Qarabağa yük daşıyanlara XƏBƏRDARLIQ OLUNUB
Qarabağa qanunsuz şəkildə yük daşıyan İranın özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunub.
Sonxeber.az bildirir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi jurnalistlərə açıqlamasında deyib.
S.A.Musəvinin sözlərinə görə, bununla əlaqədar Azərbaycan tərəfindən rəsmi şəkildə məlumatlar alındıqdan sonra addımlar atılıb.
Musəvi vurğulayıb ki, İran şirkətlərinə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qorunmalı olduğu tapşırılıb:
"Özəl sektorda çalışan nəqliyyət şirkətlərinə xəbərdarlıq etmişik, çünki Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmalıyıq. Tərəfimizdən lazım olan addımları atırıq".
Səfir əlavə edib ki, belə təxribatlar İran və Azerbaycan arasında olan dostlugu sarsıda bilməz:
"Bu məsələdə 3-cü tərəflər var ki, İran və Azərbaycan arasında yaxşı münasibətin olmasını istəmirlər. Mən son günlərdə Hikmət Hacıyevlə görüşdüm və İran-Azərbaycan arasında olan münasibətləri detallı şəkildə müzakirə etmişik".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2471 Tarix: 24 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəfərin Xankəndidən ucalan səsi
Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə
11 noyabrƏrdoğanla Quterreş Əliyevi qarşıladılar - Video
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v
11 noyabrŞuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar
8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti
11 noyabrŞuşadan dünyaya müttəfiqlik və əbədi qardaşlıq mesajı
Azərbaycanın müasir dövlətçilik tarixi hərbi qələbələrlə yanaşı, strateji diplomatik uğurlar və sarsılmaz dostluq salnaməsi ilə zəngindir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə Cənubi Qafqazın siyasi mənzərəsini kökündən dəyişməklə yanaşı, Bakı ilə Ankara arasındakı qardaşlıq tellərin
11 noyabrİlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"
10 noyabrPrezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib. Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Draqan Vladisavljeviç Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsus
9 noyabrXankəndidən verilən Zəfər mesajı
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidən etdiyi müraciət Azərbaycanın son altı ildə keçdiyi yolun hərbi, siyasi və mənəvi nəticələrini ümumiləşdirən mesaj kimi diqqət çəkir. Dövlət başçısının çıxışını şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etməsi təsadüf
11 noyabr