Xəzər sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - AÇIQLAMA

Xəzər sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - AÇIQLAMAXəzər dənizinin sahilboyu ərazilərində aparılan monitorinqlər zamanı çoxsaylı qanunsuz tikililər aşkarlanıb. Aidiyyəti qurumların açıqlamalarına görə, bu obyektlərin hamısının sökülməsi nəzərdə tutulmur. Tikililərin gələcək taleyi onların hüquqi statusu, torpaq sahəsinin təyinatı və qanunvericiliyə ediləcək dəyişikliklər əsasında müəyyənləşdiriləcək.

Bəs, Xəzər sahilində qanunsuz inşa edilmiş tikililərin sökülməsi hansı hüquqi əsaslarla həyata keçirilə bilər? Əgər obyekt sahibinin çıxarışı və digər mülkiyyət sənədləri varsa, bu sənədlər onun hüquqlarını hansı səviyyədə qoruyur? Belə əmlakların sökülməsi zamanı kompensasiya hansı hallarda ödənilməli, vətəndaşlar hüquqlarının pozulduğunu düşündükdə hansı qaydada etiraz edə bilərlər?
Xəzər sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, qanunsuz tikililərin sayı, xüsusilə də dənizkənarı mühafizə zolağında, kifayət qədər çoxdur.

"Mənim fikrimcə, Əmlak Məsələləri Dövlət Xidmətinə bu səlahiyyətlər verildikdən sonra ölkə üzrə genişmiqyaslı monitorinqlərin aparılması vacib olacaq. Bu monitorinqlər nəticəsində həmin tikililərin hüquqi statusunun gələcəkdə necə müəyyənləşdirilə biləcəyi və onların qanuniləşdirilməsi istiqamətində hansı addımların atılmasının mümkün olduğu aydınlaşacaq. Hesab edirəm ki, hökumət bu məsələyə düzgün qiymət verməlidir.

İkinci mühüm məsələ bürokratik əngəllərin aradan qaldırılmasıdır. Sovet dövründən sonrakı illərdə, indiyədək yerli icra hakimiyyətləri tərəfindən dənizkənarı mühafizə zolağında yerləşən torpaqlarla bağlı çoxsaylı sərəncamlar verilib. Öz təcrübəmə əsasən deyə bilərəm ki, elə sərəncamlar var ki, onların əhatə etdiyi ərazilər yüz hektarlarla ölçülür.

Əsas məsələ həmin torpaqlardan nə dərəcədə düzgün istifadə olunmasıdır. Belə ərazilərin bir qismi faktiki olaraq zəbt edilmiş vəziyyətdədir. Bəzi fiziki və hüquqi şəxslər onlara ayrılmış torpaqlardan ümumiyyətlə istifadə etməyib, sadəcə həmin əraziləri zəbt edərək saxlayıblar. Bu istiqamətdə şəffaflığın təmin olunmasına ehtiyac var. Torpaqların mövcud vəziyyəti və istifadə qaydaları barədə ictimaiyyətə dolğun məlumat verilməlidir. Çünki ölkədə həmin ərazilərdən daha səmərəli istifadə edə biləcək kifayət qədər fiziki və hüquqi şəxslər var.

Bu sahədə sui-istifadə hallarının və bürokratik əngəllərin qarşısını almaq üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq komissiyalar yaradılmalıdır. Həmin komissiyalar mövcud torpaqların monitorinqini aparmalı, onların hüquqi statusunu və faktiki istifadə vəziyyətini araşdırmalıdırlar. Çünki uzun müddətdir sərəncam əsasında ayrılmış, lakin istifadə edilməyən və ya təyinatına uyğun istifadə olunmayan torpaq sahələri mövcuddur.

Bundan başqa, bəzi qoruq torpaqları dövlət qurumlarının, xüsusilə Xəzər Dəniz Gəmiçiliyinin və SOCAR-ın ərazilərinə düşür. Bu torpaqların da hüquqi statusu və istifadə vəziyyəti araşdırılmalıdır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 75   Tarix: 25 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Son xəbərlər

vipemlak.az