Kiyevdə Qarabağ incilərini əks etdirən sərgi keçirilir
Ukraynada Taras Şevçenko adına Milli Muzeydə Azərbaycan Rəssamlar İttifaqının üzvü, xalçaçı-rəssam Eldar Hacıyevin əl işlərindən ibarət sərgi təşkil olunub.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan sərginin açılışında səfirliyin əməkdaşları, hökumət rəsmiləri, müxtəlif ölkələrin Kiyevdəki diplomatik korpusların və ictimaiyyətin nümayəndələri, diaspor fəalları iştirak ediblər.
Xalça və rəsm işlərindən ibarət olan sərgidə əsas mövzu Azərbaycan mədəni tarixi nümunələri və Qarabağ irsidir. Xüsusilə Qarabağ atları sərginin əsas komponentlərindədir.
Açılışda iştirak edən Ukrayna mədəniyyət nazirinin 1-ci müavini Rostislav Karandeyev nümayiş olunan əsərlərdə milli komponentlərin olduqca aydın ifadə olunduğunu söyləyərək deyib ki, bu, ölkəsinin ictimaiyyəti üçün olduqca maraqlı nümayişlərdəndir.
Taras Şevçenko Milli Muzeyinin Baş direktoru Dmitri Stus Bakıda Xalça Muzeyinə ziyarətini xatırladaraq təəssüratlarını bölüşüb: "Hesab edirəm ki, xalçaçılıq qiymətli ənənədir. Azərbaycanın uğurları, qələbələri bizim üçün vacibdir. Uğur qazanmaq asan iş deyil, o cümlədən incəsənət sahəsində. Əvvəlcə sirrlərinə bələd olmaq lazımdır".
Rəssam Eldar Hacıyev "Report"a açıqlamasında bildirib ki, burada rəsm və xalçalar ilə birgə ümumilikdə 25 iş nümayiş olunur: "Bu sərgi Azərbaycanın Ukranadakı səfirliyinin, xüsusilə səfir Elmira Axundovanın xüsusi dəstəyi ilə baş tutdu. Bu, bizim üçün xüsusi önəm daşıyır. Sərgi gələn il yanvarın sonunadək davam edəcək".
Sərginin açılışı yerli Kiyev ictimaiyyətinin geniş marağına səbəb olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Evdə tək"in aktyoru vəfat etdi
Britaniyalı məşhur aktyor Tim Karri 80 yaşında vəfat edib. "Qafqazinfo" "TMZ" nəşrinə istinadən xəbər verir ki, o, avqustun 25-i dünyasını dəyişib. Məlumata görə, aktyorun ölüm səbəbi barədə dəqiq məlumat verilmir, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətlərinin aşkar edilmədiyin
27 avqustMənsum İbrahimov yenidən "Məcnun" olacaq?
Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun
26 avqustAlim Qasımov istirahətə niyə getmir? - "Harada bir yer tapsam..."
Avqust ayı olsa da, Xalq artisti Alim Qasımov istirahətə getməyib. Xanəndə Qaynarinfo-ya açıqlamasında hələ Bakıda olduğunu bildirib:. "Hələ istirahətə getməmişəm, Bakıdayam. Nə istirahət? Harada bir yer tapsam, orada daldalanıram. Mənim üçün istirahət elə budur"
5 avqustSəhnəmizin Florasının 85-ci baharından - Görüntülər
Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:
24 iyulİki teatr nazirliyin tabeliyinə keçdi
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. İqtisadiyya
9 sentyabrLeyla Əliyeva Budapeştdə sərgidə - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai
18 iyulXalq artisti Alim Qasımovun 69 yaşı tamam olur
Bu gün Azərbaycanın Xalq artisti Alim Qasımovun doğum günüdür. Onun 69 yaşı tamam olur. xəbər verir ki, Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda doğulub. Xanəndə Bakıda muğam məktəbinin ən tanınan və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında birinci muğam müsabiqəsində müvəffəqiyyə
14 avqustRiskli əməliyyat olunan Afaq Bəşirqızı nə vaxt evə buraxılacaq? - AÇIQLAMA
Xalq artisti Afaq Bəşirqızı bu gün xəstəxanadan evə buraxılacaq. Bu barədə -a açıqlamasında A.Bəşirqızı özü məlumat verib. O qeyd edib ki, artıq xəstəxanadan çıxışı üçün hazırlıq işləri görülür. Səhhətinin normallaşdığını deyən Xalq artisti keçirdiyi əməliyyatın çox riskli olduğunu vurğulayıb:. "Yaxşıyam
8 iyun