Kiyev küçələrində gərgin döyüşlər davam edir - VİDEO
Kiyev küçələrində döyüşlər gedir, sakinlər təhlükəsiz yerlərdə qalmalıdırlar.
Bu barədə Ukraynanın Kiyev Şəhər Dövlət Administrasiyasının rəsmi "Telegram" kanalı məlumat yayıb.
"Hazırda şəhərimizin küçələrində döyüşlər gedir. Xahiş edirik, sakit olun və mümkün qədər diqqətli olun!", - deyə məlumatda qeyd edilir.
Həmçinin, kiyevlilərə sığınacaqda qalmaq, evdə olanlara isə pəncərələrə yaxınlaşmamaq, eyvana çıxmamaq, qapalı otaqda, məsələn, hamamda gizlənmək tövsiyə olunub.
Şəhərdə hava hücumu sirenləri işə düşərsə, insanlar dərhal ən yaxın sığınacaqlara getməyə çağırılıb.
Paytaxtdakı vəziyyətlə bağlı xalq deputatı Maryana Bezuqlaya da məlumat verib.
"Ukrayna Silahlı Qüvvələri diversiya-kəşfiyyat qruplarını Kiyevdən sıxışdırıb çıxarır. Döyüşlər davam edir", - deyə o, "Facebook"da yazıb.
Bu gecə Rusiya hərbçiləri Kiyevdə "Beresteyskaya" metro stansiyası yaxınlığındakı hərbi hissəyə hücum ediblər. Onların hücumu Ukrayna Silahlı Qüvvələri tərəfindən dəf edilib.
Xatırladaq ki, dünəndən etibarən hərbçilər paytaxtın müdafiəsinə başlayıblar./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 1639 Tarix: 26 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İranın İsrailə hava hücumu nəticəsində yeddi yaşlı uşaq ölüb
İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində yeddi yaşlı uşaq həlak olub. "Report" xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simone Halperin "TASS"a açıqlamasında deyib. "Yeddi yaşlı uşaq yaralanıb, təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib"
14 aprel 2024İranın İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücumu gözlənilir - KİV
İran İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücum edə bilər. Bu barədə Səudiyyə Ərəbistanının yerli telekanalı məlumat yayıb. Həmin baza Eritreya yaxınlığındakı Dahlak arxipelaqında yerləşir və Qırmızı dənizin bu hissəsindən keçən gəmiləri izləmək üçün istifadə olunur. İranın digər mümkün zərb
14 aprel 2024İsrail yalnız bir şərtlə Qəzzada əməliyyatı dayandıracaq
"İsrail Qəzzada hərbi əməliyyatlar müəyyən olunmuş məqsədlərə çatana qədər daimi atəşkəs təklifləri ilə razılaşmayacaq". Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir. Sənəddə qeyd olunur ki, İsrail Qəzzada müharibənin dayandırılması ilə bağlı şərtlərini dəyişmə
1 iyun 2024İran İsrailə PUA-ların üçüncü dalğası ilə hücum edib
İran İsrailə qarşı pilotsuz təyyarələrin üçüncü dalğasını buraxıb. "Report"un məlumatına görə, bu barədə İsrail televiziyasının "Kanal 12" telekanalı xəbər yayıb. Bundan əlavə, telekanalın məlumatına görə, İranın İsrailə doğru uçan bəzi pilotsuz təyyarələri Suriya səmasında ələ keçirilib
14 aprel 2024İraq hava məkanını tamamilə bağlayıb
İraqın Nəqliyyat Nazirliyi pilotsuz təyyarələrin İran ərazisindən İsrailə doğru buraxılmasından sonra ölkənin hava məkanının bağlanması barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb. Bundan əvvəl "Al Arabiya" telekanalı İrandan buraxıla
14 aprel 2024Tehranın hava məkanı qapadıldı: Müharibə başladı!
İran Tehran üzərində hava məkanını bağladığını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb. Məlumata görə, İran hakimiyyəti paytaxt regionu üzərindəki hava məkanının bağlanmasına göstəriş verib. Tehran və onun ətrafı üzərində uçuşlar
14 aprel 2024