Xaricdə geniş yayılan erkən rezervasiya təcrübəsi Azərbaycanda da tətbiq oluna bilərmi? - TURİZM EKSPERTİNDƏN AÇIQLAMA

Xaricdə geniş yayılan erkən rezervasiya təcrübəsi Azərbaycanda da tətbiq oluna bilərmi? - TURİZM EKSPERTİNDƏN AÇIQLAMADünyanın bir çox ölkəsində turistlər yay tətilini son ana saxlamadan aylar öncədən planlaşdırır, hətta qış aylarından etibarən yay mövsümü üçün tur paketləri alırlar. Bu üsul həm istirahət tarixini əvvəlcədən müəyyənləşdirməyə, həm də daha münasib qiymətlərlə hotel, aviabilet və digər xidmətlərdən yararlanmağa imkan verir. Erkən rezervasiya sistemi turistlərə büdcələrini daha düzgün planlaşdırmaq və sonradan yarana biləcək qiymət artımlarından yayınmaq baxımından da sərfəli hesab olunur.

Bəs Azərbaycanda da yay tətilinin qışdan planlaşdırılması və əvvəlcədən tur paketlərinin alınması təcrübəsi nə dərəcədə yayılıb? Yerli turizm şirkətləri belə paketlər təklif edirmi və aylar öncədən ödəniş etməklə həqiqətən daha ucuz istirahət etmək mümkündürmü?
Xaricdə geniş yayılan erkən rezervasiya təcrübəsi Azərbaycanda da tətbiq oluna bilərmi? - TURİZM EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək Komitəsinin rəhbəri, turizm eksperti Rəhman Quliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, yay istirahətini əvvəlcədən planlaşdırmaq və erkən rezervasiya etmək turistlər üçün kifayət qədər sərfəli seçimdir. Çünki erkən rezervasiya zamanı həm aviabiletləri, həm də hotelləri daha münasib qiymətlərlə əldə etmək imkanı yaranır. Xüsusilə yay mövsümündə Türkiyə, Misir, BƏƏ və digər populyar turizm istiqamətlərinə tələbat yüksək olduğundan son aylara qaldıqda qiymətlərdə ciddi artım müşahidə oluna bilər. Erkən rezervasiyanın əsas üstünlüklərindən biri turistə geniş hotel seçimi təqdim etməsidir. Belə ki, vətəndaş həm istədiyi hotel kateqoriyasını, həm də arzuladığı otaq tipini daha rahat seçə bilir. Bundan əlavə, bəzi turizm şirkətləri erkən rezervasiya çərçivəsində xüsusi endirimlər və daha əlverişli ödəniş şərtləri təklif edirlər.

Mən turistlərə yay tətili ilə bağlı qərarlarını mümkün qədər erkən verməyi tövsiyə edərdim. Xüsusilə ailəvi səyahətlərdə erkən rezervasiya daha böyük əhəmiyyət daşıyır, çünki bir neçə nəfər üçün uyğun hotel və münasib qiymət tapmaq sonradan çətinləşə bilər. Bununla yanaşı, rezervasiya zamanı müqavilə şərtlərinə, ödəniş qaydalarına və turun ləğvi ilə bağlı müddəalara diqqət yetirmək vacibdir. Unutmaq olmaz ki, erkən rezervasiya yalnız qiymət baxımından deyil, həm də vaxt və seçim baxımından turistə üstünlük qazandırır. Hesab edirəm ki, yay istirahətini son ana saxlamaq əvəzinə indidən planlaşdırmaq həm büdcəyə qənaət, həm də daha keyfiyyətli istirahət üçün düzgün addımdır.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 197   Tarix: 25 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Son xəbərlər

vipemlak.az