Azərbaycanda yaşlı insanların nikaha marağı niyə artıb? - Video

Azərbaycanda yaşlı insanların nikaha marağı niyə artıb? - VideoƏdliyyə Nazirliyinin son məlumatına görə, bu il ölkədə 300-dən çox pensiyaçı ailə həyatı qurub. Həmin statistika cəmiyyətdə həm təbəssümlə, həm də tənqidlə qarşılanıb.

Paytaxt sakinləri mövzu barədə fikirlərini Baku TV ilə bölüşüblər.

"Ailə həmişə lazımdır. Vacibdən də vacibdir. Hamı istədiyi vaxt ailə qura bilər. Bunun nə ziyanı var ki?!", - deyə sakinlərdən biri bildirib.

Digər bir vətəndaş isə vurğulayıb: "Hər yaşın öz dövrü var. Bəziləri deyir ki, təkdir, darıxır. Normal adam heç vaxt darıxmaz. Qəbul olunmuş adət-ənənələr var. Bu baxımdan, belə hallara çox pis baxıram".

Bəs insanlar niyə ahıl yaşda ailə qurmağa qərar verirlər? Qərarın arxasında tənhalıq, emosional ehtiyac, maddi maraq, yoxsa sosial səbəblər dayanır?

Psixoterapevt Rövşən Nəcəfovun sözlərinə görə, yaşlı insanların daha çox sabitliyə və qayğıya ehtiyacları olur:

"Bu ehtiyaclar insanı yenidən ailə həyatı qurmağa sövq edə bilər. Məsələn, həyat yoldaşını itirmiş şəxs yenidən ailə qurmaq istədikdə cəmiyyətdəki müxtəlif yazılmamış qaydalarla üzləşir. Burada vacib məqam dialoqdur. Çünki insanın şəxsi həyatı ilə bağlı verəcəyi qərarı nə övladları, nə də valideynləri müəyyənləşdirməlidir. Tənhalıq insanın həm psixoloji, həm də fiziki ehtiyaclarını üzə çıxarır. Belə hallarda şəxs bəzən adekvat addım atmaya da bilər. Lakin insan yaşından asılı olmayaraq səhv etməkdən qorxmamalıdır. Evlilik psixoloji seçim olsa da, hüquqi baxımdan tənzimlənir. Buna görə də, seçimlərimizdə sağlam qərarlar verməyə çalışmalıyıq".

oxu.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 160   Tarix: 29 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəmkirdə ayı görünməsi xəbərinə icra hakimiyyətindən reaksiya

"Şəmkirin Keçili kəndində ayı görünməsi barədə xəbərlər həqiqəti əks etdirmir". xəbər verir ki, bu barədə Şəmkir Rayon İcra Hakimiyyəti açıqlama yayıb:. "26 noyabrda bir sıra KİV-də və sosial şəbəkə səhifələrində Şəmkirin Keçili kəndi ərazisində qonur ayının müşahidə olunması və yaşayı

27 noyabr
.

Gələn ildən bu maşınlar 7 il ƏDV-dən azad ediləcək

Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışına 2027-ci il yanvarın 1-dən etibarən yeddi il müddətinə əlavə dəyər vergisi (ƏDV) tətbiq edilməyəcək. Trend-in araşdırmasına görə, güzəştin qüvvədə olması üçün avtomobillərin istehsalı müəyyən texnoloji mərhələləri əhatə etməlidir. Belə ki, nəzərd

28 noyabr
.

"Sədərək" və "Binə" bağlanır?

"Sədərək" və "Binə" ticarət mərkəzlərinin "Abşeron" Ticarət Mərkəzinə köçürüləcəyi ilə bağlı iddia yayılıb. Bildirilib ki, hər iki ticarət mərkəzinin yerində universitet tikiləcək. xəbər verir ki, "Sədərək" Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim məsəl

28 noyabr
.

Noyabrın son gününə olan hava proqnozu açıqlandı

Noyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşə

29 noyabr
.

AZƏRBAYCANDA MAAŞ REKORDU - Bu iki ərazi Bakını üstələdi + SİYAHI

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda orta aylıq nominal əməkhaqqının ən yüksək olduğu şəhər və rayonların siyahısına Xankəndi şəhəri başçılıq edib. Burada göstərici 1 658,8 manat təşkil edib. Daşkəsən rayonu 1 543,6 manatla ikinci, Bakı şəhəri isə 1 479,4 manatla üçüncü yerdə qərarlaşıb

29 noyabr
.

Şad xəbər: Minlərlə vətəndaş çıxarışsız mülkünü sənədləşdirə biləcək

Həyətyanı torpaq sahəsi üçün yalnız plan-ölçü sənədi olan bəzi vətəndaşların mülkiyyət hüququnu rəsmiləşdirməsi mümkün ola bilər. Bununla bağlı qanun layihəsi Milli Məclisdə birinci oxunuşdan keçib. Torpaq islahatı çərçivəsində həyətyanı sahə alan vətəndaşların bir qisminə mülkiyyət hüququnu təsdiqləyə

28 noyabr
.

Səlim Müslümova ağır itki

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, onun anası Qəndifə Müslümova vəfat edib. Eks-nazirin qardaşı Radim Müslümov saytımıza bildirib ki, anaları 4 gün əvvəl 86 yaşında dünyasını dəyişib. O, Ağsunun Pirhəsənli kəndind

28 noyabr
.

Müqaviləsiz alınan evin pulunu geri almaq mümkündürmü? - Hüquqi yollar hansılardır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında vətəndaşların qarşılaşdığı problemlərdən biri də mənzilin rəsmi müqavilə bağlanmadan alınmasıdır. Bəzi hallarda alıcılar ev sahibi ilə şifahi razılaşaraq böyük məbləğdə pul ödəyir, lakin sonradan mənzilin təhvil verilməməsi, satıcının fikrini dəyişməsi və ya tərəflər arasınd

27 noyabr
.

Test ləğv oluna, yeni modelə keçilə bilər

Yeni təkliflərə əsasən, qəbul imtahanlarında model dəyişikliyinə, test və əzbərçilik prinsipindən kənarlaşaraq, daha çox öyrənmə, tətbiq, bilik və bacarıqların inkişafına, yazı və dinləmə formatlarına əsaslanan qəbul modelinə keçid nəzərdə tutulur. xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında təhsi

27 noyabr