Bazarda meyvə-tərəvəz 50 faizədək bahalaşdı

Bazarda meyvə-tərəvəz 50 faizədək bahalaşdıSon günlər bazarlarda meyvə və tərəvəzlərin qiymətində 40-50 faizədək artım olduğu bildirilir.

Bəs bahalaşmanın əsas səbəbi nədir? Yeni il ərəfəsində qiymətlərin daha da yüksəlməsi gözlənilirmi?

"Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyinin sədri Akif Nəsirli Milli.Az-a açıqlamasında bildirib ki, meyvə-tərəvəz qiymətlərindəki artımı yalnız Yeni ilin yaxınlaşması ilə əlaqələndirmək doğru deyil.

Onun sözlərinə görə, bahalaşmanın əsas səbəblərindən biri mövsümi amillərdir. Payızın sonu və qışın əvvəlində bir çox yerli məhsulun yığım mövsümü başa çatır, nəticədə bazara çıxarılan məhsulun həcmi azalır. Təklifin azalması isə qiymətlərin yüksəlməsinə səbəb olur:

"Qış aylarında məhsulların saxlanması, daşınması, istixanalarda yetişdirilməsi və enerji xərcləri də artır. İdxal məhsullarının qiymətinə isə xarici bazarlardakı qiymətlər və nəqliyyat xərcləri təsir göstərir".

Akif Nəsirli Yeni il ərəfəsində tələbatın artmasının da bahalaşmada müəyyən rol oynadığını bildirib:

"Bayram günlərində meyvə-tərəvəzə tələbat yüksəlir və bəzi satıcılar bundan istifadə edərək qiymətləri artıra bilirlər. Lakin 40-50 faizlik bahalaşmanı yalnız bayram tələbi ilə izah etmək mümkün deyil".

İqtisadçının fikrincə, qarşıdakı dövrdə bəzi məhsulların qiymətində əlavə artım da gözlənilə bilər:

"Xüsusilə dekabrda bayram tələbatının yüksəlməsi, qış aylarında yerli istehsalın azalması və idxaldan asılılığın artması qiymətlərə təsir göstərəcək. Bununla belə, bütün məhsulların eyni dərəcədə bahalaşacağı gözlənilmir. Qiymət dəyişiklikləri hər bir məhsulun bazardakı təklifindən və ehtiyatlarından asılı olacaq".

Akif Nəsirli hesab edir ki, bazarda süni qiymət artımının qarşısı alınmalı, vasitəçi zəncirindəki əsassız bahalaşmalar araşdırılmalı və məhsul təklifinin davamlılığı təmin edilməlidir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 92   Tarix: 28 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol hərəkətinin təşkilində və baş verən yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə rəqəmsal yeniliklər həyata keçirir. xəbər verir ki, bunu "Report"un sualına cavabında BDYPİ-nin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Elvi

28 noyabr
.

Hava ilə bağlı - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 30-dan dekabrın 2-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

27 noyabr
.

Milyondan çox pensiyaçının gözlədiyi xəbər - PENSİYALAR ARTIRILIR...

Ölkədə aparılan güclü sosial siyasət vətəndaş rifahının təminatı istiqamətində islahatların ardıcıl xarakter almasına və həyata keçirilən islahatlar sosial ödənişlərdə ciddi artımlara imkan verib. Bu artım dinamikası gələn il də davam edəcək. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliye

28 noyabr
.

Azərbaycan asfalt istehsalını 32 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 167,3 min ton asfalt istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,1 % çoxdur. Təkcə oktyabrda isə ölkədə 25,9 min ton asfalt istehsal olunub. Bu, 1 il əvvələ nisbətə

28 noyabr
.

Gələn ildən ailələrlə bağlı YENİ QAYDA: Hər kəsin məlumatı...

Gələn ildən ev təsərrüfatlarının uçotu aparılacaq. Məqsəd əhalinin faktiki yaşayış şəraiti, ailə tərkibi, məşğulluğu, sosial vəziyyəti, torpaq sahələri və fərdi təsərrüfat fəaliyyəti barədə dolğun məlumatların əldə edilməsini təmin etməkdir. Uçotun aparılması ilk dəfə olaraq MyGov platformasında yaradılmı

29 noyabr
.

Nazir pensiya artımı ilə bağlı rəqəmləri AÇIQLADI

Ölkədə aparılan güclü sosial siyasət vətəndaş rifahının təminatı istiqamətində islahatların ardıcıl xarakter almasına və həyata keçirilən islahatlar sosial ödənişlərdə ciddi artımlara imkan verib. Bu artım dinamikası gələn il də davam edəcək. ƏƏSMN-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosia

29 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək

27 noyabr
.

Vilyam Hacıyevin azadlıqda ilk fotosu

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev ötən gün azadlığa buraxılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Vilyam Hacıyev həbsdən çıxdıqdan sonra ilk dəfə açıqlama verib. O, xəstəliyi ilə bağlı müraciətinə müsbət qərar verilməsinə, humanizmə görə ilk növbədə Prezident İlham Əliyevə təşəkkü

28 noyabr
.

Bayramda neçə gün evdə olacağıq? - TARİXLƏR

Azərbaycanda 2027-ci ilin Yeni il bayramı ilə əlaqədar neçə gün ardıcıl istirahət ediləcəyi maraq doğurur. -ın məlumatına görə, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1-i və 2-si isə Yeni il bayramı kimi qeyd olunur. 2027-ci ildə yanvarın 2-si şənbə gününə təsadüf edir. Əmə

28 noyabr