Əməkdar artistlə bağlı faktlar: İşdən qovuldu, teatra həsrətlə baxdı, qızının qucağında can verdi

Əməkdar artistlə bağlı faktlar: İşdən qovuldu, teatra həsrətlə baxdı, qızının qucağında can verdiSabah aktyor, Əməkdar artist Telman Əliyevin doğum günüdür.

Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edib.

Belə ki, Telman Rüstəm oğlu Əliyev 2 noyabr 1947-ci ildə Gəncə şəhərində anadan olub.

1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib Gəncə Dövlət Dram Teatrının səhnəsində çox sayda tamaşada rol alır.

Aktyor Zemfira adlı xanımla ailə həyatı qurur. Onların Vüqar adlı oğlu, Mətanət adlı qızları dünyaya gəlir. Daha sonra Hacıbaba Bağırovun və Səyavuş Aslanın təkidi ilə aktyor Bakı şəhərinə köçüb Musiqili Komediya teatrında işə düzəlir.

Telman Əliyev 2000-ci ildə Xalq artisti Həsənağa Turabovun dəvəti ilə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilir. "Aydın", "Ədirnə fəthi", "Poçt şöbəsində xəyal", "Bu dünyanın adamları", "Fedra", "Varlı qadın", "Ölülər", "Generalın son əmri" kimi tamaşalarda yaddaqalan obrazlar ifa edib.

1989-cu ildə "Əməkdar artist" adını alan aktyor daha çox 2012-ci ildə ekranlara çıxan "Ağabəyovlar" serialındakı ata obrazı ilə məşhurluq qazanıb.

"Axınla aşağı", "Cavad xan", "Şeytan göz qabağında", "Təlatüm", "Yalan" kimi filmlərə çəkilib.

Əməkdar artist Telman Əliyev Akademik Milli Dram Teatrın direktorunun göstərişi ilə uzun illər işlədiyi teatrdan çıxarılır. Onun işdən çıxarılmasına isə aktyor dostlarından Nurəddin Mehdixanlı, Füzuli Hüseynov etiraz edirlər.

Aktyorun oğlu müğənni Vüqar Əliyev atası haqqında danışarkən deyir:

"Mənim atam əməkdar artist, "Şərəf Nişanı" ordenli Telman Əliyev teatrdan haqsız yerə uzaqlaşdırılanda aktyorların heç biri səsini çıxartmadı. Amma mənim istedadlı aktyor olan atam teatrın qabağında çayxanada oturub, 2 il teatra həsrətlə baxırdı. Ona teatra girməyə icazə vermirdilər. Hansı ki, orada atamın savadı və aktyorluğuna heç kim çata bilməzdi. Atama haqsızlıq olunanda susdunuz. Tanrı onun yaşadıqlarını sizə yaşatdı. Siz buna layiqsiniz".

4 iyul 2017-ci ildə 69 yaşlı aktyor Telman Əliyev ürək çatışmazlığından vəfat edib. Xırdalan qəbiristanlığında dəfn olunub.

Aktyorun qızı onun öldüyü günü belə xatırlayır:

"Atam haqqında keçmişdə olduğu kimi danışmaq çox ağırdır. Çox gözəl ata, çox gözəl insan idi. Bu sənətdə öz sözünü demiş şəxsiyyətlər siyahısındadır. Ömrünü sənətə həsr etmişdi. Atam bu sənət üçün doğulmuşdu. Bu sənətə çox bağlı insan olub. Kurs işini uğurla verən tələbələri baş çəkməyə gəlmişdilər. Tələbələrə həyatla bağlı, sənətlə bağlı ürək sözlərini dedi. Hiss edirdik ki, nəsə demək istəyir, amma bizi təşvişə salmaq istəmirdi. Sanki, ölümünü bilirdi. Atamın səsinə oyandım. Məni çağırdı, dedi ki, əlimi tut. Əlini tutanda hiss elədim ki, atam dilinin altında nəsə deyir. Sonradan bildim ki, atam kəlmeyi-şəhadəti deyirmiş. Əlindən tutanda 3 dəfə nəfəs aldı yanımda. Həmişə deyirdi ki, Allah mənim ölümümü sənin qabağında etsin".


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 3638   Tarix: 01 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı

Məşhur film və serialların çəkildiyi məkanlara səyahət etmək son illərdə dünyada sürətlə yayılan turizm istiqamətlərindən birinə çevrilib. Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, "set-cetting" adlandırılan bu tendensiya bir çox şəhəri turistlərin əsas maraq mərkəzin

2 iyul
.

Bir şilləyə görə küsdü, boşandığı qadınla eyni evdə yaşadı

Azərbaycan kino səhnəsinin ən yadda qalan simalarından biri olan bu sənətkar tamaşaçını təkcə sözlə deyil, baxışı, jesti və özünəməxsus intonasiyası ilə güldürməyi bacarırdı. Onun yaratdığı obrazlar illər keçsə də köhnəlmir, bu gün də eyni maraqla izlənilir. Lakin şöhrətli səhnə həyatının arxasında çoxlarını

23 avqust
.

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto

Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb

17 avqust
.

"Evdə tək"in aktyoru vəfat etdi

Britaniyalı məşhur aktyor Tim Karri 80 yaşında vəfat edib. "Qafqazinfo" "TMZ" nəşrinə istinadən xəbər verir ki, o, avqustun 25-i dünyasını dəyişib. Məlumata görə, aktyorun ölüm səbəbi barədə dəqiq məlumat verilmir, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətlərinin aşkar edilmədiyin

27 avqust
.

İlham Mirzəyevin vəziyyəti ağırdır

Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten

7 sentyabr
.

Mənsum İbrahimov yenidən "Məcnun" olacaq?

Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun

26 avqust
.

Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır

Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin

20 sentyabr
.

Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter

26 avqust
.

"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto

Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə

1 oktyabr