Tramp Vaşinqtonda qolf meydançasının fırtına nəticəsində dağıldığını bildirib
ABŞ Prezidenti Donald Tramp güclü fırtınanın Vaşinqtonda (Kolumbiya dairəsi) yerləşən qolf meydançasını, demək olar ki, tamamilə dağıtdığını bildirib.
"Report" xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, Potomak çayının sahilində yerləşən və ictimai istifadəyə açıq olan "East Potomac Golf Links" qolf klubunun ərazisi, Trampın "Zibil adası" adlandırdığı sahə, istifadəyə yararsız hala düşüb.
"Zibil adası fırtına nəticəsində tamamilə dağılıb! O, tamamilə məhv olub", - ABŞ lideri yazıb.
Tramp bildirib ki, köhnə sahilbərkitmə qurğuları və onların boyunca uzanan yol dağılıb, ərazinin böyük hissəsini isə qabarma nəticəsində su basıb.
O, baş verənləri daha əvvəl hüquqi maneələrlə üzləşmiş yeni qolf meydançasının tikintisi zərurəti ilə əlaqələndirib. ABŞ Prezidenti qeyd edib ki, məhkəmə hakiminin layihəyə mane olmaq üçün siyasi baxımdan əlindən gələni etməsinə baxmayaraq, baş verənlər, onun fikrincə, ilahi iradənin təzahürüdür.
Tramp daşqınların qarşısını almaq və yaşıllıq sahələrini qorumaq üçün mühafizə qurğularının əhəmiyyətli dərəcədə möhkəmləndirilməli və hündürləşdirilməli olduğunu vurğulayıb.
O bildirib ki, ABŞ Daxili İşlər Nazirliyi təhlükəsizlik səbəbindən qolf meydançasını bağlayıb və obyektin yenidən qurulması layihəsinin həyata keçirilməsinə təcili icazə verilməsi üçün federal hakim Ana Reyesə müraciət edib.
Amerika lideri apellyasiya məhkəməsinə müraciət etməyin də mümkünlüyünü istisna etməyib.
Qeyd edək ki, Tramp administrasiyasının tarixi qolf meydançasının yenidən qurulması ilə bağlı planları daha əvvəl məhkəmə mübahisəsinə səbəb olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Həyatını itirən gəlinin anası danışdı: "Onlardan şikayətçiyəm" - VİDEO
ABŞ ordusu RAF bazasındakı dronları dəf etdi, FT xəbər verir
Bayramda neçə gün evdə olacağıq? - TARİXLƏR
Bu tarixdə ətin qiyməti BAHALAŞACAQ - QİYMƏT
"Sədərək" və "Binə" bağlanır?
Milyondan çox pensiyaçının gözlədiyi xəbər - PENSİYALAR ARTIRILIR...
Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA
Səudiyyə Ərəbistanı Ər-Riyada hücum edən kruiz raketini vurub
Reuters: "Çin hərbi təyyarələrini Tayvan ətrafına göndərdiyi və hakim partiyanın namizədini hədəf aldığı vaxt adada yerli seçkilər keçirilir"
Kamil Zeynallı onunla GÖRÜNTÜLƏRİNİ PAYLAŞDI - VİDEO
AZƏRBAYCANDA MAAŞ REKORDU - Bu iki ərazi Bakını üstələdi + SİYAHI
Vilyam Hacıyevin azadlıqda ilk fotosu
Gələn ildən ailələrlə bağlı YENİ QAYDA: Hər kəsin məlumatı...
Vaşinqton hava limanında iki sərnişin təyyarəsi toqquşub
Səlim Müslümova ağır itki