Hər iki həyat yoldaşı güllələndi, ona görə qadınlar çadrasını atdı, ömrünün sonunadək qorxu ilə yaşadı...

Hər iki həyat yoldaşı güllələndi, ona görə qadınlar çadrasını atdı, ömrünün sonunadək qorxu ilə yaşadı...Sonxeber.az Kulis.az-a istinadən Xalq artisti, böyük aktrisa Mərziyyə Davudova haqqında maraqlı faktları təqdim edir.

Mərziyə Yusif qızı Davudova 8 dekabr 1901-ci ildə Həştərxanın Sarevo çayının sahilində yerləşən eyniadlı kənddə anadan olub. Kəndlərindəki dördillik "Darültəhsil", daha sonra isə "İqbal" rus-tatar məktəbində oxuyur. Bu dövrlərdə teatr fəaliyyətinə başlayır, burada həvəskarların hazırladıqları tamaşalarda oynayır.

***

İlk dəfə səhnəyə "Birinci teatr" adlı tamaşada Ərəfə rolunu oynayır. Hüseyn Ərəblinski Həştərxanda qastrolda olarkən onun oyununu bəyənir və onu Bakıya dəvət edir. Həmin ərəfədə on altı yaşlı Mərziyyə anasını itirir. 1919-cu ildə isə Bakıya gəlib Birləşmiş Dövlət Teatrosu nəzdindəki kollektivə aktrisa qəbul edilir.
Hər iki həyat yoldaşı güllələndi, ona görə qadınlar çadrasını atdı, ömrünün sonunadək qorxu ilə yaşadı...Aktrisanın ən böyük arzusu Hüseyn Ərəbliniski ilə səhnədə tərəf müqabili olmaq olur. Lakin, 1919-cu ildə Ərəblinski öldürülür. Mərziyyə Davudova o dövrün ən güclü aktyorlarından biri olan Abbas Mirzə Şərifzadə ilə eyni səhnəni paylaşır. Getdikcə onların arasında isti, yaxın münasibət yaranır. Bu yaxınlıq onların ailə qurmasına səbəb olur.

***

Mərziyyə Davudova çox qısa müddətdə Akademik Milli Dram teatrının ən aparıcı aktrisalarından birinə çevrilir. "Sevil" pyesində Sevil rolunu o qədər təbii ifa edir ki, tamaşaya baxmağa gələn qadınlar zaldaca çarşablarını çıxarıb atırlar.

***

Onun səhnədə göstərdiyi təbii oyunu və sənət yanğısı haqqında Cəfər Cabbarlı yazırdı: "Mərziyyə yetkin bir sənətkardır, ustadır. Aktrisa səhnədəki əhval-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən heyrətamiz bir istedada malikdir".
Hər iki həyat yoldaşı güllələndi, ona görə qadınlar çadrasını atdı, ömrünün sonunadək qorxu ilə yaşadı...Aktrisa qısa müddətlik Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında işləsə də, ömrünün sonunadək Akademik Milli Dram Teatrının aparıcı sənətçilərindən olur.

***

Aktrisa 1936-cı ildə Xalq artisti adını alır. 1956-1961-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin (hazırkı Azərbaycan Teatr Xadimləri İttifaqı) sədri vəzifəsində işləyir. Azərbaycan SSR Ali Sovetinin deputatı olur.

***

O, "Maqbet", "İblis", "Otello", "Sevil" kimi tamaşalarda özünə məxsus rollar ifa edib. "Hacı Qara", "Bir ailə", "Bakının işıqları" filmlərinə çəkilir. "Bəxtiyar" filmində Bəxtiyarın anası Gülbadam rolunu ifa edir.
Hər iki həyat yoldaşı güllələndi, ona görə qadınlar çadrasını atdı, ömrünün sonunadək qorxu ilə yaşadı..."İblis" tamaşasında Abbas Mirzə Şərifzadə ilə tərəf müqabili olur. Tamaşa böyük uğur qazanır. Amma bir müddət sonra cütlük boşanır. Mərziyyə Davudova ikinci dəfə digər istedadlı həmkarı Ülvi Rəcəblə ailə qurur. Bu evlilikdən onların Rauf adlı oğlu dünyaya gəlir.

***

Mərziyyə xanım Cəfər Cabbarlı, Hüseyn Cavid, Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı kimi Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, rus və Qərbi Avropa ədiblərinin də tamaşalarında bir-birindən fərqli və mürəkkəb qadın obrazları yaratdır.
Hər iki həyat yoldaşı güllələndi, ona görə qadınlar çadrasını atdı, ömrünün sonunadək qorxu ilə yaşadı...Xalq artisti Hökümə Qurbanova öz xatirələrində yazırdı: "Bu da taleyin qismətidir. Mərziyyə xanımın ilk dəfə yaratdığı obrazları sonralar mən oynadım. Həmişə həyəcan keçirirdim ki, o bu məsələyə necə baxacaq. Böyük ürək və istedad sahibi idi. Həmişə tamaşadan sonra məni ilk təbrik edib oyunumu bəyəndiyini söyləyən Mərziyyə xanım olardı. Bu aktrisa əsl sənət fədaisi kimi gənclərə xüsusi qayğı göstərərdi".

***

1937-ci ilin repressiyası aktrisanın taleyindən yan keçmir. 1937-ci ildə həyat yoldaşı Ülvi həbs olunaraq güllələnir. 1937-ci il dekabrın 3-də Dövlət Təhlükəsizliyi İdarəsi 3-cü şöbəsinin müvəkkili, leytenant Kovrijenko Şərifovun məsuliyyətə cəlb edilib həbs olunması barədə qərar verir. Qərar yuxarı instansiyalarda da təsdiq edilir. Böyük teatr xadimini ad günü ərəfəsində həbsə alırlar. Bakının Çadrovaya küçəsi, 115 ünvanda yerləşən evində axtarış aparılır və müsadirə zamanı tapdıqları bir teatr qılıncı və iki teatr tapançası olur. 1938-ci il oktyabrın 30-da 44 yaşlı Abbas Mirzənin casusluq fəaliyyətinə görə güllələnməsi qərara alınır. Əmr isə noyabrın 16-da yerinə yetirilir.
Hər iki həyat yoldaşı güllələndi, ona görə qadınlar çadrasını atdı, ömrünün sonunadək qorxu ilə yaşadı...Ancaq 1955-ci ilə qədər Mərziyyə xanım və qızı, aktrisa Firəngiz Şərifova onun necə öldüyünü bilmir. Həmin il oktyabrın 15-də Firəngiz xanım Dövlət Təhlükəsizliyi Komitəsinə müraciət edərək atasının son taleyi haqqında məlumat verilməsini tələb edir. SSRİ Baş Prokurorluğu Abbas Mirzənin işini araşdırıb onun haqqında çıxarılmış qərarı ləğv edir və iş xətm olunur. Ancaq nədənsə Firəngiz xanıma atasının 1938-ci il noyabrın 16-da güllələndiyini deyil, 1941-ci il noyabrın 1-də ürək infarktından vəfat etdiyini bildirirlər.

***

Mərziyyə Davudova uzun zaman istintaq üçün hüquq orqanlara çağırılır. Deyilənə görə, əri repressiya olunandan sonra Mərziyyə Davudova balaca boxça yığıb, evin bir küncündə saxlayırmış ki, indi gəlib onu da aparacaqlar, güllələyəcəklər. O illərin xofu ömrünün sonuna kimi Mərziyyə xanımın qəlbində yaşayır.

***

Mərziyyə Davudova 6 yanvar 1962-ci ildə Bakı şəhərində uzun sürən xərçəng xəstəliyindən vəfat edir.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2229   Tarix: 10 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı

Məşhur film və serialların çəkildiyi məkanlara səyahət etmək son illərdə dünyada sürətlə yayılan turizm istiqamətlərindən birinə çevrilib. Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, "set-cetting" adlandırılan bu tendensiya bir çox şəhəri turistlərin əsas maraq mərkəzin

2 iyul
.

Bir şilləyə görə küsdü, boşandığı qadınla eyni evdə yaşadı

Azərbaycan kino səhnəsinin ən yadda qalan simalarından biri olan bu sənətkar tamaşaçını təkcə sözlə deyil, baxışı, jesti və özünəməxsus intonasiyası ilə güldürməyi bacarırdı. Onun yaratdığı obrazlar illər keçsə də köhnəlmir, bu gün də eyni maraqla izlənilir. Lakin şöhrətli səhnə həyatının arxasında çoxlarını

23 avqust
.

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto

Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb

17 avqust
.

"Evdə tək"in aktyoru vəfat etdi

Britaniyalı məşhur aktyor Tim Karri 80 yaşında vəfat edib. "Qafqazinfo" "TMZ" nəşrinə istinadən xəbər verir ki, o, avqustun 25-i dünyasını dəyişib. Məlumata görə, aktyorun ölüm səbəbi barədə dəqiq məlumat verilmir, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətlərinin aşkar edilmədiyin

27 avqust
.

İlham Mirzəyevin vəziyyəti ağırdır

Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten

7 sentyabr
.

Mənsum İbrahimov yenidən "Məcnun" olacaq?

Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun

26 avqust
.

Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır

Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin

20 sentyabr
.

Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter

26 avqust
.

"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto

Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə

1 oktyabr