da dağıntılar altından 79 yaşlı qadın sağ çıxarılıb. O, xəstəxanaya yerləşdirilib və lazımi tibbi yardım göstərilir.
Səhər saat 06:00-da daha bir nəfərin həlak olduğu məlum olub. Tkaçenko xilasedicilərin daha bir qadının meyitini çıxardığını və ölənlərin sayının 10-a çatdığını bildirib.
Ukrayna Prezidenti Vladimir Zelenski daha əvvəl Rusiyanın "Şahed" pilotsuz uçuş aparatının binaya düşdüyünü və giriş blokunu faktiki olaraq dağıtdığını bildirmişdi. O, davamlı təhlükə səbəbindən xilasetmə işlərinin çətinliklə aparıldığını qeyd edib.
Axşam saatlarında dağıntılar altından 7 yaşlı David də sağ xilas edilib. O, tikinti konstruksiyalarının altında təxminən 14 saat qalıb.
Noyabrın 21-i axşam saatlarında Rusiya qüvvələri Kiyev yaxınlığındakı Vişnevo şəhərində yerləşən supermarketə də hücum edib. Nəticədə iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Yerli məlumat kanallarının yaydığı xəbərlərə görə, zərbə "Novus" supermarketlər şəbəkəsinə məxsus mağazaya endirilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 55 Tarix: 23 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVirciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq öldü
ABŞ-nin Virciniya ştatının rəsmiləri azyaşlı uşağın qızılcadan ölümünü qeydə alıblar ki, bu da ştat üçün, demək olar, yarım əsrdə ilk belə haldır. xəbər verir ki, bu barədə ştatın səhiyyə idarəsinin məlumatında deyilir. Yerli mətbuatın məlumatına görə, bu, 1978-ci ildən bəri ştatda insanın qızılcada
22 noyabrTanınmış zərgər Paolo Bulqari 89 yaşında vəfat edib
"Bulgari" şirkətinin dünyanın aparıcı zərgərlik brendlərindən birinə çevrilməsində əsas rol oynamış italyan zərgər Paolo Bulqari 89 yaşında vəfat edib. "Report"un "La Repubblica" qəzetinə istinadən məlumatına görə, onun dəfn mərasimi noyabrın 23-də Romada keçiriləcək. Markanı
22 noyabr"Titanik"dən sağ çıxan qadının üzüyü hərraca çıxarıldı
"Titanik" faciəsindən sağ çıxan məşhur britaniyalı modelyer Lüsi Daff-Qordonun brilyant üzüyü hərraca çıxarılıb. Axşam.az xəbər verir ki, 21 noyabrda İngiltərənin Uiltşir qraflığında keçirilən hərracda satışa çıxarılan zinət əşyasının ilkin dəyəri 80 min funt sterlinq (təxminən 178 min manat
22 noyabrİordaniyada "GTA VI" qadağan edilir
İordaniyanın Telekommunikasiya Tənzimləmə Komissiyası gənclərin və uşaqların təhlükəsizliyini təmin etmək üçün "Grand Theft Auto VI" ("GTA VI") oyununun qadağan olunmasını nəzərdə tutan hüquqi çərçivə üzərində işləyir. xəbər verir ki, bu barədə qurumun rəhbəri Lara Əl-Xatib açıqlam
23 noyabrİstanbulda şir həyəcanı: Yırtıcının axtarışına başlanıldı
Türkiyənin İstanbul şəhərində küçələrdə şir göründüyü barədə məlumatlardan sonra yırtıcının axtarışına başlanılıb. xəbər verir ki, bu barədə "Aykırı" nəşri məlumat yayıb. Məlumata görə, İstanbulun Sarıyer rayonunda şir müşahidə edilib. Bununla əlaqədar heyvanın tutulması üçün əməliyyat təşki
23 noyabr