Yenə EGE Hospital: 8 iznsiz əməliyyat, klebsiella mikrobu, 80 min ziyan, koma... - ŞİKAYƏT / VİDEO
Bakıda fəaliyyət göstərən "EGE Hospital"da əməliyyat olunan Xuçinayeva Fatimə Əli qızı komaya düşüb.
Sonxeber.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya Fatimə Xuçinayevanın qızı Eren Xuçinayeva bildirib.
Onun sözlərinə görə, "EGE Hospital"da anasını 11 dəfə əməliyyat ediblər. "Anam fevral ayından "EGE Hospital"dadır. Fevralın 15-də bağırsaq keçməzliyindən əməliyyat olunub. Əməliyyat zamanı həkimlər anamın bağırsağını deşib klebsiella mikrobu salıblar. Bundan sonra anamın vəziyyəti ağırlaşıb. Artıq 4 aydır xəstəxanadadır. 11 dəfə əməliyyat olunub. Yalnız bunun 3-nə razılığımız olub. Amma 8 dəfə bizdən xəbərsiz 63 yaşlı qadını əməliyyat ediblər. İyun ayından isə anamı görməyə qoymayıblar. Faktiki olaraq anamı gizlədiblər", - deyə Eren Xuçinayeva bildirib.
Şikayətçinin sözlərinə görə, klinikanın rəhbərliyi vəziyyəti belə görüb onları ələ almağa çalışıb:
"Mənə dedilər ki, bütün xərcləri ödəyəcəyik. Amma siz heç yerə şikayət etməyin. Lakin sonradan gördüm ki, bütün öhdəlikləri üzərimizə götürdüyümüz barədə sənədə imza etdirmək istəyirlər. Bundan imtina etdik. Mayın 31-dən məni anamı görməyə qoymadılar. İndi isə deyirlər ki, komaya düşüb. Hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Qoy gəlib görsünlər ki, "EGE Hospital"da nələr baş verir. Bunların səhvi üzündən 80 min manat pul xərcləmişəm. Evimi, maşınımı satmışam".
Eren Xuçinayeva bildirib ki, anasının bu vəziyyətə düşməsində "EGE Hospital"ın təsisçisi Barat Yusifov, onun xanımı Gültəkin Yusifova və baş həkim Aqil Ağakişiyev təqsirkardır.
"Bu 3 nəfər faktiki olaraq məni şantaj edir. Sənədləri imzalamadığıma, onların səhvinə göz yummadığıma görə 18 gün anamı məndən gizlədiblər. 63 yaşlı qadını 11 dəfə əməliyyat edərək komaya salıblar. İndi məni şantaj edirlər. Mən sona qədər bu məsələnin üstünə gedəcəm", - deyə şikayətçi vurğulayıb.
Dünən gecə saatlarında Eren Xuçinayeva xəstəxananın qarşısında olub. O, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət edib.
"Nəhayət mənə anamı görməyə icazə verdilər. Vəziyyəti ağırdır, komadadır. Xəstəxana rəhbərliyi isə anamın üzərində aparılmış 8 qanunsuz əməliyyatı rəsmiləşdirmək üçün bizə sənədləri imzalatdırmağa çalışır. Bütün bunların foto-video sübutları var. Prokurorluğa da müraciət etmişəm. Hazırda bu məsələ prokurorluqda araşdırılır", - deyə Xuçinayeva bildirib.
Məlumat üçün deyək ki, Fatimə Xuçinayeva Rusiya vətəndaşıdır. Şikayətçi məsələ barədə Rusiya Xarici İşlər Nazirliyinə də müraciət edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb
XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA
Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Qızıl bazarında son vəziyyət
Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
"WhatsApp"a iki yeni funksiya gəlir
Sabah Bakıya yağış yağacaq
Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA
"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!
Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar