Ukraynadakı ilk səfirimizin adı əbədiləşdirildi - VİDEO
Ukraynada Azərbaycan-Ukrayna diplomatik münasibətlərinin bərpasının 30 illiyi münasibətilə bu ölkədə ilk səfirimiz, tanınmış yazıçı Yusif Vəzir Çəmənzəminlinin adına böyük auditoriyanın və barelyefin açılışı olub.
Auditoriyada Azərbaycan atributları ilə yanaşı, Çəmənzəminliyə aid tarixi eksponatlar da yerləşdirilib.
Qeyd edək ki, Çəmənzəminli özü bu universitetin məzunu olub.
Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə ədibin nəvəsi, Azərbaycan Xarici İşlər Nazirliyinin şöbə rəisi Yusif Vəzirov babasının yaşadığı günlərdən yadigar qalan kilim və armudu stəkanı da auditoriyaya hədiyyə edib. Universitet rektoru Volodimir Buqrov isə qeyd edib ki, Kiyev Milli Universiteti tarixində ilk dəfə belə bir barelyefin açılışı olur.
Açılış mərasimində Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin bərpasnından keçən 30 ildə həyata keçirilən ikitərəfli proqramlar sadalanıb. Sonda Yusif Vəzir Çəmənzəminlinin Ukraynada yaşadığı müddətdə qələmə aldığı "Stundenti" kitabının yeni nəşrdə təqdimatı da olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aleksandr Şarovski ilə vida mərasimi keçirilir
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur. Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b
9 sentyabrSəhnəmizin Florasının 85-ci baharından - Görüntülər
Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:
24 iyulTofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayımlayıb. "Qafqazinfo" xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov 23 avqustda, ömrünün 96-cı ilind
24 avqustPikassonun tablosu 1,7 milyon dollara satıldı
İspan rəssam Pablo Pikassonun fotoqraf Dora Maarın portreti Londonda keçirilən hərracda 1,7 milyon dollara satılıb. -a istinadən xəbər verir ki, hərracı "Sotheby's" təşkil edib. 1936-cı ildə çəkilən əsərin ilkin qiyməti 600-800 min funt sterlinq qiymətləndirilsə də, yekunda 1,3 milyo
26 iyunXanəndənin ürəyində 4 damar dəyişdirildi
Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov əməliyyat olunub. Bu barədə "Qafqazinfo"ya onun oğlu, xanəndə Hüseyn Məlikov məlumat verib. O bildirib ki, atası açıq ürək əməliyyatı keçirib və hazırda vəziyyəti qənaətbəxşdir: "Şükürlər olsun, hazırda səhhəti yaxşıdır. İyulun 31-də əməliyya
3 avqust