Hüseyn Cavidlə bağlı nadir arxiv kadrlar yayıldı - VİDEO
Azərbaycan Televiziyası böyük şair və dramaturq Hüseyn Cavidin vəfatının 80-ci ilində onunla bağlı nadir arxiv kadrları yayımlayıb.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə məlumatına görə, TV-nin yeni yaradılmış "AzTV tarix" adlı yutub kanalında yayımlanan videoda H.Cavidin nəşinin Azərbaycana gətirilməsi əks olunub.
Kadrlar 1982-ci ilə aiddir.
Ulu öndər Heydər Əliyev 1982-ci ildə - Hüseyn Cavidin anadan olmasının 100 illiyində onun İrkutskdakı məzarının aşkar edilməsinə və cənazəsinin qalıqlarının oktyabrın 26-da Azərbaycana gətirilməsinə nail olub.
Görüntülərdə H.Cavidin nəşinin təyyarədən düşürülməsi, onunla vida mərasimi əks olunub. Videodan dahi şəxsiyyətin vida mərasiminə yüzlərlə insanın gəldiyi görünür.
Ulu öndər Heydər Əliyevin Hüseyn Cavidin vida mərasiminə gəldiyi, onun qızı Turan Cavidlə söhbət etdiyi arxiv kadrlar da videoda yer alıb.
Xatırladaq ki, Hüseyn Cavid 1882-ci il oktyabrın 24-də Naxçıvanda anadan olub.
O, 1938-ci ildə şərlənərək həbs olunub. 9 iyun 1939-cu ildə şair 8 il islah əmək düşərgəsinə məhkum edilib. O, 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunda əlillər xəstəxanasında dünyasını dəyişib. Şevçenko kəndindəki qəbiristanlıqda 59 saylı qəbirdə dəfn olunub. 1956-cı ildə bəraət alsa da, onun nəşini Azərbaycana gətirmək mümkün olmayıb.
1982-ci ildə Ulu öndər Heydər Əliyevin göstərişi ilə Hüseyn Cavidin məzarının tapılması, nəşinin Azərbaycana gətirilməsi ilə bağlı qərar qəbul edilib. Uzun sürən axtarışlardan sonra qəbri tapılıb, cənazəsi 1982-ci il oktyabrın 26-da Bakıya gətirilib. H.Cavidlə vida mərasimi baş tutub. Daha sonra isə Naxçıvana aparılıb, 1982-ci il noyabrın 3-də böyüyüb boya-başa çatdığı evinin qarşısında dəfn edilib.
Onu da bildirək ki, "AzTV tarix" yutub kanalında AzTV-nin arxivində yer alan unikal sənədli filmlər, görüntülər yayımlanır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Evdə tək"in aktyoru vəfat etdi
Britaniyalı məşhur aktyor Tim Karri 80 yaşında vəfat edib. "Qafqazinfo" "TMZ" nəşrinə istinadən xəbər verir ki, o, avqustun 25-i dünyasını dəyişib. Məlumata görə, aktyorun ölüm səbəbi barədə dəqiq məlumat verilmir, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətlərinin aşkar edilmədiyin
27 avqustMənsum İbrahimov yenidən "Məcnun" olacaq?
Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun
26 avqustAlim Qasımov istirahətə niyə getmir? - "Harada bir yer tapsam..."
Avqust ayı olsa da, Xalq artisti Alim Qasımov istirahətə getməyib. Xanəndə Qaynarinfo-ya açıqlamasında hələ Bakıda olduğunu bildirib:. "Hələ istirahətə getməmişəm, Bakıdayam. Nə istirahət? Harada bir yer tapsam, orada daldalanıram. Mənim üçün istirahət elə budur"
5 avqustSəhnəmizin Florasının 85-ci baharından - Görüntülər
Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:
24 iyulİki teatr nazirliyin tabeliyinə keçdi
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. İqtisadiyya
9 sentyabrLeyla Əliyeva Budapeştdə sərgidə - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai
18 iyulXalq artisti Alim Qasımovun 69 yaşı tamam olur
Bu gün Azərbaycanın Xalq artisti Alim Qasımovun doğum günüdür. Onun 69 yaşı tamam olur. xəbər verir ki, Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda doğulub. Xanəndə Bakıda muğam məktəbinin ən tanınan və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında birinci muğam müsabiqəsində müvəffəqiyyə
14 avqustRiskli əməliyyat olunan Afaq Bəşirqızı nə vaxt evə buraxılacaq? - AÇIQLAMA
Xalq artisti Afaq Bəşirqızı bu gün xəstəxanadan evə buraxılacaq. Bu barədə -a açıqlamasında A.Bəşirqızı özü məlumat verib. O qeyd edib ki, artıq xəstəxanadan çıxışı üçün hazırlıq işləri görülür. Səhhətinin normallaşdığını deyən Xalq artisti keçirdiyi əməliyyatın çox riskli olduğunu vurğulayıb:. "Yaxşıyam
8 iyun