Narşərabın faydaları nədir?
Nardan insanlar hələ qədimlərdən müalicəvi məqsədlər üçün istifadə ediblər.
Onun faydası içindəki dənələrin sayından çoxdur. Narın hətta qabıqları da min bir dərdə dərmandır.
Təsadüfi deyil ki, Azərbaycanda qədim zamanlardan bəri salatlara, balıq və ət yeməklərinə dad vermək üçün nardan sous hazırlanır. Narşərab adlanan bu sous xüsusən də kabablara əla dad verir. Narşərabın sayəsində yeməklərin yüngül turşməzə dadı olur.
Bəs narşərab orqanizm üçün nə dərəcədə faydalıdır?
Narşərab da meyvənin özü qədər faydalıdır. Narşərab həzm prosesinə kömək edir. Buna görə də çox zaman pəhriz saxlayan insanlara tövsiyə olunur. Yağ yandırıcı xüsusiyyəti sayəsində xüsusilə bel bölgəsindəki piyləri əridir.
Narşərab hər yeməkdən təxminən 15 dəqiqə əvvəl 1 çay qaşığı qədər yeyildikdə toxluq hissi yaradacaq. Gündə 3 dəfə yeməkdən əvvəl yeyildikdə ayda orta hesabla 5 kq. qədər arıqladır.
Həmçinin sinqa xəstəliyinin müalicəsində yaxşı nəticə verir. O zəifləmiş orqanizmi möhkəmləndirir və susuzluğun qarşısını alır.
Nar şirəsinin tərkibi çox yüksək miqdarda antioksidantlarla zəngindir. Bundan başqa, o yüksək miqdarda C vitamini, meyvə turşuları, vitaminlər və insan orqanizmi üçün faydalı olan başqa maddələrlə zəngindir.
Huşunu itirənlərə də nar şərbəti və ya narşərab içirilir. Şirin nar suyu səs batması və sətəlcəmə qarşı çox şəfalıdır.
Narşərabın zərərləri nələrdir?
Nar şirəsi, narşərab mədə yarası, qastrit, qəbizlik, babasil və mədə şirəsinin yüksək turşluq dərəcəsindən əziyyət çəkən insanlara məsləhət deyil. Həmçinin narşərab hamilə qadınlara və həzm yolunun xroniki xəstəliklərindən əziyyət çəkənlərə zərərlidir.
Hətta sağlam insanlar bilməlidir ki, nar şirəsində turşu çox olduğu üçün o mədəni qıcıqlandırır və diş minasına pis təsir edir.
Narşərab necə hazırlanır?
Əvvəlcə narı təmizləyib dənlərini iri qazana tökün. Qazanı oda qoyub, vaxtaşırı qarışdıraraq nar dənələrini əzmək lazımdır. Bu zaman taxta qaşıqdan istifadə etməyiniz məsləhətdir, çünki nar turşusunun metal cihazlarla reaksiyaya daxil olma ehtimalı yüksəkdir. Dənələrdən ayrılmış tumlar ağaranda artıq odu söndürə bilərsiniz. Şirəni süzüb təkrar oda qoyun. Şirənin yanmaması üçün vaxtaşırı qarışdırın. Şirəni tam qatılaşana kimi qaynatmaq lazımdır. Hazır olana yaxın odu söndürüb qarışığın üzərinə bir az duz əlavə edin. Hazır narşərabı soyuq yerdə saxlamaq lazımdır./publika/
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2520 Tarix: 07 aprel 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qız övladı atanın ömrünü uzadır - Alimlər sübut etdi
Alimlərin apardığı maraqlı araşdırmalardan biri qız övladları ilə ataların uzunömürlülüyü arasında əlaqə olduğunu göstərib. -a istinadən xəbər verir ki, atanın hər bir qız övladı onun ömrünün orta hesabla 74 həftə daha uzun olması ilə əlaqələndirilib. Bu, təxminən 1 il 5 ay deməkdir. Maraqlıdır ki, həmi
4 oktyabrFiqu "Qızıl top"un favoritlərini AÇIQLADI
200-ci il "Qızıl top" mükafatının qalibi Luiş Fiqu 2025/26-cı il mövsümündə ilin futbolçusu mükafatına əsas namizədlərin adını açıqlayıb. -ın xarici mediaya istinadən məlumatına görə, portuqaliyalı qeyd edib ki, bu il vahid favorit müəyyən etmək olduqca çətindir. "Qızıl top" mükafatın
29 sentyabrHər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Qranat, zümrüd və ya sitrin daşları olan zinət əşyaları istənilən üslubda obrazla uğurlu şəkildə uyğunlaşa bilər. Bu isə müxtəlif geyimlərə uyğun yeni aksessuarlar seçmək zərurətini azaldır. Qaynarinfo xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə "585 Zolotoy" şirkətinin stilist
30 sentyabrBakıda ən ucuz evlər bu ərazidədir
Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yeni reallıqlar yaradıb. Əmlak eksperti Ramil Osmanlı -a açıqlamasında Bakı şəhərind
3 oktyabrPayızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
4 oktyabrToyda gəlinlə bəyin əsəbi üz ifadələri gündəm oldu - VİDEO
Sosial şəbəkələrdə toy mərasimlərindən birində lentə alınan görüntülər diqqət çəkib. Belə ki, şadlıq sarayına daxil olan gəlin və bəyin üz ifadələri izləyicilərin marağına səbəb olub. xəbər verir ki, cütlüyün həmin an lentə alınan mimikaları sosial mediada geniş müzakirə edilib. Görüntüləri izləyən istifadəçilə
3 oktyabrİnsanı depressiyaya sürükləyən gündəlik davranışlar
Rusiyalı psixoloq Sergey Lanq hansı davranış formalarının və gündəlik vərdişlərin insanı tədricən depressiv vəziyyətə sala biləcəyini açıqlayıb. -ya istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, əksər hallarda problem qəfil "çökmə" ilə yox, daxili motivasiyanın itirilməsi ilə başlayır
29 sentyabrBalığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin
Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd
4 oktyabr