Mədəniyyət Nazirliyi: "Yaxın vaxtlarda "Fəryad II" filminin nümayişinə başlanılacaq"

Mədəniyyət Nazirliyi: "Yaxın vaxtlarda "Fəryad II" filminin nümayişinə başlanılacaq""Həyat, deyəsən gözəldir" (Fəryad II) tammetrajlı bədii filmi üzərində işlər yekunlaşıb və artıq festival həyatını yaşamağa hazırdır.

Sonxeber.az məlumat verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

Məlumata görə, ekran əsərinin istehsal prosesi bir ilə qədər davam edib: "Filmin istehsalata hazırlıq, çəkiliş prosesi artıq 2021-ci ildə başa çatıb. Son aylarda isə montaj, səsləndirmə, dublyaj, rəng korreksiyası və digər post-prodakşn prosesləri görülüb və bu işlər də yekunlaşıb.

"Həyat, deyəsən gözəldir" kinosu artıq festival həyatını yaşamağa hazırdır. Ekran əsəri festival həyatını yaşadıqdan sonra kinoteatr nümayişlərinə (təqdimat) başlanılacaq. Müəlliflər (rejissor/prodüser) bu cədvəl haqqında yaxın vaxtlarda məlumat verəcəklər".

Qeyd edək ki, rejissoru, Xalq artisti Vaqif Mustafayev olan ekran əsəri, erməni işğalçılarının 30 ilə yaxın bir müddətdə zəbt edərək talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsində Azərbaycanın zəfərindən bəhs edir.

Kinonun ssenari müəllifi və rejissoru Vaqif Mustafayev, təsvir rejissoru Orxan Abbasov, rəssamı Quram Navrozaşvili, geyim rəssamı Keti Kalandadze, bəstəkarı Tural Məmmədli, prodüseri isə Fariz Əhmədovdur. Əsas rollarda Hikmət Rəhimov, Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Celiya və Aftandil Maxaradze çəkiliblər.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1364   Tarix: 31 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı

Məşhur film və serialların çəkildiyi məkanlara səyahət etmək son illərdə dünyada sürətlə yayılan turizm istiqamətlərindən birinə çevrilib. Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, "set-cetting" adlandırılan bu tendensiya bir çox şəhəri turistlərin əsas maraq mərkəzin

2 iyul
.

Bir şilləyə görə küsdü, boşandığı qadınla eyni evdə yaşadı

Azərbaycan kino səhnəsinin ən yadda qalan simalarından biri olan bu sənətkar tamaşaçını təkcə sözlə deyil, baxışı, jesti və özünəməxsus intonasiyası ilə güldürməyi bacarırdı. Onun yaratdığı obrazlar illər keçsə də köhnəlmir, bu gün də eyni maraqla izlənilir. Lakin şöhrətli səhnə həyatının arxasında çoxlarını

23 avqust
.

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto

Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb

17 avqust
.

"Evdə tək"in aktyoru vəfat etdi

Britaniyalı məşhur aktyor Tim Karri 80 yaşında vəfat edib. "Qafqazinfo" "TMZ" nəşrinə istinadən xəbər verir ki, o, avqustun 25-i dünyasını dəyişib. Məlumata görə, aktyorun ölüm səbəbi barədə dəqiq məlumat verilmir, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətlərinin aşkar edilmədiyin

27 avqust
.

İlham Mirzəyevin vəziyyəti ağırdır

Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten

7 sentyabr
.

Mənsum İbrahimov yenidən "Məcnun" olacaq?

Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun

26 avqust
.

Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır

Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin

20 sentyabr
.

Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter

26 avqust
.

"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto

Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə

1 oktyabr