Ukrayna Silahlı Qüvvələri Kiyevdə yerləşdirilir
Cümə günü, fevralın 25-də Ukrayna Silahlı Qüvvələri paytaxt Kiyevə daxil olub.
Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko "Facebook"da məlumat verib:
"İndi Ukrayna hərbi texnikası şəhərin müdafiəsi üçün Kiyev şəhərinə daxil olur".
Denisenko həmçinin, Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikasının hərəkətini lentə almamağı və ya dərc etməməyi xahiş edib.
Paytaxt meri Vitali Kliçko brifinqdə bildirib ki, Ukrayna ordusu Kiyev şəhəri ətrafında müdafiəni təşkil edir, vəziyyət çətin və gərgindir.
"Şəhər müdafiə mərhələsinə qədəm qoyub. İndi paytaxtın bəzi ərazilərində atışma və partlayış səsləri eşidilir - bu, rusların təxribat qruplarını zərərsizləşdirən Ukrayna hərbçiləridir. Təəssüf ki, onlar artıq Kiyevə soxulublar... Ukrayna ordusu Kiyev ətrafında müdafiə təşkil edib. Vəziyyət çətindir, lakin biz öz silahlı qüvvələrimizə inanırıq, onları dəstəkləyirik", - deyə Kliçko vurğulayıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 2057 Tarix: 25 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İranın İsrailə hava hücumu nəticəsində yeddi yaşlı uşaq ölüb
İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində yeddi yaşlı uşaq həlak olub. "Report" xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simone Halperin "TASS"a açıqlamasında deyib. "Yeddi yaşlı uşaq yaralanıb, təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib"
14 aprel 2024İranın İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücumu gözlənilir - KİV
İran İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücum edə bilər. Bu barədə Səudiyyə Ərəbistanının yerli telekanalı məlumat yayıb. Həmin baza Eritreya yaxınlığındakı Dahlak arxipelaqında yerləşir və Qırmızı dənizin bu hissəsindən keçən gəmiləri izləmək üçün istifadə olunur. İranın digər mümkün zərb
14 aprel 2024İsrail yalnız bir şərtlə Qəzzada əməliyyatı dayandıracaq
"İsrail Qəzzada hərbi əməliyyatlar müəyyən olunmuş məqsədlərə çatana qədər daimi atəşkəs təklifləri ilə razılaşmayacaq". Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir. Sənəddə qeyd olunur ki, İsrail Qəzzada müharibənin dayandırılması ilə bağlı şərtlərini dəyişmə
1 iyun 2024İran İsrailə PUA-ların üçüncü dalğası ilə hücum edib
İran İsrailə qarşı pilotsuz təyyarələrin üçüncü dalğasını buraxıb. "Report"un məlumatına görə, bu barədə İsrail televiziyasının "Kanal 12" telekanalı xəbər yayıb. Bundan əlavə, telekanalın məlumatına görə, İranın İsrailə doğru uçan bəzi pilotsuz təyyarələri Suriya səmasında ələ keçirilib
14 aprel 2024İraq hava məkanını tamamilə bağlayıb
İraqın Nəqliyyat Nazirliyi pilotsuz təyyarələrin İran ərazisindən İsrailə doğru buraxılmasından sonra ölkənin hava məkanının bağlanması barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb. Bundan əvvəl "Al Arabiya" telekanalı İrandan buraxıla
14 aprel 2024Tehranın hava məkanı qapadıldı: Müharibə başladı!
İran Tehran üzərində hava məkanını bağladığını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb. Məlumata görə, İran hakimiyyəti paytaxt regionu üzərindəki hava məkanının bağlanmasına göstəriş verib. Tehran və onun ətrafı üzərində uçuşlar
14 aprel 2024