"Kiyevi elə bu gün ala bilərik" - Kadırov ukraynalılara müraciət etdi

"Kiyevi elə bu gün ala bilərik" - Kadırov ukraynalılara müraciət etdi"Ramzan Axmatoviç, biz dünən gecə bura gəldik, üç dəfə hücuma məruz qaldıq. Hücumu dəf etdik, harada olduğumuzu bilmədik".

Sonxeber.az Milli.Az-a istinadən xəbər verir ki, Çeçenistan Prezidenti Ramzan Kadırovun Ukraynaya yolladığı çeçen hərbçilər, daha doğrusu, Rusiya Milli Qvardiyasının çeçen mənsubları Kiyev yaxınlığındakı Qostomel şəhərində yerləşən 3018 saylı hərbi hissəni ələ keçiriblər.

Onlar hərbi hissənin girəcəyində Rusiya və Çeçenistanın bayraqlarını qaldırıblar.

Çeçenistan Prezidenti Ramzan Kadırov isə Ukraynadakı olaylarla bağlı müraciət paylaşıb.

Müraciətdə deyilir: "Əziz ukraynalılar, çıxın bu günü anlamayan şeytanlara deyin ki, başa düşsünlər və silahı yerə qoysunlar, ya da Ukraynanı tərk etsinlər.

Düşünməyin ki, çeçenlər, ruslar və ya başqa millətlər sizi sevmir. Biz hamımız sizi sevirik, heç birimiz müharibə istəmirik. Elə bu gün Kiyevi, Xarkovu, yaxud başqa şəhəri almaq əsla problem deyil. Sadəcə, itkilərsiz yerinə yetirilməli olan tapşırıq var. Hər insan həyatı dəyərlidir. Xüsusi əməliyyatlar məhz bu səbəbdən səliqə ilə aparılır. Rusiyanın heç bir xüsusi təyinatlı birlşəməsi və heç bir hərbi qulluqçusu Ukraynaya döyüşməyə, illah da öldürməyə getmir. Əksinə, onlar Ukraynaya son səkkiz il ərzində dinc əhalinin başına gətirilən oyunlara son qoymaq üçün Ukraynaya yollanıblar.

Ukraynalılara ən xoş duyğular bəsləyirik və təbii ki, ukraynalı hərbçilərlə bölüşəcəyimiz heç nə yoxdur. Bütün suallarımız millətçi-banderaçılara və Çeçen Respublikasının sakinlərini burada öldürəndən sonra Ukraynaya qaçaraq orada gizlənən terrorçularadır. Onlarla məsələni həll etmək istəyirik.

Bir daha təkrarlayıram: Ukrayna xalqına dərin sayğı bəsləyirik, bu ölkəni sevirik. Bundan başqa, onları kənardan kimsə bizim kimi qoruya bilməz.

Yaxşı olardı ki, ukraynalıların özləri çıxaraq banderaçıların, terrorçuların, millətçilərin sonunu gətirsinlər. Sonucda belə də olacaq. Ukrayna gələcəyini özü seçəcək. İstənilən halda, hədsiz uzanmış xaosa nöqtə qoymalıyıq. Yaşamaq, yaratmaq və çiçəklənmək daha yaxşıdır.

Ukrayna daha yaxşı gələcəyə layiqdir və sülhün mümkün qədər tez bərqərar olması məhz ukraynalılardan asılıdır".


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 2958   Tarix: 26 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İran İsrailə qanadlı raketlər atıb

İran İsrailə qanadlı raketlər atıb. "Report" xəbər verir ki, "Al-Arabiya" telekanalı iddia edib

14 aprel 2024
.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin doqquzu saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəli

9 aprel 2024
.

PUA hücumundan sonra Rusiya Müdafiə Nazirliyinin obyektində yanğına görə 600-dən çox insan təxliyə olunub

Leninqrad vilayətində, Kronştadt yaxınlığındakı Bolşaya İjorada yerləşən Rusiya Müdafiə Nazirliyinin obyektində baş verən yanğın səbəbindən ərazidən 600-dən çox insan təxliyə edilib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Drozdenko bildirib. "Pilotsu

7 iyun
.

DƏHŞƏTLİ GÖRÜNTÜ: İranın atdığı raket İsrail vətəndaşını vurdu - ANBAAN VİDEO

Sosial şəbəkədə dəhşətli görüntülər yayılıb. bildirir ki, İranın ötən gecə atdığı raketlərdən biri səmanı şəkən İsrail vətəndaşını vurub. Sözügedən vieonu təqdim edirik:

14 aprel 2024
.

İsrail Ordusu təsdiqlədi: İran PUA-lar buraxıb, hamısını izləyirik

İsrail rəsmiləri İranın İsrailə doğru onlarla yürüş təşkil edərək, hücuma başladığını təsdiq ediblər. Bu barədə "Al Jazeera" məlumat yayıb. Daha əvvəl İordaniya hakimiyyət orqanları hava məkanının bağlandığını bəyan etmişdi. İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidmətinin məlumatına görə

14 aprel 2024
.

Ukrayna bir həftədə Rusiyanın 4,5 min əsgərini məhv etdi

Ukrayna müdafiəçiləri həftə ərzində təxminən 5420 Rusiya hərbçisini məhv edib, 1088 texnikasını sıradan çıxarıb. -a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Aleksandr Pavlyuk Teleqram kanalında yazıb. "24-31 mart tarixlərində Ukrayna Rusiya ordusunu

31 mart 2024
.

Ağ Ev: İranın İsrailə hücumu bir neçə saat davam edəcək

İranın hərbi qüvvələrinin İsrailə qarşı hücumunun bir neçə saat davam edəcəyi ehtimal edilir. "Report"un məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson İranın öz ərazisindən İsrailə doğru pilotsuz uçuş aparatları buraxması ilə bağlı verdiy

14 aprel 2024
.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyndən məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 28-i saat 18:30-da Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətind

28 avqust 2024
.

İsraildən qisas əməliyyatı: "Hizbullah"ın obyektinə zərbə endirildi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı "Hizbullah"ın hərbi obyektinə hücum edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Onun sözlərinə görə, zərbə ötən gecə İsrailin şimal bölgələrinin atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Hərbçilər zərbənin hədəfinin "Hizbullah"ı

14 aprel 2024