Gözünüzün rəngini bilirsiz? - Dünya əhalisinin sadəcə 2 faizi... - FOTO

Gözünüzün rəngini bilirsiz? - Dünya əhalisinin sadəcə 2 faizi... - FOTOHal-hazırda göz rənglərinin çoxlu sayda variasiyaları mövcuddur. Bu və ya digər rəng tonunun yayğınlığı müxtəlif coğrafi zonalara görə də fərqlənir. Bəs həmişəmi belə olub?

Alimlər sübut edib ki, təqribən 10 min il əvvəl bütün dünya əhalisinin gözü qəhvəyi rəngdə olub. Bu rəng indi də ən çox rastlanandır - 70-90%. Qəhvəyidən sonra isə mavi göz rəngi yaranıb. Bu göz qişasında melaninin azalmasına görə baş verdi.

Milli.Az bildirir ki, alimlər 12-dən (Sovet antropoloqu V.V.Bunakın sisteminə görə) 16-ya qədər (Qərbdə qəbul olunmuş Martin-Şultsın cədvəlinə görə) göz çalarını ayırırlar. Onların arasında mavi, göy, qəhvəyi, boz, sarı, yaşıl, hətta qara (əslində isə qara yox, tünd-qəhvəyi) rənglərinin bütün variasiyaları var.

Avropada uşaqların böyük qismi mavi gözlü dünyaya gəlir və bu göz rəngi bir yaşa kimi qorunur, amma tünd piqmentləşmə dördüncü ayda da başlaya bilər. Bu dəyişmənin səbəbi göz qişasında melaninin toplanmağa başlamasıdır.

Artıq üç yaşına çatmış uşağın gözlərinin rəngi haqqında danışmaq olar, hərçənd ki, 10-12 yaşa kimi göz rəngi dəyişməyə davam edə bilər. Qocaldıqdan sonra isə piqment ifrazatının azalmasına görə göz rəngi yenidən solğunlaşa bilər. Göz rənginin çalarının dəyişməsi həm də bəzi xəstəliklərlə bağlı ola bilər. Məsələn, melanom zamanı tündləşmə, leykemiya zamanı isə açılma baş verir.

Bu və ya digər göz rənginin planetin fərqli künclərində yayılma dərəcəsi millətin genefondu ilə izah edilir. Misal üçün mavigözlülərin əksəriyyəti Şimali Avropa, İrlandiya və İngiltərə köklülərdir. Amerikada neqroid irqinin nümayəndələri arasında isə qaragözlü insanlar nisbətən çoxluq təşkil edir (11,9%).

Dünyada ən nadir göz rəngi əgər onun variasiyalarını nəzərə almasaq (boz-yaşıl, sarı-qəhvəyi zolaqlı yaşıl) yaşıl sayılır. Dünya əhalisinin sadəcə 2%-i özünü yaşılgözlü adlandıra bilər.

Digər çox nadir rəng isə qırmızıdır ki, bu da yalnız albinizm nəticəsində yaranır. Belə hallarda göz qişasının mezodermal və ektodermal qatlarında melanin piqmenti heç olmadığı üçün onun şəffaf damarlarında qanın rəngi görünür. Bəzən albinosların gözü qırmızı rəng göylə qarışarsa, bənövşəyi də olur.

Göz rənginə görə bəzi xəstəlikləri də müəyyən etmək olar. Məsələn, tamamilə qara rəng göz qişasının aniridiya qatının olmamasına işarədir. Elə xəstəliyin adına da aniridiya deyilir. Aniridiya göz bəbəyini zədələdiyi üçün görmə qabiliyyətinin aşağı düşməsi və işıqdan qorxma kimi fəsadlara yol açır.

Gözlərimizin rəngindən asılı olmayaraq, onların qayğısına qalmalı və qorumağa çalışmalıyıq. (publika.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 717   Tarix: 06 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. -

13 sentyabr 2021
.

Yatmazdan 1 saat əvvəl süd için

Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur

15 sentyabr 2021
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusdan daha 38 nəfər öldü - 2676 yeni yoluxma

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2676 yeni yoluxma faktı qeydə alınıb, 3893 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada nəfər 38 nəfər COVID-19-dan dünyasını dəyişib

12 sentyabr 2021
.

Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY

Karkade çayı çox faydalı və müalicəvi içkidir. Çayın qeyri-adi tünd qırmızı rənginə görə onu tez-tez "qırmızı çay" adlandırırlar. Çay qibiskus gülündən hazırlanır. Bu səbəbdən ona "çay" demək düzgün deyil, du daha doğrusu bitki dəmləməsidir. Əməköməci nəslindən olan qibiskusu həmçini

14 sentyabr 2021
.

Yuxusuzluq bu ağır pozulmaların riskini artırır

European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir

15 sentyabr 2021
.

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri

11 sentyabr 2021
.

Qızdırmanı salmağa tələsməyin!

Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm

17 sentyabr 2021
.

Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI

Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı. evdə dəfnə yarpaqları yandırmağın psixoloiji və fiziki bədənə faydalarını təqdim edir:. - İltihabəleyhinə. - Mikrob, bakteriya əleyhinə. - Yarasağaldıcı

16 sentyabr 2021