Gənc əlil rəssamların sərgisi açıldı – Foto

Gənc əlil rəssamların sərgisi açıldı – FotoMM Mədəniyyət Komitəsi, Xalça Muzeyi, "Nəfəs" İB, RHİM və Masallı Təhsil Fondunun dəstəyi ilə fiziki imkanları məhdud bir qrup gənc rəssamın "Sərhədsiz sənətkarlıq" adlı sərgisi keçirilib.

Sonxeber.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva istedadlı gənc rəssamların 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibəti ilə təşkil olunmuş "Sərhədsiz sənətkarlıq" adlı xeyriyyə sərgi-satış yarmarkasında çıxış edib.

Q.Paşayeva sərgidə rəsmləri nümayiş olunan gənc rəssamlar Aytac Quliyeva, Ceyhun Ənvərzadə, Dərgah Əliyev, Fuad Musayev, Lalə Həsənova, Samirə Salmanova, Vüsalə Musayevanı mənəvi övladları adlandırıb, oların həyata, sənətə tutunmasından, dözümündən, iradəsindən söz açıb:

"Bu gənclərin, demək olar, hər biri ilə ayrı-ayrılıqda görüşmüşəm, yaradıcılıqları, həyata, dünyaya rəngli baxışları ilə tanışam. Siz özünüz bu gün burada bir daha şahid olursuz ki, onlar necə gözəl əsərlər yaradıb, necə gözəl mövzular seçib və necə gözəl qəlbə malikdirlər. Üstəlik, bu gənc istedadlarımız yüksək vətənpərvərlik ruhu ilə seçilir. Gərək, bizlər hədiyyə alarkən məhz belə gənclərimizin əsərlərinə üstünlük verək. Sənətə, sənətçiyə, istedada, gənclərə dəstəyi hər birimiz sözdə yox, əməldə göstərməliyik".

Millət vəkili sərgidə iştirak edənləri əsərlər almağa səsləyib.

Açılış mərasimində millət vəkilləri, ziyalılar çıxış ediblər.

Sərgidə nümayiş olunan əsərlərin əksəriyyəti aksiyanın 1-ci günü satılıb. Qeyd edək ki, xeyriyyə sərgi-satış yarmarkası 3 gün davam edəcək. Yarmarkanın gedişində gənc əlillər üçün ustad dərsləri də təşkil olunacaq.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1666   Tarix: 05 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Evdə tək"in aktyoru vəfat etdi

Britaniyalı məşhur aktyor Tim Karri 80 yaşında vəfat edib. "Qafqazinfo" "TMZ" nəşrinə istinadən xəbər verir ki, o, avqustun 25-i dünyasını dəyişib. Məlumata görə, aktyorun ölüm səbəbi barədə dəqiq məlumat verilmir, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətlərinin aşkar edilmədiyin

27 avqust
.

Mənsum İbrahimov yenidən "Məcnun" olacaq?

Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun

26 avqust
.

AMEA prezidenti: "Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatında yeni mərhələ yaradıb"

"Nəriman Həsənzadə sovet ideologiyasının buxovlarını yumşaldaraq Azərbaycan ədəbiyyatını real həyata yaxınlaşdıran sənətkarlardan biri idi". xəbər verir ki, bu fikirləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Xalq şairi Nəriman Həsənzadənin vida mərasimində çıxışı zamanı səsləndirib

2 avqust
.

Alim Qasımov istirahətə niyə getmir? - "Harada bir yer tapsam..."

Avqust ayı olsa da, Xalq artisti Alim Qasımov istirahətə getməyib. Xanəndə Qaynarinfo-ya açıqlamasında hələ Bakıda olduğunu bildirib:. "Hələ istirahətə getməmişəm, Bakıdayam. Nə istirahət? Harada bir yer tapsam, orada daldalanıram. Mənim üçün istirahət elə budur"

5 avqust
.

Səhnəmizin Florasının 85-ci baharından - Görüntülər

Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:

24 iyul
.

İki teatr nazirliyin tabeliyinə keçdi

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. İqtisadiyya

9 sentyabr
.

Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai

18 iyul
.

Xalq artisti Alim Qasımovun 69 yaşı tamam olur

Bu gün Azərbaycanın Xalq artisti Alim Qasımovun doğum günüdür. Onun 69 yaşı tamam olur. xəbər verir ki, Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda doğulub. Xanəndə Bakıda muğam məktəbinin ən tanınan və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında birinci muğam müsabiqəsində müvəffəqiyyə

14 avqust
.

Riskli əməliyyat olunan Afaq Bəşirqızı nə vaxt evə buraxılacaq? - AÇIQLAMA

Xalq artisti Afaq Bəşirqızı bu gün xəstəxanadan evə buraxılacaq. Bu barədə -a açıqlamasında A.Bəşirqızı özü məlumat verib. O qeyd edib ki, artıq xəstəxanadan çıxışı üçün hazırlıq işləri görülür. Səhhətinin normallaşdığını deyən Xalq artisti keçirdiyi əməliyyatın çox riskli olduğunu vurğulayıb:. "Yaxşıyam

8 iyun