Gəncədə Nizami Gəncəvinin 880 illiyinə həsr olunan tədbir keçirildi - FOTOLAR
"Nizami Gəncəvi İli" çərçivəsində Gəncədə növbəti ümumşəhər tədbiri təşkil olunub.
Bu barədə Sonxeber.az-a Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, idarə, müəssisə, təşkilat və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar və şəhər sakinləri iştirak ediblər.
Əvvəlcə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Gəncənin Cavadxan küçəsi boyunca "El şənliyi" formatında təşkil edilən ümumşəhər tədbiri Gəncə Dövlət Dram Teatrının təqdimatında "Xəmsə" adlı ədəbi-bədii kompozisiya ilə açılıb. Daha sonra "Ozan" qədim milli musiqi alətləri ansamblının, "Xəmsə" ritm qrupunun, "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının, "Gəncə qönçələri" və digər musiqi kollektivlərinin çıxışları izlənilib.
Ümumşəhər tədbirində Gəncə Uşaq Rəssamlıq və Uşaq İncəsənət məktəbləri, habelə Uşaq Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin əl işləri sərgilənib.
"Gəncə sənətkarları" bölməsində keramika üzərində rəsm, səbət toxuma, ağac üzərində oyma, misgərlik, dulusçuluq və digər qədim sənət növləri nümayiş etdirilib, Gəncə Dövlət Kukla Teatrı kollektivinin təqdimatında Nizami Gəncəvinin "Yeddi gözəl" poemasından "Xeyir və Şər" nağılı oynanılıb. Bununla yanaşı Gəncə idmançılarının şahmat, ağırlıq qaldırma, güləş və digər növlərdə çıxışları izlənilib.
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ümumşəhər tədbirində Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət Evinin, Samux rayon Sərkar Uşaq Musiqi Məktəbinin kollektivləri də iştirak ediblər. Tədbir Gəncə Dövlət Filarmoniyasının önündə təşkil olunan konsert proqramı ilə davam edib.
Tədbir çərçivəsində Gəncə Urban Mərkəzində "GƏNCƏSƏNƏT" və "GəncəKitab" sərgi-satış yarmarkası da təşkil edilib. Sərgi-satış yarmarkasında müxtəlif növ sənətkarlıq və incəsənət nümunələri, habelə xeyli sayda yerli və dünya ədəbiyyatı inciləri satışa çıxarılıb.
Sonda Gəncə İctimai İştirakçılıq Məclisinin təşəbbüsü ilə baş tutan "GƏNCƏSƏNƏT" incəsənət, sənətkarlıq və yaradıcılıq satış-sərgi yarmarkasının keçirilməsində verdikləri əvəzsiz dəstəyə görə Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Destinasiya Menecmenti Təşkilatı, KOBİA və Göygöl Milli Parkına layihə rəhbərləri tərəfindən "Təşəkkürnamə"lər təqdim olunub.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı
Məşhur film və serialların çəkildiyi məkanlara səyahət etmək son illərdə dünyada sürətlə yayılan turizm istiqamətlərindən birinə çevrilib. Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, "set-cetting" adlandırılan bu tendensiya bir çox şəhəri turistlərin əsas maraq mərkəzin
2 iyulBir şilləyə görə küsdü, boşandığı qadınla eyni evdə yaşadı
Azərbaycan kino səhnəsinin ən yadda qalan simalarından biri olan bu sənətkar tamaşaçını təkcə sözlə deyil, baxışı, jesti və özünəməxsus intonasiyası ilə güldürməyi bacarırdı. Onun yaratdığı obrazlar illər keçsə də köhnəlmir, bu gün də eyni maraqla izlənilir. Lakin şöhrətli səhnə həyatının arxasında çoxlarını
23 avqustFəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto
Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb
17 avqust"Evdə tək"in aktyoru vəfat etdi
Britaniyalı məşhur aktyor Tim Karri 80 yaşında vəfat edib. "Qafqazinfo" "TMZ" nəşrinə istinadən xəbər verir ki, o, avqustun 25-i dünyasını dəyişib. Məlumata görə, aktyorun ölüm səbəbi barədə dəqiq məlumat verilmir, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətlərinin aşkar edilmədiyin
27 avqustİlham Mirzəyevin vəziyyəti ağırdır
Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten
7 sentyabrMənsum İbrahimov yenidən "Məcnun" olacaq?
Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun
26 avqustFirəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır
Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin
20 sentyabrPolad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar
Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter
26 avqust"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto
Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə
1 oktyabr