"Qaraca qız"ın Tutusu: "Atam başqa filmə çəkilməyimə icazə vermədi" - FOTO

"Qaraca qız"ın Tutusu: "Atam başqa filmə çəkilməyimə icazə vermədi" - FOTO"Bizimlə birlikdə qaraçılar da yaşayırdılar. Onlar filmə çəkilmək üçün Moskvadakı "Romen" teatrından dəvət olunmuşdular. Deyirlər ki, mənə rəqsi qaraçılar öyrədib. Amma belə deyil. Mənimlə Moskvadan gələn baletmeyster məşğul olurdu".

Bu sözləri Kulis.az-a müsahibəsində tamaşaçıların "Qaraca qız" filmindən Tutu obrazı ilə tanıdıqları aktrisa Sevil Zeynalova deyib.

Sevil xanım, 1957-ci ilin yanvar ayında Bakıda dünyaya gəlib:

"Mənim valideynlərim içərişəhərlidirlər. Anam, atam, nənəm və babamla bərabər çox gözəl ailəmiz olub. Ailədə iki bacıydıq. İkimiz də rus dilində təhsil almışıq, musiqi təhsilimiz də olub. Atam mühəndis işləyib. Valideynlərimin heç birinin incəsənətə aidiyyatı olmayıb. Ancaq mənim anamın atası Böyükağa Atababayev rəqqas idi. Flarmoniyada işləmişdi. "O olmasın, bu olsun" filmindəki hamam səhnəsində də onun rəqsi var. Başqa bir neçə filmdə də epizodik rollara çəkilib. Bəlkə də onun genləridir mənə keçib".

Aktrisa təsadüf nəticəsində filmə çəkildiyini vurğulayıb:

"29 saylı məktəbdə oxumuşam. O vaxtı rejissorlar, kino adamları məktəbləri gəzib filmə çəkilmək üçün uşaqlar seçirdilər. "Sehrli xalat" filminə çəkilən uşaqların əksəriyyətini bizim məktəbdən seçmişdilər. 1965-ci ilin may ayında da bizim sinfin qızlarına nəzər yetirəndə, niyəsə mənim üzərimdə dayandılar. Sonra sınaq çəkilişlərinə çağırdılar. Məni qrimləyib şəkillərimi çəkdilər. Sizə deyim ki, həmin rol üçün çox böyük müsabiqə elan etmişdilər. İştirakçılar da çox idi. Mənim sınaq üçün çəkilmiş şəkillərim bu müsabiqədən keçmişdi. Və mən "Qaraca qız" filminə çəkilmək üçün təsdiq olunmuşdum. Onda biz ailəlikcə Soçidə istirahətdə idik. Yadıma gəlir, babam mənim ardımca ora gəldi, xəbər verdi ki, müsabiqədən keçmişəm. Atamı da güclə yola gətiriblərmiş ki, mən həmin filmə çəkilim.

O, çəkilişlər zamanı məktəbə getməyə davam etdiyini və əlaçı olduğunu deyib:

"Şəklim şərəf lövhəsindən asılmışdı. Çəkilişlər Şamaxının Çuxuryurd kəndində gedirdi. Orada da daha çox malakanlar yaşayırdı. Mən iki ay orada orta məktəbə gedə-gedə filmə çəkildim".

Sevil xanım filmdə sizin tərəf müqabiliniz olan Ağca rolunun ifaçısı Leyli xanımın müsahibələrinin birində dediyi, "Tutu obrazı üçün başqa bir uşaq da çəkilib" sözlərinədə aydınlıq gətirib:

"Məlumatı oxudum və dəhşətə gəldim ki, adam bilmədiyi məsələdən necə danışar? Filmin əvvəli zəlzələ səhnəsi ilə başlayır. Zəlzələ baş verəndə, orada dağıntılar arasından ağlaya-ağlaya bir qız çıxır. O qız mənim yadımdadır. Sonra onu valideynləri apardılar, nəsə çəkilmədi. Bundan sonra ikinci səhnə üçün başqa bir qız gəldi. O da dağıntılar arasında oturur. Filmdə Yusif deyir, bu qız kimdir, Yasəmən cavab verir ki, atasız, anasız qızdır, mən onu öyrədəcəm. Bu iki epizoda iki ayrı-ayrı qız çəkilib. Leyli bu xırdalıqları bilmir. Bu qızlar, Tutunun körpəlik vaxtıdır və epizodik rollardı. Sonrakı çəkilişlərdə artıq Tutu azərbaycanlı qız kimi düşür qaraçıların içinə. Yasəmən onu öyrədir. Bu yerlərdən etibarən artıq mən çəkilirəm. Leyli deyir ki, orada o qızların böyük rolları olub, kəsiblər. Bunlar yalan söhbətdir".

Aktrisa filmin ən təsirli səhnələrdən biri olan Pəricahan rolunu ifa edən Şəfiqə Məmmədovanın ona şillə vurması səhnəsindən danışıb:

"Çəkiliş zamanı Şəfiqə xanıma deyəndə ki, mənə şillə vurulmalıdır, o dedi ki, heç vaxt Sevilə əlimi vura bilmərəm. Ona görə də filmdə o hissəni montaj etdilər. Şəfiqə xanım yaxınlaşır kameranın qarşısına, əlini qalxızıb mənə tərəf uzadır. Mənim dodağıma qırmızı damcılar qoyub qrim edirlər. Şəfiqə xanım əlini qaldıran məqamda mən yerə yıxılıram, damcılar da dağılır və elə təəssürat yaranır ki, o mənə şillə vurur, mənim də dodağım qanayır. Amma o məni vurmur, belə şey olmayıb. Hərdən məndən soruşurlar ki, filmə çəkilmək çətin deyildi? Mənim üçün, kinoya çəkilmək çətin olmayıb. Bircə orada itlə olan səhnə mənim üçün dəhşətli olmuşdu. Çünki it böyük və heybətli çoban iti idi. Onunla oturmaq, onu tumarlamaq lazım idi".

Sevil xanım, filmdə ən çox qorxduğu səhnədən də söz açıb:

"Yasəmənin evdən qaçış səhnəsindən sonra Yusif Tutunun üstünə yeriyir, ondan soruşur ki, Yasəmən hanı. Bax, həmin o səhnə çəkiləndə, Yusif rolunu oynayan aktyor Oleq Xabalov məni çiyninə qaldırır ki, yerə çırpsın. Onda qaraçılar qışqırıb-ağlaşır və məni onun əlindən alırlar. Həmin səhnədən çox qorxurdum. Hündür aktyor idi. İki, üç dubl həmin səhnəni çəkdilər. Sonra həmin aktyor mənə yaxınlaşıb deyirdi ki, qorxma, mən heç səni yerə vuraram, biz hamımız səni çox istəyirik. Atdan da çox qorxurdum. Atla olan səhnələrimin çoxu montaj olunub. Leyli ilə qayalıqdakı çəkilişimizdə az qalmışdı ki, yıxılım".

Aktrisa İncəsənət Universitetini fərqlənmə diplomu ilə bitirsədə sənətə niyə davam etmədiyini də açıqlayıb:

"Atam da, anam da mənə əvvəldən demişdilər ki, aktrisalıq çox mürəkkəb sənətdir. Ona görə də mənə dedilər ki, əgər incəsənət sahəsinə gedirsənsə, rejissorluq sənəti ilə məşğul ol. Mənim üçün aktyorluq su içmək qədər asandır. Diplom tamaşamıza da Adil İsgəndərov gəlib tamaşa etmişdi. Mənə yüksək qiymət verərək universitetdə müəllim kimi saxladılar. Qırx il universitetdə çalışdım".

O qeyd edib ki, sonralar başqa filmlər üçün valideynlərimə zənglər gəlib, atası və babası isə çəkilişlərə getməyə icazə verməyib.

Sevil Zeynalova uşaq rollarından ən çox Tutu və "Ögey ana" filmindəki İsmayılı bəyəndiyini qeyd edib:

"Mənə elə gəlir ki, Tutu Azərbaycan uşaq filmləri içərisində ən yaxşı obrazdır. Bəlkə də yaxşı səslənmir, amma bu, mənim subyektiv rejissor fikrimdir".
"Qaraca qız"ın Tutusu: "Atam başqa filmə çəkilməyimə icazə vermədi" - FOTO"Qaraca qız"ın Tutusu: "Atam başqa filmə çəkilməyimə icazə vermədi" - FOTO"Qaraca qız"ın Tutusu: "Atam başqa filmə çəkilməyimə icazə vermədi" - FOTO"Qaraca qız"ın Tutusu: "Atam başqa filmə çəkilməyimə icazə vermədi" - FOTO"Qaraca qız"ın Tutusu: "Atam başqa filmə çəkilməyimə icazə vermədi" - FOTO"Qaraca qız"ın Tutusu: "Atam başqa filmə çəkilməyimə icazə vermədi" - FOTO"Qaraca qız"ın Tutusu: "Atam başqa filmə çəkilməyimə icazə vermədi" - FOTO"Qaraca qız"ın Tutusu: "Atam başqa filmə çəkilməyimə icazə vermədi" - FOTO


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2624   Tarix: 21 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ceki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş

Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər

4 avqust
.

Kinematoqrafçılar İttifaqının yeni sədri onlardan biri olacaq

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub. APA-ya istinadən xəbər verir ki, sədr postuna iki namizəd var - Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov. Kinematoqrafçılar İttifaqından məsələ ilə bağlı bildirilib ki, sədrliyə namizədlər konfransa yaxı

11 may
.

Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?

Dekabr ayında SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın 90 yaşı tamam olacaq. Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, sənətkarın 90 illik yubileyi münasibətilə böyük tədbir keçiriləcək. İlkin məlumata görə, yubiley mərasiminin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır. Mərasimd

11 avqust
.

2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı

Məşhur film və serialların çəkildiyi məkanlara səyahət etmək son illərdə dünyada sürətlə yayılan turizm istiqamətlərindən birinə çevrilib. Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, "set-cetting" adlandırılan bu tendensiya bir çox şəhəri turistlərin əsas maraq mərkəzin

2 iyul
.

"Kimsə rus bölməsini bağlamaq məsələsini qaldırsa, "döyüşə hazıram""

Kinorejissor Ayaz Salayev səsləndirdiyi fikirlərlə diqqət çəkib. xəbər verir ki, rejissor çıxışında məktəblərdə rus bölməsinin fəaliyyəti ilə bağlı mövqeyini açıqlayaraq bu istiqamətdə hər hansı məhdudiyyətin əleyhinə olduğunu bildirib. O qeyd edib ki, rus bölmələrinin bağlanması məsələsi gündəmə gəlsə

5 iyun
.

Mehriban Zəkidən Fəxrəddin Manafovla bağlı paylaşım

Xalq artisti Mehriban Zəki həmkarı, Xalq artisti Fəxrəddin Manafovun ad gününü təbrik edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə birlikdə çəkildikləri fotonu paylaşaraq aktyora xoş arzularını ünvanlayıb. "Tərəf müqabilim, müəllimim, dostum. 100 yaşa. Sağlam yaşa. Doğum günün mübarək"

3 avqust
.

Əlikram Bayramov: "İngiltərə uduzanda 2-3 gün özümə gələ bilmədim"

Müğənni Əlikram Bayramov 2026-cı il dünya çempionatında azarkeşlik etdiyi İngiltərə millisinin çempion ola bilməməsindən təəssüfləndiyini bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, turnir başlamazdan əvvəl İngiltərənin dünya çempionu olacağını proqnozlaşdırıb:. "Dünya çempionatınd

20 iyul
.

Xalq rəssamı Arif Hüseynov vəzifələrindən ayrılır

Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və "Kitab Qrafikası və Miniatür" bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib. Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:. "Azərbaycan Rəssamla

20 iyul
.

"Sandıqdakı qardaşım" - Aysel İbrahimli

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) "Bədii yaradıcılıq və ekran dramaturgiyası" ixtisasında təhsil alan II kurs SABAH qrupu tələbəsi Aysel İbrahimlinin "Sandıqdakı qardaşım" adlı hekayəsini təqdim edir:. Anamın qırxı təzə çıxmışdı, amma bağ evinin hə

15 may