Magistral yollarda qəza riskini artıran amillər: Sürücülər nələrə diqqət etməlidir? - AÇIQLAMA

Magistral yollarda qəza riskini artıran amillər: Sürücülər nələrə diqqət etməlidir? - AÇIQLAMAMagistral yollarda, xüsusilə günün toran vaxtlarında və gecə saatlarında yol-nəqliyyat hadisələri riski artır. Görünüş məsafəsinin azalması, sürücülərin yorğunluğu və diqqətinin yayınması, eləcə də hava şəraiti və sürət həddinin aşılması qəza ehtimalını yüksəldən əsas amillərdəndir. Belə şəraitdə sürücülərin yol və hava vəziyyətinə uyğun hərəkət etməsi xüsusi əhəmiyyət daşıyır.

Bəs, magistral yollarda və xüsusilə toran vaxtı baş verən qəzaların əsas səbəbləri hansılardır? Sürücülər belə şəraitdə hansı təhlükəsizlik qaydalarına əməl etməli, sürət və ara məsafəsini necə tənzimləməlidirlər? Yol hərəkəti qaydalarının pozulması qəza və insan tələfatı ilə nəticələndikdə qanunvericilik hansı məsuliyyəti nəzərdə tutur?
Magistral yollarda qəza riskini artıran amillər: Sürücülər nələrə diqqət etməlidir? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, magistral yollarda günün müəyyən saatlarında avtomobili idarə etmək digər vaxtlarla müqayisədə daha çətin və riskli olur.

"Bu hal xüsusilə alatoranlıq və qaranlıq saatlarda özünü daha qabarıq şəkildə göstərir. Alatoranlıq dedikdə yalnız axşamüstü, günəşin batmağa başladığı vaxt deyil, eyni zamanda səhər saatlarında dan sökülən dövr də nəzərdə tutulur. Hər iki halda təbii işıqlandırmanın kifayət qədər olmaması sürücülərin yolu və ətrafdakı obyektləri görməsini çətinləşdirir. Bu səbəbdən həmin saatlarda sükan arxasında olan şəxslər daha diqqətli, ehtiyatlı olmalı və avtomobili yol şəraitinə uyğun idarə etməlidirlər.

Diqqətə çatdırmaq istərdim ki, bu vaxtlarda təkcə görmə məsafəsinin məhdudlaşması deyil, insan orqanizmində baş verən fizioloji proseslər də yol hərəkəti təhlükəsizliyinə təsir göstərir. Xüsusilə səhər tezdən və gecə saatlarında sürücülərdə yuxusuzluq, yorğunluq və diqqət azalması müşahidə oluna bilər. Bu amillər sürücünün hadisələrə reaksiya vermə sürətini zəiflədir, yolda baş verən dəyişiklikləri vaxtında fərq etməsinə mane olur və avtomobilin idarəetmə qabiliyyətinə mənfi təsir göstərir.

Bundan əlavə, qarşıdan gələn avtomobillərin faralarından yayılan güclü işıq da müəyyən anlarda sürücünün görmə qabiliyyətini zəiflədə, yolda yaranan maneələri və piyadaları vaxtında görməsinə əngəl yarada bilər. Xüsusilə yüksək sürətlə hərəkət zamanı belə hallar daha ciddi təhlükə yaradır. Ona görə də sürücülər bu saatlarda sürət həddinə ciddi riayət etməli, qarşıdakı nəqliyyat vasitəsi ilə təhlükəsiz məsafə saxlamalı, diqqəti yayındıran amillərdən uzaq durmalı və yorğun olduqları halda sükan arxasına keçməməlidirlər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 157   Tarix: 25 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Son xəbərlər

vipemlak.az