İranın zərbələri ABŞ-ın Bəhreyndəki əsas hərbi-dəniz bazasının gələcəyini sual altına qoyub
İranın hücumları nəticəsində ciddi zərər görən ABŞ-ın Bəhreyndəki əsas hərbi-dəniz bazasının əvvəlki fəaliyyət rejiminə qayıtmaya biləcəyi bildirilir. Vaşinqton regiondakı hərbi qüvvələrinin yerləşdirilməsi ilə bağlı alternativ variantları nəzərdən keçirir.
Sonxeber.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri məlumat yayıb.
Məlumata görə, müharibədən əvvəl Naval Support Activity Bahrain bazası ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığının və Beşinci Donanmasının qərargahı kimi fəaliyyət göstərib. Bazada və ətraf ərazilərdə 8 mindən çox hərbçi, onların ailə üzvləri və mülki əməkdaşlar yerləşib.
Hərbi əməliyyatlar başladıqdan sonra şəxsi heyətin əhəmiyyətli hissəsi təxliyə edilib. İranın pilotsuz uçuş aparatları və raketləri hərbi obyektlə yanaşı, enerji infrastrukturlarına, yaşayış binalarına və məlumat mərkəzlərinə də zərbələr endirib.
ABŞ Konqresinin Araşdırma Xidmətinin qiymətləndirməsinə əsasən, bazanın bərpası 400 milyon dollardan çox vəsait tələb edə bilər.
Pentaqon bazanın nə vaxt əvvəlki həcmdə fəaliyyətə başlayacağını və ümumiyyətlə, buna qayıdışın mümkün olub-olmadığını hələ müəyyənləşdirməyib. Müzakirə olunan variantlar arasında hərbçilərin bir hissəsinin İsrailə və İordaniyaya köçürülməsi, eləcə də Bəhreyndə məhdud hərbi mövcudluğun saxlanılması var.
Bazanın fəaliyyətinin dayandırılması Manamadakı yerli bizneslərə də təsir edib. Amerikalı hərbçilərin müştərisi olduğu mağaza, restoran və emalatxanaların bir qismi bağlanıb, digərləri isə gəlirlərinin ciddi azalması ilə üzləşib.
Bəhreyndə ABŞ hərbi qüvvələrinin mövcudluğuna münasibət isə birmənalı deyil. Bəzi sakinlər hərbçilərin qayıtmasını yerli iqtisadiyyat üçün vacib hesab edir, digərləri isə onların ölkədə yerləşdirilməsinin Bəhreyni İran hücumları üçün hədəfə çevirdiyini düşünür.
Beləliklə, Vaşinqton qarşısında mühüm seçim dayanır: Bəhreyndəki bazanı bərpa etmək, yoxsa Fars körfəzindəki hərbi mövcudluğunun formatını dəyişmək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 165 Tarix: 28 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAFP: "Səudiyyə Ərəbistanı husilərin ballistik raketini vurub"
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri Yəməndəki husilər tərəfindən ölkənin qərb istiqamətinə buraxılan ballistik raketi ələ keçirərək məhv edib. AFP-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya raketin hansı konkret hədəfə yönəldiyini açıqlamayıb
26 noyabrTürkiyə Şengen vizasız rejiminə keçmək üçün daha 6 şərti yerinə yetirməlidir
Türkiyənin Avropa İttifaqı ilə viza liberallaşdırılması prosesi çərçivəsində qarşılamalı olduğu 6 meyar üzrə işlər davam edir. 2013-cü ildə başlayan dialoq çərçivəsində müəyyənləşdirilən 72 şərtdən indiyədək 66-sı yerinə yetirilib. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Türkiyəni
27 noyabrAyasofyanın altındakı sirr... - 9 tunel, 6 yeraltı məkan tapıldı
İstanbulda yerləşən Ayasofya məscidinin altında yüzillərlə gizli qalan tarixi tunel və yeraltı məkanlar üzə çıxarılıb. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bərpa işləri çərçivəsində 6 yeraltı məkan və 9 tunel müəyyən edilib. Mütəxəssislər bəzi tunel və məkanların Roma dövrün
25 noyabrRusiya Kiyevə ballistik raketlərlə zərbə endirdi
Rusiyanın noyabrın 27-nə keçən gecə Kiyevə ballistik raketlərlə hücum etdiyi bildirilir. Reuters-ə istinadən xəbər verir ki, şəhərin meri Vitali Kliçko hücum nəticəsində azı 7 nəfərin yaralandığını açıqlayıb. Zərbələr nəticəsində ticarət mərkəzinə və digər iki binaya ziyan dəyib. Rusiya Müdafiə Nazirliy
27 noyabrTramp Putini niyə "dostu" adlandırdığını açıqladı
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putini "dost" adlandırması yalnız sülh sazişinin əldə olunmasına və Moskvanın cilovlanmasına xidmət edir. Onun sözlərinə görə, düşmənçilik ritorikası danışıqları mümkünsüz edərdi. Bu barədə Ağ Evin rəhbəri "Truth Social"
27 noyabrİran MDB-yə qoşulacaq
Müstəqil Dövlətlər Birliyi (MDB) İrana tərəfdaş statusu verməyə hazırlaşır. xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev TASS-a verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, söhbət "MDB+" formatında əməkdaşlıqdan gedir. İran prezidenti Məsud Pezeşkian oktyabrın 9-da Türkmənistand
27 noyabr