Temperaturda tarixi rekord - Dünya həmin həddi keçdi

Temperaturda tarixi rekord - Dünya həmin həddi keçdiDünya sənayeləşmədən əvvəlki dövrlə müqayisədə temperaturun 2 dərəcə Selsidən çox yüksəldiyi ən uzun dövrü (6 gün ərzində müşahidə olunub) yaşayıb. Alimlər bunu iqlim böhranının sürətləndiyini göstərən ciddi siqnal kimi qiymətləndirirlər.

"Qafqazinfo" xəbər verir ki, "Kopernik" İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə, qlobal səth temperaturu bazar ertəsi rekord həddə çataraq sənayeləşmədən əvvəlki səviyyəni 2,24 dərəcə üstələyib.

Yüksək temperaturun daha bir neçə gün davam edəcəyi proqnozlaşdırılır.

Bununla belə, alimlər bildirirlər ki, gündəlik temperaturun 2 dərəcəni keçməsi Paris İqlim Sazişində nəzərdə tutulan uzunmüddətli temperatur həddinin aşıldığı anlamına gəlmir.

İstiləşmənin əsas səbəbləri arasında qazıntı yanacaqlarının istifadəsi və güclü "El Nino" hadisəsi göstərilir. Temperatur artımı İndoneziya və Amazon meşələrində quraqlıq və yanğın riskini də artırır.

Mütəxəssislərin hesablamalarına görə, bu ilin yayında Avropa İttifaqında rekord istilərlə əlaqəli olaraq 50 mindən çox, Böyük Britaniyada isə təxminən 5 min ölüm qeydə alınıb.

Alimlər hökumətləri əhalini ekstremal istilərə hazırlamağa və istixana qazı tullantılarını azaltmaq üçün tədbirləri sürətləndirməyə çağırırlar.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 161   Tarix: 26 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Özünü tənha hiss edənlərin yarısı bu risklə üz-üzədir

Xroniki tənhalıq 65 yaşdan yuxarı insanlarda demensiya (yaddaş zəifliyi) riskini 38 faiz artırır. "Qafqazinfo"nun xəbərinə görə, Fransanın Bordo Universitetinin alimləri tərəfindən aparılan 30 illik araşdırmanın nəticələri bunu deməyə əsas verir. "Aging & Mental Health" jurnalınd

20 noyabr
.

Həkimlərin də "olmaz" dediyi şeyi 90 il etdi - 117 il yaşadı

19-cu əsrdə doğulduğu bilinən sonuncu insan kimi tarixə düşən italiyalı Emma Moranonun (1899-2017) uzunömürlülük sirləri diqqət çəkir. 117 il ömür sürən Morano uzun yaşamağını iki əsas amillə - tək yaşamaq qərarı və 90 illik qidalanma vərdişi ilə əlaqələndirirdi. xəbər verir ki, Birinci Dünya müharibəsində

21 noyabr
.

Ən yaxşı işçilərin qəfil istefasının arxasındakı səbəblər - Psixoloqlar danışır

Həmişə işə vaxtında gələn, həmkarlarına kömək edən, son anda yaranan problemləri həll etməyə çalışan və üzərinə düşəndən daha çox məsuliyyət götürən əməkdaşlar bəzən gözlənilmədən işdən ayrılmaq qərarı verirlər. Psixoloqların fikrincə, bunun əsas səbəblərindən biri davamlı olaraq başqalarının yükün

23 noyabr
.

Mikrodalğalı soba xərçəng yaradır?

Mikrodalğalı sobada qızdırılan yemək zərərlidirmi? - Çoxlarının qorxduğu məsələ. Bir çox evdə və iş yerində yeməkləri qızdırmaq üçün mikrodalğalı sobadan istifadə olunur. Bu cihaz vaxta qənaət etsə də, onun sağlamlığa təsiri ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəziləri mikrodalğalı sobada qızdırıla

22 noyabr
.

Yeni canlı növü kəşf edildi

Alimlər təxminən 10-13 milyon il əvvəl Şimali Amerikada yaşamış, uzun boynu və dörd santimetrə çatan iti köpək dişləri ilə seçilən yeni dəvə növünü müəyyən ediblər. Qorxunc görünüşünə görə "vampir dəvəsi" adlandırılan bu heyvan bitkilərlə qidalanıb. "Qafqazinfo" xəbər verir ki, "Vampyrocamelu

26 noyabr
.

Uşaqlığını televizor qarşısında keçirən insanların imtina edə bilmədiyi 8 vərdiş

Uşaqlıqda televizor qarşısında təkbaşına yemək yeməyə alışan insanlar yetkin yaşlarında həddindən artıq qidalanmağa daha çox meyilli ola bilərlər. xarici mediaya istinadən xəbər verir ki, uşaqlıq dövründə formalaşan vərdişlər insanın davranışlarına hətta yetkin yaşlarında da təsir göstərə bilər. Xüsusil

22 noyabr
.

2000 illik qablardan nə çıxdı? - Arxeoloqları təəccübləndirən tapıntılar

İspaniyanın Menorka adasında aparılan arxeoloji araşdırmalar qədim insanların dəfn mərasimləri ilə bağlı maraqlı faktları üzə çıxarıb. Ölkə.az xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Archaeological Science" jurnalında dərc olunub. Arxeoloqlar 200 ildən çox yaşı olan kiçik keramik

18 noyabr
.

Səhər yeməyində ŞİRİN ÇAY - Mütəxəssislərdən XƏBƏRDARLIQ

Səhər yeməyində şəkərli çay içmək bir çox insanın gündəlik vərdişidir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, çaya həddindən artıq şəkər əlavə etmək uzunmüddətli perspektivdə sağlamlığa mənfi təsir göstərə bilər. xəbər verir ki, xüsusilə acqarına çox şəkərli çay içmək qanda qlükozanın sürətlə yüksəlməsin

22 noyabr
.

Xroniki tənhalıq demensiya riskini 38 faiz artırır - Araşdırma

Davamlı tənhalıq hissi yaşayan yaşlı insanlarda demensiya riskinin daha yüksək olduğu müəyyən edilib. Araşdırmaya görə, özünü daim tənha hiss edən şəxslərdə bu xəstəliyin inkişaf ehtimalı heç vaxt tənhalıq yaşamayanlarla müqayisədə 38 faiz çoxdur. xəbər verir ki, bu barədə Fransanın Bordo Universitetini

24 noyabr